GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da - GƏLİŞMƏ

Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da - GƏLİŞMƏ

Tarix: 12-01-2021, 11:42 Bölmə :Siyasət Baxış: 330
Moskva görüşünün nəticəsi: Rahatlıq da var, narahatlıq da - GƏLİŞMƏ


Xəbər verdiyimiz kimi, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirilib. 4 saat davam edən görüşün nəticəsi olaraq, 4 bənddən ibarət bəyanat imzalanıb və sonra liderlər mətbuata bəyanatla çıxış ediblər.

Razılaşdırılan bəyanatda ilkin olaraq qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması baxımından, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin 9-cu bəndinə əsasən, hər üç ölkənin Baş nazir müavinlərinin sədrliyi altında üçtərəfli İşçi Qrupunun yaradılması barədə təklifi dəstəklənir.

Bəyanatın ikinci bəndinə əsasən, işçi qrup prioritet olaraq Azərbaycan, Rusiya və Ermənistan arasında dəmir yolu və avtomobil rabitəsini qurmaq, həmçinin ölkələr arasında digər sahələr üzrə əlaqələrin bərpası istiqamətində fəaliyyət göstərəcək.

Bəyanatın növbəti bəndində qeyd olunur ki, yaxın gələcəkdə hökumətlərin Baş nazir müavinləri işçi qruplar yaradacaq, onlar isə öz növbəsində nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planlar təqdim edəcəklər.

Bəyanatın sonuncu bəndində vurğulanır ki, İşçi Qrup, 2021-ci il martın 1-dək, Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən keçən beynəlxalq daşımaların təşkili, həyata keçirilməsi və təhlükəsizliyi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikintisi ilə bağlı tədbirlərin siyahısını və cədvəlini təqdim edəcək.

Görüşü AYNA-ya şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi şərhçi Araz Aslanlı xatırladıb ki, sentyabrın 27-də münaqişə yenidən alovlanandan və Azərbaycan öz ərazilərini azad etməyə başlayandan sonra, Azərbaycan ilə Ermənistan rəhbərləri arasında görüş olmamışdı: “Yəni, tərəflər sonuncu dəfə noyabrın 10-da, bizə tam aydın olmayan formatda birgə bəyanatla çıxış etmişdilər. Ona görə də aydın idi ki, mütləq dövlət və ya hökumət başçıları səviyyəsində bir görüşə ehtiyac var. Təbii ki, bu görüş bir müqavilə ilə də, bəyanatla da, mətbuata açıqlama ilə də nəticələnə bilərdi, amma bütün hallarda liderlərin mətbuatın qarşısına çıxıb mövcud vəziyyətə və gələcəyə dair birlikdə açıqlama ortaya qoymaları zəruri idi. Ona görə də bu görüşü, ilk növbədə bu baxımdan qiymətləndirməliyik ki, birgə bəyanatın üstündən iki ay keçdikdən sonra olsa da, belə bir görüş reallaşdı”.

“Əslində, bu görüşdən gözlədiyimə uyğun bir məqam gördüm. Əvvəla, liderlər sülhü tam əldə etmə prosesi, yəni münaqişənin tam həllinə gedən yolda mütləq görüşməli və bütün nüansları açıqlamalı idilər. Bu proses də təbii olaraq yarıqapalı formatda getməli idi. Çünki bu format, sadəcə bizimlə bağlı deyil, əksər münaqişələrdə də bu formatdan istifadə edilib. Çünki tərəflərin bütün nüansları açıqlamaq taktikası çox vaxt uğursuz nəticələnib. Ona görə də görüş bizim gözlədiyimiz bir taktika ilə baş tutdu. Yəni, bütün nüansları açıqlanmadı”, - politoloq bildirib.

“Lakin proses 1997-1998-ci illərdəki kimi də getmir. Çünki o zamankı proses həddindən artıq qapalı formatda baş tutmuşdu və 1997-ci ildə tərəflərə təqdim edilən həll planlarından yalnız 2001-ci ilin fevralında xəbərimiz olmuşdu. Yəni, bu gün həmin proses də getmir. Çünki məsələ artıq status-kvo üzərindən hərəkət etmək deyil. Məsələ ondan ibarətdir ki, tərəflər əlindəkini tam yox, əsasən ortaya qoyub və 10 noyabrdakı nəticə ortaya çıxıb”, - o vurğulayıb.

Aslanlı hesab edir ki, bundan sonra mahiyyətə və imkanlara uyğun bir proses cərəyan edəcək: “Biz daha çox mövcud nəticələrin qəbul olunmasını istəyir və 10 noyabr bəyanatına uyğun hərəkət edirik. Ermənistan isə statusun qeyri-müəyyən olduğunu, amma bu gün üçün aktual məsələ olmadığını bildirir. Bu da bizim üçün müəyyən mənada qəbul oluna bilən bir məqamdır. Yəni, Ermənistanın artıq statusu ön plana keçirməməsi çox önəmlidir. Çünki 1994-cü ildə imzalanan atəşkəsdən bu günə qədər bütün mərhələlərdə problem həllini ona görə tapmırdı ki, Ermənistan stausu birinci mərhələdəki addım kimi görürdü. Amma bu gün hər hansı bir statusdan söhbət getmir deyə, ən azı bu da bizim üçün müsbət haldır”.

“Putin, Əliyev və Paşinyanın görüşünü ümumilikdə təhlil etsək, bizi rahatlaşdıran nüanslar çox deyil, amma bizi narahat edən nüanslar da çox deyil. Qeyri-müəyyən nüanslar isə daha çoxdur və bu da təbiidir. Amma imzalanan sənəddə ümumi əhval-ruhiyyədə bizi qane edəcək məqam daha çox olacaq. Sadəcə, biz bilmirik ki, tərəflər hər şeyi 1990-cı illərdəki kimi konkret bir sənədlə tənzimləyəcəklər, yəni, biz hər şeyi tənzim edən sülh müqaviləsi görəcəyik, yoxsa hər detalı xırda-xırda tənzimləyən sənədlərlə hərəkət edəcəklər... Mən hal-hazırda ikincinin olma ehtimalını daha çox güman edirəm. İndi isə tərəflər nəyi razılaşıb-nəyi razılaşmayıblar, demək çətindir. Amma atılacaq addımlar, sanki hər mərhələ üzrə nəyisə razlaşdırıb icra etmək kimi görünür”, - deyə, müsahibimiz fikrini yekunlaşdırıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq

    Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq ...

    11-01-2021, 10:49

  • 
  • Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

    Türkiyə, Rusiya və İran prezidentlərinin ...

    30-01-2019, 11:49

  • 
  • Vladimir Putinlə Nikol Paşinyan arasında görüş keçirilib

    Vladimir Putinlə Nikol Paşinyan arasında görüş ...

    27-12-2018, 19:26

  • 
  • İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı - YENİLƏLİB + CANLI YAYIM

    İlham Əliyev, Putin və Paşinyan arasında görüş ...

    11-01-2021, 15:21

  • 
  • Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş olacaq

    Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş ...

    29-03-2019, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu