Şuşa ərtafında qalıqları tapılan “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil.
Bu sözləri ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.
O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur:
“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil.
ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıqda düşən raket qalıqları aşkar etmişik. Onlardan biri Şimal-Şərq istiqamətinə, digəri isə onun əks istiqamətində aşkarlanıb. Raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır. Çünki bu raketin “M”, “K”, “E”, “F” növləri var”.
Sorğu
Yeni dizaynımız necədir?