Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıb.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər: 1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov; 1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini - Abid Qoca oğlu Şərifov; 1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini - Elçin İlyas oğlu Əfəndiyev; 1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov; 1.5. Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Əli Şamil oğlu Həsənov; 1.6. Azərbaycan Respublikası Baş nazirinin müavini - İsmət Dursun oğlu Abasov; 1.7. Azərbaycan Respublikasının daxili işlər naziri - Ramil İdris oğlu Usubov; 1.8. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Hüseynqulu Seyid oğlu Bağırov; 1.9. Azərbaycan Respublikasının energetika naziri - Natiq Ağaəmi oğlu Əliyev; 1.10. Azərbaycan Respublikasının ədliyyə naziri - Fikrət Fərrux oğlu Məmmədov; 1.11. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Səlim Yanvar oğlu Müslümov; 1.12. Azərbaycan Respublikasının fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov; 1.13. Azərbaycan Respublikasının gənclər və idman naziri - Azad Arif oğlu Rəhimov; 1.14. Azərbaycan Respublikasının xarici işlər naziri - Elmar Məhərrəm oğlu Məmmədyarov; 1.15. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri - Şahin Abdulla oğlu Mustafayev; 1.16. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - Heydər Xanış oğlu Əsədov; 1.17. Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rauf oğlu Şərifov; 1.18. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri - Əbülfəz Mürsəl oğlu Qarayev; 1.19. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri - Eldar Əhməd oğlu Mahmudov; 1.20. Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov; 1.21. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri - Yavər Talıb oğlu Camalov; 1.22. Azərbaycan Respublikasının nəqliyyat naziri - Ziya Ərzuman oğlu Məmmədov; 1.23. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri - Əli Məmməd oğlu Abbasov; 1.24. Azərbaycan Respublikasının səhiyyə naziri - Oqtay Kazım oğlu Şirəliyev; 1.25. Azərbaycan Respublikasının təhsil naziri - Mikayıl Çingiz oğlu Cabbarov; 1.26. Azərbaycan Respublikasının vergilər naziri - Fazil Əsəd oğlu Məmmədov; 1.27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Hicran Kamran qızı Hüseynova; 1.28. Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri - Nazim Hüseyn oğlu İbrahimov; 1.29. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - Elşad Hüseyn oğlu İskəndərov; 1.30. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri - Aydın Əli oğlu Əliyev; 1.31. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri - Arif Mikayıl oğlu Vəliyev; 1.32. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Abbas Abbas oğlu Ələsgərov; 1.33. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Qərib Şamil oğlu Məmmədov; 1.34. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - Kərəm Əvəz oğlu Həsənov; 1.35. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri - Rüfət Cəbrayıl oğlu Aslanlı; 1.36. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri - Ramiz Ayvaz oğlu Həsənov; 1.37. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi - Firudin Hilal oğlu Nəbiyev; 1.38. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev; 1.39. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Arzu Yusif oğlu Rəhimov; 1.40. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi - Qüdrət Qəmbər oğlu Qurbanov; 1.41. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru - Fuad Hidayət oğlu Quliyev; 1.42. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi - Ataxan Əvəz oğlu Paşayev. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?