GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Status danışıqları”nın ilkin şərti

“Status danışıqları”nın ilkin şərti

Tarix: 17-01-2021, 22:49 Bölmə :Siyasət Baxış: 375
“Status danışıqları”nın ilkin şərti


Azərbaycan dövlət başçısı Qarabağ uğrunda müharibənin bitdiyini deyir. İlham Əliyev atəşin rəsmən dayandırıldığı 10 noyabr tarixindən bəri bildirir ki, heç bir statusdan da söhbət gedə bilməz. Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatda da atəşkəs rejiminin tətbiqi ilə yanaşı, heç bir statusdan söhbət getmir. Yəni, razılaşma sənədində “Dağlıq Qarabağ”ın statusu mübahisəli və ya açıq saxlanılan məsələ deyil.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə bu razılaşmadan bir neçə gün sonra status məsələsinin açıq qaldığını və sonra müzakirə ediləcəyini bildirdi. Nəhayət, 11 yanvar 2021-ci il tarixli Moskva görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan da bu fikri təkrarladı, söylədi ki, status məsələsi müzakirə olunmalıdır.

Beləliklə, 10 noyabr sənədini imzalayan üç tərəfdən, birbaşa desək, elə üç şəxsdən ikisi status məsələsinin açıq qaldığını deyir. Bu vəziyyətin doğuracağı nəticə, təbii ki, danışıqlardır. Danışıqlar isə müəyyən format və ilkin şərtləri zəruri edir. Elə isə bu danışıqlar kimlərin arasında, hansı formatda və hansı ilkin şərtlərlə başlana bilər və ya başlanmalıdır?

Bakının mövqeyi barədə

Hadisələrin 27 sentyabr 2020-ci ildən bəri xronikasını gözdən keçirəndə görürük ki, İlham Əliyevin “status bitdi, heç bir statusdan söhbət gedə bilməz” açıqlaması Rusiyanın bölgəyə girişi ərəfəsində müəyyən razılaşmanın ifadəsi olub. Həmin tablonu göz önünə gətirək: Azərbaycan qoşunlarının mütləq üstünlüyü şəraitində Bakının irəli sürdüyü şərtlər çıxılmaz vəziyyətə düşmüş Ermənistan tərəfindən qəbul edilməliydi, Rusiya isə Ermənistanın əvəzində müqavimət göstərməyin o məqamda işə ziyan vuracağını düşünürdü.

Lakin sonradan bir sıra razılaşdırılmış müddəaların çətin icra olunduğunu və ya hələ də icra olunmadığını görürük. Deməli, Rusiya Azərbaycana nə adla olur-olsun, ordu yeridənə qədər özünü qəsdən təmkinli və konstruktiv göstərib. Ardınca isə tərəflərin razılaşdırdığı şərtlər bir yana, yeni şərtlər diktə etməyə başlayıb. Bunu sülhməramlıların xidmət bölgəsinə dair “xəritə oyunları” timsalında aydın gördük (xidmət və hərəkət xəritələrini vaxtaşırı, həm də Azərbaycanın maraqları ziddinə dəyişdirməyə cəhdlər göstərilir.)

Şübhəsiz ki, razılaşdırılmış ilkin şərtlər çərçivəsində proses davam etsəydi, Bakının mövqeyi haqlı idi və status barədə söylənilən həmin fikri təkrarlamaq əsaslı olardı. Amma indi vəziyyət dəyişib, tərəflərdən ikisi müzakirələrin vacibliyini irəli sürür. Biz bu müzakirələrdən imtina etsək, o zaman hazırkı status-kvonu dəstəkləmiş oluruqmu?

Nədir indiki status-kvo?

Azərbaycan hələ də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əskərana inzibati nəzarətə malik deyil. Orada ikili rəhbərlik hökm sürür: Rusiya sülhmərəmlılarının faktiki hakimiyyəti və separatçı rejimin yenidən formalaşdırdığı, revanşist ermənilərin hibrid hakimiyyəti. “Rusiya daha çox separatçıların yanında görünür” desək, yanılmarıq. Bu status-kvo Azərbaycana uyğundurmu? Suala cavab üçün tələsmək lazım deyil. Bizi sadəcə, bir məsələ düşündürməldir ki, tələsməsək, orada vəziyyət necə dəyişəcək? Hətta qarşı tərəflərin özləri üçün də bu status-kvo qalıcı ola biləcəkmi? Bunlar isə əsas suallardandır.

Deməli, bütün hallarda dəyişiklik, eyni zamanda danışıqlar qaçılmazdır.

Çavuşoğlunun mesajı kimə idi?

Əslində yuxarıda bəhs etdiyimiz “danışıqlar formatı” məsələsi süni çərçivələrdən çıxıb təbii məcrasına keçir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə telefon danışığı çox maraqlı idi. Onun 11 yanvar görüşündən həmən sonraya təsadüf etməsi isə xüsusilə diqqəti cəlb edirdi.

Ərdoğanın Putinə: “Elə etməliyik ki, Qarabağda nə barış gücünə (Rusiya sülhməramlıları – red.), nə də sülh müşahidəçilərinə (monitorinq mərkəzindəki Türkiyə hərbçiləri – red.) ehtiyac olsun” söyləməsi, açıq şəkildə “Orada yerinizi çox bərkitməyin, çox qalmayacaqsınız” demək idi. Bunun ardınca Türkiyə XİN rəhbəri Çavuşoğlu da “Laçın dəhlizindən keçmək üçün Azərbaycandan icazə alınmalıdır” bəyanatı ilə Rusiyaya Qarabağda qanunsuz addımlar atdığını xatırlatdı. Üstəlik, “müzakirə olunacaq bütün statuslar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq”, dedi.

Çavuşoğlunun son açıqlamasını biz yuxarıda dediyimiz ilkin şərt saya bilərik. Çünki rəsmi Bakı da ərazi bütövlüyü məsələsini birmənalı olaraq “qırmızı xətt” elan edib. Bu isə bizi qarşıda ciddi bir diplomatik işin gözlədiyini, bununla belə, meydanda tək olmadığımızı deməyə əsas verir.

O ki qaldı format məsələsinə, əlbəttə, indiki tərkibi ilə Minsk Qrupu Azərbaycan cəmiyyətində etimad bəslənəcək vəziyyətdə deyil. Amma bu iş tək Rusiyaya da etibar edilə bilməz. Biz Türkiyənin iştirakı ilə Almaniya, yaxud Britaniyanın da qoşulduğu danışıqlar formatına nail olmalıyıq. Məhz bu halda Rusiyanın münaqişənin indisi və gələcəyi üzərindəki monopolist təsirləri azalar və yekun ədalətli həllə yaxınlaşmaq mümkün olar.

SEYMUR HƏZİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Dağlıq Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır"

    "Dağlıq Qarabağ münaqişəsində status-kvo ...

    8-03-2017, 23:08

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq

    Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq ...

    11-01-2021, 10:49

  • 
  • İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə nəticələndi? - GƏLİŞMƏ

    İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə ...

    13-01-2021, 12:02

  • 
  • Prezident: “Heç bir status haqqında söhbət gedə bilməz, vahid Azərbaycan dövləti var"

    Prezident: “Heç bir status haqqında söhbət gedə ...

    17-11-2020, 13:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu