GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ankara və Bakı üç paytaxta cavab hazırlayır - kritik gözlənti

Ankara və Bakı üç paytaxta cavab hazırlayır - kritik gözlənti

Tarix: 28-04-2021, 10:18 Bölmə :Siyasət Baxış: 377
Ankara və Bakı üç paytaxta cavab hazırlayır - kritik gözlənti


Erməniyə tərs şillə, ətəyinə qoz: Baydenin “soyqırım” qərarı Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırır; Ərdoğanın möhtəşəm Şuşa səfəri bölgənin gerçək yiyəsinin kimliyinə həm Moskvanı, həm də Vaşinqton və Parisi əmin edəcək...

ABŞ prezidenti Co Baydenin erməni lobbisinin havasına gedərək, saxta soyqırımla bağlı verdiyi məlum qərarın çoxməqsədli olduğu haqda iddialar var. Ancaq şübhə yox, bu, ilk növbədə 2-ci Qarabağ savaşından sonra bölgədə yaranmış və ABŞ-ın, Fransanın iştirakçısı olmadığı unikal fürsəti sıfırlamaq niyyəti güdür.

Söhbət Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan barışığını əngəlləməkdən gedir. Hansı barışıq ki, dəfələrlə yazdığımız kimi, ən əvvəl erməni xalqının özünə lazımdır. Axı daha neçə on il blokada vəziyyətində, səfalət içində yaşamaq olar? Ermənistanın ildən-ilə boşalması da öz yerində.

Bu mənada ağlı başında olan ermənilərin Baydenin qərarına sevinməsi mümkün deyil. Yəni Ağ Ev rəhbəri ikinci əsrdir faşist ideologiyasını tərcih edən Amerika erməni diasporunun “könlünü xoş eləməklə” heç də erməni toplumuna yaxşılıq eləməyib. Hansı yaxşılıqdan danışmaq olar, əgər qərarın ardınca Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Tresysin erməniləri məyus edərək deyir ki, “tanınmanın Türkiyəyə münasibətdə heç bir hüquqi nəticələri olmayacaq”.

Sitat: “ABŞ prezidenti Co Baydenin tərəfindən ”erməni soyqırımı"nın tanınmasının heç bir hüquqi nəticəsi olmayacaq. “Erməni soyqırımı” 1915-ci ildə baş verdiyi, “Soyqırımı Konvensiyası” isə 1951-ci ildə qəbul edildiyi üçün qanuni baxımdan konvensiyanın geriyə qüvvəsi ola bilməz. ABŞ-la Türkiyə arasındakı münasibətlərə gəlincə, bu ölkə NATO içərisində bizim önəmli müttəfiqimizdir. Ancaq Bayden administrasiyası iki ölkə arasındakı fikir ayrılıqlarının effektiv şəkildə həll edilməli olduğunu çox açıq şəkildə bildirib".

Sitatdan da göründüyü kimi, qərarın davamı olaraq, Ankaraya qarşı hansısa maddi və ərazi təzminatı irəli sürüləcəyinə ermənilərin ümidlənməsi əbəsdir. Müxtəsəri, quruca söz, təsəlli, obrazlı desək, ağlayan uşağa “soska” (“əmzik”) vermək məsələsi. Bunu erməniyə tərs şillə vurub, ətəyinə qoz tökmək kimi də qəbul eləmək olar...

*****

Öz növbəsində Pentaqon rəsmisi ümid etdiyini bildirib ki, məlum olaydan sonra Türkiyə və ABŞ arasında hərbi və təhlükəsizlik sahələri üzrə əməkdaşlıq zərər görməyəcək. Bu da bir daha Baydenin bəyanatının arxasında “tarixi ədaləti”in deyil, sırf siyasi maraqların dayandığını təsdiqləyir.

Amma nəticə olacaq. Özü də ABŞ-ın özünün ziyanına. Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun anonsunu verib. ABŞ-ın “Bloomberg” agentliyi isə yazıb ki, Ərdoğan ABŞ prezidentinin qondarma soyqırımla bağlı açıqlamasından sonra bu ölkə ilə hərbi və iqtisadi sahədə əməkdaşlığı donduracaq. Türkiyə liderinin hökumətin növbəti iclasında bu yöndə cavab tədbirlərini açıqlayacağı ehtimal edilib.

Daha bir nəticə regionda Bakı-Ankara müttəfiqliyinin bir az da möhkəmlənməsi və yeni səviyyəyə qalxması olacaq. Xəbər verildiyi kimi, ABŞ prezidentinin qərarından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına telefon edib, bu qərarı tarixi səhv adlandırıb və Azərbaycanın birmənalı və təmənnasız şəkildə qardaş ölkənin yanında olduğunu nümayiş etdirib. Bununla da Türkiyənin üzərinə getmək istəyənlərin öz qarşılarında Azərbaycanı da görəcəklərinin aydın mesajını verib - özünün bütün iqtisadi, energetik potensialı və bölgədəki açar rolu, logistik önəmi ilə birgə.

