GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ATƏT təhlükəli “Qarabağ oyunu” oynamaq istəyir: - “XİN niyə susur, ondan razılıq alıbmı?”

ATƏT təhlükəli “Qarabağ oyunu” oynamaq istəyir: - “XİN niyə susur, ondan razılıq alıbmı?”

Tarix: 17-03-2021, 16:00 Bölmə :Siyasət Baxış: 515
ATƏT təhlükəli “Qarabağ oyunu” oynamaq istəyir: - “XİN niyə susur, ondan razılıq alıbmı?”


Yerevana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde Qarabağ separatçılarının qondarma “xarici işlər naziri” David Babayanla görüşüb. Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, habelə Qarabağ separatçılarının Ermənistandakı "nümayəndəsi" Sergey Qazaryan da iştirak edib. Görüş zamanı Qarabağ məsələsi müzakirə edilib. Separatçılar ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin bərpa olunmasının vacibliyini vurğulayıblar. Qeyd edək ki, Ann Linde İrəvana getməzdən əvvəl Azərbaycanda səfərdə olub.

O, Azərtbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb. Dövlət başçısı ATƏT sədrini qəbul edərkən münaqişənin artıq geridə qaldığını və Azərbaycanın regionda əlaqələrin bərpasına çalışdığını deyib:

“Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”.

Prezident İlham Əliyev işğal altından azad edilmiş ərazilərdə artıq quruculuq işlərinə başlanıldığını deyib. ATƏT rəhbərliyi tərəflər arasında vasitəçilik missiyasını bərpa etməyə, Dağlıq Qarabağ ermənilərinə siyasi statusun verilməsi məsələsini gündəmə gətirməkdə maraqlı görünür. Lakin ölkə başçısı münaqişənin tarixə qovuşduğunu söyləməklə Dağlıq Qarabağ ermənilərinə siyasi status verilməyəcəyinə dair ATƏT-ə ciddi mesaj verdi.

Bakıdan İrəvana yola düşən xanım Lindenin Ermənistan rəhbərliyi ilə aparılan danışıqlardan sonra dayanıqlı sülhün təminatı və qarşılıqlı əlaqələrin bərpası ilə bağlı yeni mövqe ortaya qoyacağına ümid daha çox idi. Lakin onun Ermənistanda Dağlıq Qarabağdakı cinayətkar rejimin nümayəndələri ilə görüşməsi narahatlıq doğrurur. Əlbəttə, həmin görüşdə müzakirələrin birmənalı şəkildə Azərbaycanın əleyhinə getdiyini söyləmək olmaz. Qondarma rejimin nümayəndələri təbii ki, Azərbaycana qarşı ittihamlar irəli sürüb və Ann Lindeni ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməyə, Dağlıq Qarabağa siyasi statusun verilməsinə inandırmağa çalışıb.

Ancaq ATƏT sədrinin onlara hansı cavabı verdiyi və mesajları çatdırdığı məlum deyil. “Atılas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan ATƏT-dən çox nəticə gözləməməlidir. O bildirib ki, Prezident İlham Əliyev də ATƏT sədri ilə görüşdə xüsusi vurğuladı ki, Azərbaycanın əsas məqsədi yalnız işağldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasıdır:

“Əgər bu proseslə bağlı ATƏT-in hər hansı təklifi varsa, təqdim edə bilər. ATƏT-in həmsədrləri əvvəllər də bölgəyə səfər edəndə adətən Xankəndinə səfər edib separatçıların nümayəndələri ilə görüşərdi. İndi sual doğuran daha çox başqa məqamla bağlıdır. ATƏT sədri İrəvanda qondarma rejimin nümayəndələri ilə görüşmək üçün rəsmi Bakının razılığını alıbmı? Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Əgər razılıq alınıbsa, bu fikir mübadiləsi olub və narahatlığa ehtiyac yoxdur. Əgər ATƏT-in sədri Azərbaycanın razılığı olmadan bu addımı atıbsa, o halda Xarici İşlər Nazirlyi məsələyə öz münasibətini bildirməlidir”.

Politoloq hesab edir ki, ATƏT sədrinin Dağlıq Qarabağa siyasi statusun verilməsi mövzusunu Bakıda və İrəvanda aparılan danışıqlarda vacib məsələ kimi gündəliyə daxil etməsi inandırıcı görünmür:

“Xanım Linder Bakıda olarkən daha çox İsveç-Azərbaycan münasibətlərindən söz açıb. Status məsələsini daha çox erməni tərəfi qaldırır. Onlar Ann Linderlə görüşdə bir neçə dəfə status məsələsini qaldırsalar da ATƏT sədri bu mövzuya toxunmayıb. Ermənistan rəsmiləri daima bu məsləni gündəmdə saxlamağa və beynəlxalq təşkilatların qarşısında qaldırmağa çalışır. Amma bu o demək deyil ki, qarşı tərəf buna maraq göstərir. İnanmıram ki, ermənilərin rəyi nəzərə alınsın. Müharibədən əvvəl bəlkə də bu mümkün idi. Ancaq bütün dünya Ermənistan hansı vəziyyətdə olduğunu gördü. Məğlubiyyətdən sonra bütün ölkə xaos, anarxiya içərisindədir. Belə bir ölkənin mövqeyini heç kim nəzərə almaz. Dağlıq Qarabağa gəlincə, işğal olunmuş ərazilərin 80 faizini azad etmişik. Orada 20-25 min erməni yaşayır”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

    Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının ...

    21-04-2020, 10:56

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri ...

    7-12-2017, 12:20

  • 
  • ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

    ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı ...

    5-09-2018, 11:39

  • 
  • ATƏT sədri Bakıya gəldi

    ATƏT sədri Bakıya gəldi ...

    5-03-2019, 13:00

  • 
  • Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər

    Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN ...

    16-01-2019, 10:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu