İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana və Ermənistana səfər edib.
Bəs Məhəmməd Cavad Zərifinin Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir?
Bu sualı KONKRET.az–a Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan şahinoğlu belə şərh edib: “Axı bir aydan da az müddətdə İranda prezident seçkisi keçiriləcək və hazırki dövlət başçısı Həsən Ruhani, o cümlədən Cavad Zərif vəzifələrini tərk edəcəklər. Yəni İran-Ermənistan və İran-Azərbaycan münasibətlərinin gələcəyi artıq Zərifi narahat etməməlidir. Belə isə Zərif sağollaşmağa gəlir?. Səfərin məqsədi nə olursa-olsun, Bakıda İranın xarici işlər nazirinə bu suallar verilməlidir:
1. Tehran Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşməsindən niyə narahatdır?
2. Tehran görüntüləri yayımlanan İran yük maşınlarının Qarabağa keçişinin qarşısını niyə almır?
3. İran sərhədçiləri Azərbaycana narkotik keçirmək istəyən silahlı qruplarla mübarizəni niyə gücləndirmir?
Şahinoğlunun sözlərinə görə, İranda bütün diqqətlər prezident seçkisinə yönəlib: “Ona görə postunu tərk etməyə hazırlaşan Zərifinin bölgəyə səfərinin konkret nəticələri olmayacaq. Bütün hallarda suallarımızı səsləndirməliyik ki, İranın növbəti prezidenti və xarici işlər naziri nədən narazı qaldığımızı indidən bilsinlər. Bizə o da aydındır ki, Ermənistan Azərbaycan və İran arasında problemlərin dərinləşməsini istəyir. Bu isə nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Bunu İrandakı siyasi və ekspert dairələrinin anlaması lazımdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?