GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ kəşfiyyatının diqqəti Azərbaycan seçkilərində

ABŞ kəşfiyyatının diqqəti Azərbaycan seçkilərində

Tarix: 8-10-2013, 13:16 Bölmə :Siyasət Baxış: 754
 ABŞ kəşfiyyatının diqqəti Azərbaycan seçkilərində

Mühafizəkar çevrələrə bağlı “The Washington Times” qəzeti sabahkı seçkilərlə bağlı geniş təhlil verdi: “Demokratiya çatışmır, ancaq Əliyevsiz də mümkün deyil”

Azərbaycanda sabah keçiriləcək prezident seçkiləri belə görünür ki, ölkə ictimaiyyətindən daha çox Qərb dairələrini maraqlandırmaqdadır. Virtualaz.org xəbər verir ki, Birləşmiş Ştatların mühafizəkar çevrələrə, Pentaqona və kəşfiyyata yaxınlığı ilə tanınan “The Washington Times” qəzeti bu siyasi hadisəyə dair geniş təhlillə çıxış edib.

Təhlildə göstərilir ki, Azərbaycan Birləşmiş Ştatların bölgədəki sadiq strateji tərəfdaşı olaraq qalır, lakin ölkə ziddiyyətlər burulğanındadır. Bir tərəfdən, İlham Əliyevin idarəçiliyi ölkənin iqtisadi inkişafı ilə müşayiət olunur, o biri tərəfdən isə demokratiya ilə bağlı cidd problemlər hökm sürür.

Qəzet yazır ki, getdikcə daha çox qütbləşən dünyada Xəzər dənizinin sahilində yerləşən, Rusiya və İranın arasında sıxışmış Azərbaycan Amerikanın etibarlı müttəfiqi olaraq qalır. Azərbaycan Əfqanıstandakı Amerika qoşunları üçün kritik əhəmiyyətə malik dəhliz verir. Buna baxmayaraq amerikalıların əksəriyyəti bu ölkənin adını düzgün tələffüz edə və xəritədəki yerini göstərə bilməz.

“Azərbaycan həmçinin müsəlman-şiə ölkəsi olmasına baxmayaraq Tehranın teokratiyasını dünyəvi idarəçilik qarşısında rədd edir, İsraillə dostluq münasibətlərini genişləndirir. O, həmçinin sosialist iqtisadiyyatının yerində sürətlə inkişaf edən neft hasilatı sənayesinin hesabına güclü iqtisadiyyat quran ölkədir” - deyə qəzet yazır.

“Bütün bunlar Azərbaycanda sabah keçiriləcək prezident seçkilərini ABŞ-ın diplomatik, kəşfiyyat və hərbi dairələrinin diqqət mərkəzinə çevirib. Baxmayaraq ki, dəyişiklik gözlənilmir və prezident İlham Əliyevin böyük fərqlə üçüncü müddətə seçiləcəyinə şübhə yoxdur” - deyə məqalədə vurğulanır.

Pentaqonun keçmiş rəsmi nümayəndəsi, hazırda “American Enterprise İnstitute”da rezident-alim olan Maykl Rubin qəzetə şərhində Azərbaycanın ABŞ üçün geosiyasi əhəmiyyətindən danışaraq bildirir ki, əgər Azərbaycanın bu qədər təbii sərvətləri olmasaydı və bu dərəcədə mühüm geosiyası mövqedə yerləşməsəydi, amerikalılar üçün heç də böyük maraq kəsb etməyəcəkdi. M.Rubin ABŞ-la Azərbaycan arasındakı münasibətlərin bir neçə sahəni əhatə etdiyini bildirir. Onun sözlərinə görə, Azərbaycan Qərbmeylli mövqeyini dəyişdirsə, Amerikanın regiondakı nüfuzuna və mövqelərinə ciddi zərbə dəyəcək.

“Ona görə Azərbaycanda siyasi stabillik Amerikanın strateji maraqlarına uyğundur” - deyə Rubin bildirir.

Qəzet yazır ki, bu maraqlar Obama administrasiyasının Azərbaycanda insan haqları problemlərinə qarşı narahatlıqları arxa plana keçirməsində əsas rol oynayır. Məqalədə Azərbaycanda insan haqlarına dair problemlər sadalanır, müxalif fəalların təqib olunmasından, seçkiqabağı mühitdən bəhs olunur. Bildirilir ki, ABŞ Azərbaycana münasibətdə demokratiyanı stabilliyə güzəştə getmək siyasətini yeridir.

“Mən deməzdim ki, Əliyev demokratdır. Digər tərəfdən, onun mənfi tərəfi demokratiyanın çatışmazlığındadırsa, müsbət tərəfi iqtisadiyyatın inkişafındadır” - deyə “American Enterprise İnstitute”dan Maykl Rubin bildirir.

Onun sözlərinə görə, Azərbaycanda dayanıqlı demokratiya güclü orta təbəqə olmadan mümkün deyil və belə görünür ki, prezident Əliyev də bunu nəzərə alır.

“Əliyevin planı odur ki, əvvəlcə bu güclü orta təbəqə yaransın. Ona görə də mən bir tərəfdən əminəm ki, islahatlar lazımdır, lakin digər tərəfdən, bu islahatların hədəfə çatması üçün vaxt da lazımdır. Əks halda biz körpəni su dolu vannaya atmış olardıq” - deyə keçmiş Pentaqon rəsmisi bildirib.

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-Azərbaycan: həm dəstək, həm tənqid

    ABŞ-Azərbaycan: həm dəstək, həm tənqid ...

    9-10-2013, 11:32

  • 
  • Nyu York Times: “Rusiya təhlükəsi nə qədər böyükdür?”

    Nyu York Times: “Rusiya təhlükəsi nə qədər ...

    28-03-2014, 08:53

  • 
  • Associated Press: Ermənistan tərəfdən 100-dən çox əsgər öldürülüb və yaralanıb

    Associated Press: Ermənistan tərəfdən 100-dən çox ...

    2-04-2016, 21:21

  • 
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu