Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova başsağlığı məktubu göndəriblər.
Başsağlığı məktubunda deyilir:
“Hörmətli Rüstəm Nurqaliyeviç.
Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.
Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”./apa/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?