GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanın prioritetlərindən biri: işğal bitdikdən sonra İƏT-lə əməkdaşlığı genişləndirmək - ŞƏRH

Azərbaycanın prioritetlərindən biri: işğal bitdikdən sonra İƏT-lə əməkdaşlığı genişləndirmək - ŞƏRH

Tarix: 17-06-2021, 10:12 Bölmə :Siyasət Baxış: 266
Azərbaycanın prioritetlərindən biri: işğal bitdikdən sonra İƏT-lə əməkdaşlığı genişləndirmək - ŞƏRH


Bu il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30-cu ildönümüdür.

Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olub. Bu baxımdan İƏT ölkənin daxil olduğu ilk beynəlxalq təşkilat da sayılır. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib (2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb). Təşkilatın 57 üzvü var. Baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. Təşkilatın fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən Zirvə görüşündə verilir. Hər il keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir. Baş Katibliyə üzv dövlətlər tərəfindən beş illik müddətə seçilən Baş katib rəhbərlik edir. 2016-cı ildən İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Oseymindir (Səudiyyə Ərəbistanı).

Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan təşkilatla sıx əməkdaşlıq edir. Təşkilat bütün tədbirlərində Ermənistanın işğalını pisləyib, öz qəti mövqeyini bildirib. İƏT-in Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə birmənalı və ardıcıl şəkildə dəstək verib. Ötən dövr ərzində respublikanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul etməsi, 2016-cı ildə Təmas Qrupu təsis etməsi buna sübutdur. Xatırladaq ki, 2016-cı ilin aprel ayında “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin Yekun Kommünikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, 2016-cı ilin aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması öz əksini tapıb, habelə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı Təcavüzünə dair İƏT Təmas Qrupu”nun yaradılıb. Təmas Qrupuna 8 ölkə - Türkiyə Respublikası, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Malayziya, Qambiya İslam Respublikası, Cibuti Respublikası, Somali Respublikası daxildir.

İƏT-ə üzv olan dövlətlər, xüsusilə Türkiyə, Pakistan və Əfqanıstan İkinci Qarabağ müharibəsində Azərbaycanın ədalətli mövqeyini mənəvi-siyasi cəhətdən dəstəkləyib. 2020-ci il sentyabrın 28-də Əfqanıstan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda vuruğulamışdı: “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir”. Pakistan Xarici İşlər Nazirliyi 2020-ci il sentyabrın 27-də yaydığı bəyanatda Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyanat vermişdi: “Erməni silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. Türkiyənin bütün dövlət rəsmiləri Azərbaycanla bağlı çıxışlarında Qarabağın azad edilməsini tələb etmiş, işğalın başa çatması istiqamətində həmişə Azərbaycanın yanında olduqlarını vurğulamışdılar.

Azərbaycanın qələbəsi ilə bağlı Pakistanın baş naziri İmran Xan bildirmişdi: “Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbəni “dastanlara yazılacaq bir qələbə” adlandırmış, Əfqanıstan Prezidenti Əşrəf Qəni isə belə münasibət bildirmişdi: “Atanız sağ olsaydı, sizinlə fəxr duyardı”. İşğaldan sonra İƏT-ə üzv dövlətlərin rəsmiləri Qarabağ səfər edib, erməni vəhşiliklərinin şahidi olublar. İşğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo demişdi: “İƏT-ə üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daima müdafiə edib. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. İşğaldan azad olunan ərazilərə səfərimiz zamanı erməni vandalizminin şahidi olduq. Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərlidir. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qarabağ işğaldan azad edilib, Azərbaycan hökuməti o bölgələrdə yenidənqurma işləri aparacaq, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıda biləcəklər”.

İƏT-ə üzv dövlətlər Azərbaycanla bağlı çox nikbin fikirlər səsləndirirlər. Təşkilata üzv dövlətlərin liderlərinin qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etmələri buna bariz nümunə sayıla bilər. Azərbaycan azad edilmiş torpaqlarda da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlıq etmək istəyini bəyan edir. Prezident İlham Əliyev iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında çıxışı zamanı deyib: “Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaq. Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik”.

Beləliklə, Azərbaycan müstəqillyini bərpa etdiyi vaxtdan əməkdaşlığa üstünlük verib. Bu baxımdan rəsmi Bakı başqa beynəlxalq təşkilatlar kimi İƏT-ə üzv dövlətlərlə əlaqələri genişləndirməyi, işğalın acı nəticələrinin aradan qaldırılmasında əməkdaşlığı prioritet sayır.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti başlayır

    Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti ...

    10-09-2017, 12:07

  • 
  • İlham Əliyev: "Beynəlxalq tələblərə uyğun qanunvericilik və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi antikorrupsiya siyasətimizin uğurlarındandır"

    İlham Əliyev: "Beynəlxalq tələblərə uyğun ...

    6-06-2017, 11:50

  • 
  • Məmmədyarov Banqladeşə gedir

    Məmmədyarov Banqladeşə gedir ...

    4-05-2018, 16:17

  • 
  • ​Prezident: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz"

    ​Prezident: "Məscidləri dağıdan Ermənistan ...

    13-12-2017, 21:43

  • 
  • Prezident İlham Əliyev: "İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib"

    Prezident İlham Əliyev: "İşğal edilmiş ...

    13-06-2017, 12:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu