“Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir” ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanatla çıxış edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:
“Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. İstənilən tərəfdaşlar arasında olduğu kimi bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var. Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Biz, həmçinin, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik.
ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi diversifikasiya daxildir. Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?