Milli Məclisin növbədənkənar sessiyasının son iclasında əlilliyin təyin edilməsi ilə bağlı geniş müzakirə aparılıb. Əlilliyin təyin edilməsinə dair yeni qaydalar ikinci oxunuşda təsdiq edilsə də, 13 deputat qanun layihəsinə səs verməyib.
Əlilliklə bağlı qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılmazdan öncə geniş tərkibdə müzakirə olunacaq. Dinləmənin keçirilməsi iyunun 18-nə planlaşdırılır. Dinləmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin də iştirakı gözlənilir. Xatırladaq ki, Spiker Sahibə Qafarova parlamentin ötən növbədənkənar iclasında əlilliklə bağlı qanun layihəsinin yenidən komitə iclasında müzakirə edilməsini təkif edib. Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda 13 deputat əlehinə səs verib. Bu sırada Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas da var
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?