Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb. Bu barədə “Haber Global” məlumat yayıb. Proqrama əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Burada prezidentlər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçiriləcək. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev görüşlərdən sonra Şuşa başda olmaqla Qarabağın yenidənqurma və inşası layihələri üçün sazişlərə imza atacaq. Türkiyə Prezidenti iyunun 16-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, Milli Məclisə xitab edəcək. Türkiyə lideri həmçinin Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə-Uels qarşılaşmasını da Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə tribunadan izləyəcək.
Sorğu
Yeni dizaynımız necədir?