Yeni Azərbaycan Partiyasının yeddinci qurultayı başlayıb.
Qurultayda partiyanın rəhbər strukturlarında dəyişiklik olunacağı gözlənilir.
Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçirilməsi gözlənilir.
Gundemxeber.Az-ın məlumatına əsasən, partiyanın 7-ci qurultayında İdarə Heyətinin və Siyasi Şuranın tərkibin dəyişdirilməsi ilə bağlı qərarlar veriləcəyi ehtimal edilir.
Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası, Demokratik Sahibkarlar Partiyası YAP-a birləşmək barədə qərar veriblər. Bu barədə martın 4-də yerli mətbuatda həmin partiyalara istinadən məlumatlar dərc edilib.
YAP-ın qurultayında həmin partiyaların hakim partiyaya qoşulmaq qərarlarına da baxılacaq.
YAP özü isə qurultayla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?