"Hüquq pozuntuları müşahidə edilməmişdir" 9 oktyabr seçkiləri ilə bağlı ölkəmizə gəlmiş beynəlxalq müşahidəçilər seçkilərin nəticələrinə dair hesabat yayıblar.
"Müstəqil müşahidə qrupu" adlandırılan qurumun seçkinin nəticələrinə dair hesabatında deyilir: "Seçki günü ümumilikdə sakit və dinc şəraitdə keçmişdir. Seçki ilə bağlı yaradılmış şərait, məntəqələrin texniki vasitələrlə təchiz olunması, seçkilərin yerli qanunvericiliyə və beynəlxalq normalara uyğun olaraq keçirilməsi, seçici aktivliyinin yüksək olması, seçkilərin siyasi partiyaların və beynəlxalq təşkilatların çoxsaylı nümayəndələri tərəfindən müşahidə edilməsi müsbət qiymətləndirilmişdir. Həmçinin seçicilərin gizli şəraitdə səs vermələri təmin olunmuş, gün ərzində polis və icra hakimiyyəti təmsilçilərinin seçki prosesinə müdaxiləsi halları müşahidə edilməmişdir. Səsvermənin nəticələrinə təsir etməyən bəzi texniki nöqsanlar aşkarlansa da ümumilikdə ciddi qanunsuzluqlar və hüquq pozuntuları müşahidə edilməmişdir".
P.S. Onu da qeyd edək ki, beynəlxalq müşahidəçilərin bu cür mövqeyi seçkini yaxından izləmiş və minlərlə qayda-qanun pozuntusu, neqativ hallar, saxtakarlıqlar və zorakılıqlar qeydə almış qəzetçilər tərəfindən narazılıqla qarşılanır.
Sorğu
Yeni dizaynımız necədir?