“Gələn məlumatların təhlili göstərir ki, 20 fevral tarixində İrəvanda genişmiqyaslı çevriliş cəhdi planlaşdırılır. Onun məqsədi və hədəfi Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən zorla uzaqlaşdırmaqdır”.
Bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.
Ekspertin sözlərinə görə, 20 fevral tədbirlərinin həyata keçirilməsi üçün ümumi xərclər təqribən 30 milyon dollar təşkil edir ki, onun da mühüm hissəsini xarici erməni diasporu və erməni mənşəli oliqarxlar vasitəsilə ayrılan vəsait təşkil edir.
“Sui-qəsdçilərin ssenarilərindən biri Paşinyanın Nikolao Çauşeskunun (80-cı illərdə Rumıniyanın küçədəcə güllələnən kommunist rəhbəri – red.) taleyinə düçar etməyi nəzərdə tutur. Yəni məhkəmədən kənar tez bir cəza və yerindəcə edam. Fevralın 20-də İrəvan küçələrinə çıxarılması planlaşdırılan etirazçı fəalları “qızışdırmaq” üçün sui-qəsddə iştirak edəcək bir neçə erməni media maqnatı tərəfindən cəlb olunmuş bir qrup teleqramer və bloqqer artıq xaricdən İrəvana gəlib. Paşinyan əleyhinə sui-qəsdin uğurlu və ya uğursuz olması daha çox ordunun, MTN-nin və hüquq-mühafizə orqanlarının 20 fevral hadisələrindəki mövqeyindən, daha doğrusu, onların başçılarının Ermənistanın hazırkı baş nazirinə sədaqətindən asılı olacaq. Rusiyanın mövqeyinə gəlincə, Moskva Nikol Paşinyanı mümkün siyasi fors-major şəraitində konstitusiya və qanunlara əsaslanaraq qanun-qaydanı təmin etmək üçün lazımi addımlar atması üçün bütün imkanlara malik Ermənistanın legitim lideri hesab edir”, - deyə Korotçenko əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?