"Ermənistan Baş nazirinin yaxın çevrəsinə daxil olan mənbənin verdiyi məlumata görə, Belarus Prezidentinin Bakıya səfər edib Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşəcəyini eşidən Paşinyan Aleksandr Lukaşenkoya zəng edib. Ondan Bakıda İlham Əliyevlə görüşü zamanı Azərbaycan rəsmilərinin Ermənistan əhalisini səksəkəyə salan bəyanatlar verməməmsi xahişini çatdırmasını istəyib".
Bu barədə politoloq Əlimusa İbrahimov bildirib. Onun sözlərinə görə, Paşinyan heç olmasa iyunun 20-nə nəzərdə tutulmuş seçkilərə qədər Azərbaycanı dözməyə çağırıb: "Paşinyanın söylədiyinə görə, İlham Əliyevin son çıxışı zamanı Zəngəzur, Göycə, Yerevana qədər gedəcəklərini dedikdən sonra qorxuya düşən Yerevan sakinləri Rusiya səfirliyi qarşısında növbəyə dayanıblar ki, onların Rusiyaya getməsinə şərait yaradılsın. Paşinyan ehtiyat edir ki, nəzərdə tutulan seçki zamanı Ermənistanda səs verməyə adam qalmasın. Kvorum düzəlməyə bilər. Baş nazirin fikrincə, seçkidən sonra onsuz da Paşinyan hakimiyyəti ölkədən ermənilərin xaricə kütləvi axınına kömək edəcək reformalar həyata keçirəcək. Çünki o erməni millətini düşünən həqiqi liderdir. Nikol hesab edir ki, əgər millət Ermənistanda əziyyət çəkrsə niyə də gedib Rusiyada yaşamasınlar. Aleksandr Lukaşenkonun Paşinyanın xahişini İlham Əliyevə çatdırıb-çatdırmaması haqqında isə hələlik rəsmi məlumat yoxdur".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?