“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə Ermənistanla imzalanan müqavilələrin icrası və son proseslər çərçivəsində atıla biləcək birgə addımlar barədə telefon danışığımız oldu”. Bunu prezident Ərdoğan srağagün Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Birgə addımları isə bir azdan hamı, o cümlədən okeanın o tayındakılar görəcək. Məsələn, mayda Ərdoğanın Şuşaya səfəri gözlənilir. Bu səfər şəkk-şübhəsiz, təkcə Türkiyənin bölgədə güclənən yerinin yox, eyni zamanda Azərbaycan-Türkiyə hərbi tandeminin “əzələ nümayişi” olacaq.

İstisna deyil ki, ziyarət çərçivəsində separatçıların havadarları üçün sürpriz qərarların, imzalanacaq yeni sənədlərin şahidi olacağıq - həm də elə son zamanlar özünü heç də bizə qarşı dostyana aparmayan, mayın 9-da Xankəndində rəsmi Bakının icazəsi olmadan hərbi parad keçirməyə hazırlaşan, “İsgəndər M” təxribatı ilə bağlı hələ də məsuliyyəti öz üzərinə götürməyib susqunluq göstərən Rusiyaya münasibətdə.

*****

Qısası, Ərdoğanın səfəri bölgənin gerçək yiyəsinin kimliyinə Moskvanı da, Vaşinqton və Parisi də bir daha əmin edəcək. O paytaxtlar ki, 30 il ərzində Qarabağ probleminin həlli üçün işğalçılar xristiandır deyə, əllərini “ağdan qara”ya vurmadılar, təcavüzkara sanksiyalar tətbiq eləmək əvəzinə, onu şirnikləndiridilər, Bakını işğalla barışdırmağa çalışdılar, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı alət, maşa kimi istifadə elədilər. Hətta konflikt bitdikdən sonra da bu məkrli planlarından vaz keçməmiş kimi görünürlər.

Amma biz Dağlıq Qarabağ konflikti qala-qala, Türkiyə-Ermənistan barışığı üçün ABŞ-ın hansı israrlı cəhdlər göstərdiyini də yaxşı xatırlayırıq. Özü də Co Baydenin vitse-prezident olduğu dönəmdə. Bəllidir ki, o vaxt - 2009-cu ildə Ağ Evin birbaşa patronajlığı ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına və Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına hesablanan bədnam “Sürix protokolları” imzalanmışdı. Lakin Bakı və Ankaranın prinsipiallığı öz işini gördü və qardaş ölkə Qarabağ məsələsi də daxil, sərhədlərin açılması üçün İrəvana bir neçə şərt irəli sürdü. Onlar bunlar idi:

Ermənistan 1915-ci il hadisələrini beynəlxalq aləmdə “soyqırım” kimi tanıtma siyasətindən əl çəkməli, həmin hadisələri araşdırmaq üçün türk və erməni tarixçiləri ilə yanaşı, digər tərəfsiz tarixçilərin də daxil olduğu komissiyanın yaradılmasına razılıq verməlidir;

2.Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməməli və Ağrı dağının təsvirini gerbindən çıxarmalıdır;

Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın istədiyi həll variantını qəbul etməlidir;

Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən yolu açmalıdır.

Təbii ki, o zamanlar “göylə gedən” Ermənistan buna razı olmadı.

*****

Amma artıq sərhədlərin açılmasını əngəlləyən Qarabağ konflikti mövcud deyil. Elə isə artıq ABŞ prezidenti postunu tutan həmin Bayden nədən indi Türk-erməni barışığına mane olsun? Hansı barışıq ki, qeyd edildiyi kimi, hamıdan çox elə əllərdə “alət” olmağı sevən millətin - ermənilərin özünə lazımdır.

Bu, siyasi riyakarlıq deyilsə, nədir? Niyə Ağ Ev yenə Ermənistandan hələ də qardaş ölkəyə qarşı təzyiq aləti kimi istifadə eləməyə çalışır və bununla Azərbaycanı da incik salır? Demək, iki paytaxtın - Ankara və Bakının cavabı mütləq olacaq. Özü də üç paytaxtın üçünə də. Necə ki, Ərdoğan Qarabağla bağlı on illərdir “öz qətiyyətsizliklərini həll yolu kimi təqdim edənlərə” (işğalçıya havadarlıq edənlərə - red.) mütləq cavab veriləcəyini deyib: “Azərbaycanla birlikdə önümüzdəki günlərdə bu çərçivədə atacağımız addımları daha da konkretləşdirəcəyik...”/musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hulusi Akar: “Baydenin bəyanatı Türkiyə-Ermənistan əlaqələrinə də mənfi təsir edəcək”

    Hulusi Akar: “Baydenin bəyanatı ...

    26-04-2021, 14:27

  • 
  • Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

    Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı ...

    18-01-2021, 10:01

  • 
  • Sərkisyan Ərdoğanın ona dəvət göndərdiyini açıqladı

    Sərkisyan Ərdoğanın ona dəvət göndərdiyini ...

    25-08-2014, 10:32

  • 
  • Co Baydenin Uinston Çörçillin büstünü oval kabinetdən yığışdırması ingilisləri qəzəbləndirdi

    Co Baydenin Uinston Çörçillin büstünü oval ...

    25-01-2021, 10:24

  • 
  • Cozef Baydenin andiçmə mərasimindən sonra iğtişaşlar olub

    Cozef Baydenin andiçmə mərasimindən sonra ...

    21-01-2021, 14:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu