GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putindən Əliyevə zəng, “İsgəndər” gərginliyi, Bakıda generalitet həbsləri - sensasion pərdəarxası...

Putindən Əliyevə zəng, “İsgəndər” gərginliyi, Bakıda generalitet həbsləri - sensasion pərdəarxası...

Tarix: 9-04-2021, 12:32 Bölmə :Siyasət Baxış: 435
Putindən Əliyevə zəng, “İsgəndər” gərginliyi, Bakıda generalitet həbsləri - sensasion pərdəarxası...


Hər şey finalda - aprelin 8-i Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə telefon zəngi ilə yəqin ki, müvəqqəti də olsa bitdi. Bəli, səhv etmirsiniz, rəsmi informasiyada məhz Putinin özünün Əliyevə zəng etdiyi xəbər verilib. Yəni zəngləşməyiblər, Moskvadan Bakıya zəng gəlib.

Prezidentlər Qarabağı müzakirə ediblər. Bunu bir də belə şərh etmək olar ki, həm də tərəflər zəngləşiblər. Artıq Qarabağ məsələsində Azərbaycan Ermənistanla danışıq aparmır, Minsk Qrupunun da vasitəçiliyinə ehtiyac qalmayıb, indi birbaşa münaqişənin həllinin açarını 30 il özündə saxlayan Moskva ilə - tərəflə müzakirə edirik.
Çünki Qarabağ münaqişəsini yaradan da, həllində baş rolu ifa edən də, rusməramlı ordusunu bölgəyə yerləşdirən də Rusiyadır. Odur ki, İrəvanla danışmağa nə söz qalıb ki?! Təkcə kommunikasiyalardır, onu da açmağa razılaşıblar.
Bu razılaşmadan kənarda nə varsa Kremllə danışmalıyıq - Dağlıq Qarabağ ərazisində qalan Araikin silahlı dəstələrinin çıxarılmasından tutmuş Xankəndidə suverenliyimizi bərpa etməyə qədər...
Lakin Putinin Əliyevə bu qəfil zənginin əsas mahiyyətini də açmaq lazımdır. Məlumdur ki, ötən ayın sonundan Moskvada üçtərəfli görüş olacağı haqda erməni mənbələri yazırdılar.
Ermənistanın hökumət başçısı Nikol Paşinyanın aprelin 8 və 9-da Moskvada səfərdə olacağı, Rusiya prezidenti ilə görüşəcəyi xəbər verilirdi.
Azərbaycan liderinin də görüşdə iştirak edəcəyi yazılsa da, aprelin 8-də Putinin Əliyevə zəng etməsi ilə deyəsən, görüşün ya ertələnməsinə, ya da Moskva-Bakı əlaqələrinin ürəkaçan olmamasına eyham vurulur.
Hər halda aprelin 8-də İ.Əliyevin Rusiyaya səfər edəcəyi barədə heç bir məlumat yoxuydu, görüş gizli saxlana da bilər. Çünki Moskvadakı 11 yanvar görüşü haqda da rəsmi Bakı hər hansı informasiya yaymamışdı.
Bilinən odur ki, Paşinyan Moskvada Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul etdi. Krasnov isə Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Hiss olunurdu ki, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Aydın məsələdir ki, Rusiyanın baş prokuroru “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparmışdı.
Gün ərzində İrəvanda enən təyyarədə “erməni əsirlərin” geri qaytarılacağı xəbərləri yayılmağa başlandı. Ancaq gecə saatlarında Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan İrəvana enən təyyarənin içində heç bir “erməni əsirin” olmadığını yazdı, sülhməramlıların komandanı Rüstəm Muradov təyyarəə tək olub.
İrəvanda “əsirləri” gözləyərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”.
Yəni, “İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” - erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək.
Bu hadisələr baş verdiyi gündə, Putinin Əliyevə zəngi elə bir vaxta təsadüf edirdi ki, Rusiya-Azərbaycan arasında vəziyyət heç də yaxşı deyil. Görünür, prezidentlər də “əsir”ləri müzakirə ediblər və Putinə “yox”, cavabı eşidib.
Azərbaycan tərəfinin Rusiyaya dirsək göstərməsinin səbəbi rəsmi şəkildə dilə gətirilməsə də, ayrı-ayrı siyasətçilərin, politoloqların, KİV-in ağzı ilə ANAMA-nın Şuşada aşkarladığı “İsgəndər - M” raketləri ilə əlaqələndirilir.
İstifadəsi qadağan olunan və kütləvi tələfat yarada bilən bu raketlərin məhz “M” modifikasiyası Rusiyanın balansındadır. Paşinyan əvvəl gündən hayqırırdı ki, rusların onlara verdiyi raketlərin çoxu yararsız olub, cəmi 10 faizi partlayıb.
Amma Moskva onu təkzib etmiş, hətta təzyiq göstərmiş, rus silahının imicinə xələl gətirilməsinə qəzəblənmişdi. Həmin ərəfədə Bakı da Paşinyanın söylədiklərinin həqiqət olduğunu bildiyi halda Moskvanı qıcıqlandırmamaq üçün məsələnin üstündən keçmişdi.
Ancaq Şuşada tapılan raketlərin göstərilməsi ilə həm Paşinyanın açıqlaması təsdiqini tapmış oldu, həm də Azərbaycan tərəfi Rusiyaya bununla öz gileyini çatdırmış oldu.
İndi politoloqlar, beş KİV rəhbəri açıqlamalarında Moskvadan izahat tələb edir, “İsgəndər - M” raketləri ilə bağlı aydınlıq gətirilməsini istəyirlər. Amma sual yaranır - ANAMA niyə siyasi rəhbərliyin təlimatı ilə rus raketlərini nümayiş etdirdi və Moskva ilə indiki situasiyada nədən burun-buruna gəldik?
Anaxeber.info-nun təhlil və ehtimalları göstərir ki, səbəb Bakının rus sülhməramlıların fəaliyyətindən narazı qalmasıdır. Eyni zamanda Xankəndində separatçı rejimin Rusiyanın himayəsi altında “at oynatması”, Laçın dəhlizinə istənilən səviyyədə nəzarət olunmaması, Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Azərbaycanla razılaşdırılmadan, hansı yolla gəldiyi bilinmədən Xankəndidə peyda olması, orada modul tipli məntəqələrin açılışında iştirakı, sülhməramlıların nəzərdə tutulandan daha çox bu cür məntəqələrin sayını artırması, onun verdiyi açıqlamalarda Şuşada, Laçında da belə yerlər tikiləcəyini bildirməsi (hansı əsasla rus ordusunun nəzarəti olmayan Şuşada modul tipli məntəqə tikilməlidir?) və bütövlükdə sülhməramlıların digər destruktiv hərəkətləri narazılıq doğurur.
Bütün bunlar Azərbaycanı, onun hakimiyyətini qane edə bilməz və açıq şəkildə bildirilməsə də, dolayısıyla - “İsgəndər - M” raketlərinin Şuşada qalıqlarının nümayişi ilə Putin administrasiyasına konkret mesajlar verilir. Odur ki, ritorika tamamilə dəyişib və iqtidaryönlü siyasət adamlarının dilindən Rusiyaya yönəlik tənqidi açıqlamalar var.
Elə bu gərginliyin ucbatından Putinin Əliyevə zəng etməsi, telefon danışığında sadalanan məsələlərin müzakirəsi belə istisna edilmir. Bəlkə də Azərbaycan prezidentinin Moskvaya getməməsi də gərginliyin növbəti təzahürüdür.
Üstəlik, İctimai Televiziyada “Rossia 1“ telekanalı əleyhinə süjetin verilməsi, Köçəryandan müsahibə götürən Poznerin tənqid olunması, sabiq erməni prezidentin “Rusiya qarışmasaydı, Azərbaycan ordusu Dağlıq Qarabağı da götürəcəkdi” açıqlamasının efirdə verilməsi təsadüfə oxşamır. Ən nəhayət, bu proseslərin gedişində Azərbaycanda generalların həbs olunması müəyyən skeptik yanaşmalara yol açır.
Söhbət o generallardan gedir ki, onların Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri, Moskvanın təlimatı ilə işləmələri haqda zaman-zaman iddialar səslənib və indi güman olunur ki, sözügedən casus şəbəkəsi ifşa edilir, Rusiya bağlantısı olan generallar zərərsizləşdirilir, onların gizli informasiyalara çıxış imkanları nəzərə alınaraq indidən tədbir görülür.
O da istisna deyil ki, həmin generalitetin Rusiyanın sözü ilə oturub-durması, məxfi məlumatları çatdırması şübhələri olub, ona görə qandallanıblar. Söhbət əvvəlcə adı həmişə xəyanətdə çəkilən general Rövşən Əkbərovun həbs edilməsindən, ondan daha əvvəl isə keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılmasından, onun şəbəkəsinin vurulmasından gedir.
İndisə gözlənilmədən “MTN işi” bağlandığı halda ləğv edilmiş nazirliyin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbsi sıradan hadisə deyil. Xüsusən də Şirinovun orduya bağlılığı, Hərbi əks-kəşfiyyat rəisi olması, onun hansısa gizi məlumatlara malik olması istisna deyil.
İddialara görə, bu həbslərin Azərbaycanda xarici kəşfiyyata işləyən, Moskvadan təlimat alan şəbəkənin ifşasına səbəb ola biləcəyi ehtimal edilir. Bir sözlə, Kreml saatı ilə işləyənlərin vurulması, Şuşada rus “İsgəndər”inin partlamamasın nümayişi sübut edir ki, vəziyyət “rusca”dır və latent şəkildə mürəkkəb proseslər getməkdədir.../Anaxeber.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Fransa prezidenti ilə Qarabağ münaqişəsini müzakirə etdi

    İlham Əliyev Fransa prezidenti ilə Qarabağ ...

    30-01-2020, 11:00

  • 
  • Prezident İlham Əliyev və Con Kerri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

    Prezident İlham Əliyev və Con Kerri Dağlıq ...

    1-07-2016, 14:35

  • 
  • ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham Əliyevə zəng edib

    ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham ...

    20-05-2016, 22:59

  • 
  • ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

    ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı ...

    5-09-2018, 11:39

  • 
  • Ərdoğanla Olland Qarabağı müzakirə etdi

    Ərdoğanla Olland Qarabağı müzakirə etdi ...

    31-10-2014, 17:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu