GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiyada payız seçkiləri: “Moskva baharı” və Kremli gözləyən təhlükələr - GƏLİŞMƏ

Rusiyada payız seçkiləri: “Moskva baharı” və Kremli gözləyən təhlükələr - GƏLİŞMƏ

Tarix: 21-06-2021, 10:58 Bölmə :Siyasət Baxış: 311
Rusiyada payız seçkiləri: “Moskva baharı” və Kremli gözləyən təhlükələr - GƏLİŞMƏ


Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 19-da Dövlət Dumasına seçkilərin keçirilməsi ilə bağlı fərman imzalaması barədə məlumat vermişdik. Qeyd edək ki, 166 üzvdən ibarət ikipalatalı Federasiya Şurası üzvlərinin bir hissəsi birmandatlı dairələrdən, digər hissəsi isə partiya siyahılarına əsasən 4 illik müddətə seçilən 450 deputatdan ibarət Dövlət Duması tərəfindən təşkil olunur. Seçicilər seçki dairəsindən keçən namizədlə yanaşı, həm də partiyaya səs verirlər.

Dünyanın iki böyük nüvə dövləti - ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Rusiyada keçiriləcək seçkilərə beynəlxalq maraq böyükdür. ABŞ-ın yeni Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini qatil adlandırması, bir neçə gün öncə keçirilən Cenevrə görüşü zamanı tərəflərin razılığa gələ bilməməsi, Baydenin görüşü vaxtından əvvəl tərk etməsi münasibətlərin bərpası istiqamətində gözləntiləri də puça çıxarıb. Baxmayaraq ki, görüşöncəsi bəzi ekspertlər Çin amilinə görə, tərəflərin razılığa gələcəyi və qarşılıqlı güzəştlərə gedəcəklərini ehtimal edirdilər.

Bu arada Rusiya müxalifətinin lideri adlandırılan bloger Aleksey Navalnının zəhərlənməsi, ardınca Almaniyaya məxsus təyyarə ilə Berlinə aparılması, Moskvaya qayıtdıqdan sonra həbs edilməsi, hazırda həbxsana şəraitində həyatına təhlükə olması Qərb-Rusiya münasibətlərində yeni gəlişmələrə səbəb olub. Vladimir Putinin ABŞ-ın “NBC News” televiziyasına müsahibə zamanı söylədiyi “Navalnının 32 aylıq məhbəs həyatını salamat başa vuracağına təminat verə bilmirik. Navalnı əgər ölərsə, həbsxanada olan istənilən adamdan pis münasibət görməyəcək” fikirləri sərt təpkilərlə qarşılaşıb. “Navalnının ölümü Rusiyanın təməl fundamental insan hüquqlarına əməl etmək niyyəti olmamasının daha bir əlaməti olar. Bu, bir faciə olar, dünyanın qalan hissəsi və mənimlə münasibətlərə zərbə vurar” deyən Bayden isə baş verənlərin fonunda rəsmi Kremli yenidən tənqid edib.

Ehtimallar var ki, Rusiyada keçirilən seçkilər fonunda ABŞ və Qərb daxildə olan narazılıqları artırmağa çalışacaq. Bəs, görəsən Belarusda yaşanan hadisələrin Rusiyada da təkrarlanması gözlənilirmi?

AYNA-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, Rusiyada seçkilər sakit şəraitdə keçiriləcək: “Rusiyada seçkilər həmişə ənənəvi qaydada keçirilir və bu dəfə də belə olacaq. Hər hansı ciddi dəyişiklikləri gözləməyə dəyməz. Düzdür, bəzi ehtimallar səsləndirilir ki, guya Rusiyada da Belarusda yaşananlar baş verə bilər. Bu, qətiyyən mümkün deyil və tamamilə istisna olunur. ABŞ və Qərb Belarusda nəyə nail oldu ki, Rusiyada da nəyə nail olsunlar?! Digər yandan Rusiya Belarus deyil. Putin daxili müqaviməti elə qırıb, müxalifəti də elə əzib ki, hansısa Belarus və digər ssenarilərin Rusiyada tətbiq olunması faktiki mümkün deyil. Odur ki, seçkilər plana uyğun şəkildə, siyahılar tutularaq baş tutacaq. Necə ki, bundan qabaq olurdu, Putin kimləri istəyirdi, Dumaya seçdirirdi, bu dəfə də belə olacaq. Bunun əksini düşünmək sadəlövhlük olardı”.

“ABŞ-Rusiya münasibətlərinə gəldikdə isə bu narazılıqlar artan xətlə davam edəcək. Lakin Bayden ilə Putin arasında keçirilən Cenevrə görüşü zamanı bəlli oldu ki, Qərbin Rusiyaya təzyiq imkanları çox aşağıdır. Rəsmi Kreml ənənəvi siyasətini davam etdirəcək. Lazım gələrsə, zor aparatını da işə salacaq. Yəni, bu seçkilərdən ümidlənməyə, uzaqgörən nəticələr çıxarmağa dəyməz. Bir halda ki, Rusiya bu gün digər dövlətlərdə, misal üçün elə Belarusda, diktator rejimləri qorumağa müvəffəq olur, onun özünün hər hansı təhlükə ilə üzləşəcəyini ehtimal etmək mənasızdır. Təbii ki, ABŞ və Qərb müəyyən fikirlər səsləndirə bilər. Lakin bu, ümumilikdə nə seçkilərin nəticələrinə, nə də Rusiyanın yürütdüyü ənənəvi siyasi kursa təsir edəcək. Hər şey olduğu kimi qalacaq”, - deyə analitik bildirib.

Rusiyanın Ukrayna məsələsində rolundan danışan Əlizadə əlavə edib ki, Ukrayna federallaşmağa məcburdur: “Yəqin ki, rəsmi Kiyev Minsk razılaşmasına əməl etməli olacaq. Minsk razılaşması odur ki, Ukrayna güzəştlərə getməli, federallaşmalıdır. Xüsusi qanun qəbul edilməli, Donetskə müstəsna hüquqlar verilməlidir. Krımın qaytarılacağı məsələsində isə qətiyyən nikbin deyiləm”.

AYNA-nın digər həmsöhbəti, politoloq Qabil Hüseynli isə fərqli düşünür. O, hesab edir ki, payız seçkiləri gərgin atmosferdə keçəcək: “Bilirsiniz ki, Dumaya seçkilər yeni qaydalar əsasında həyata keçiriləcək. Qanunvericilik və Seçki Məcəlləsi elə mürtəce hala salınıb ki, faktiki olaraq müxalif fikirli insanların iştirakı mümkün deyil. Anti-Putin mövqeyində dayanan şəxslərin qeydiyyata alınması çox müşkül məsələdir. Bütün bunlar deməyə əsas verir ki, bu seçkilərə həm beynəlxalq birlik, həm də rus müxalifəti kəskin etiraz edəcək. Rusiya müxalifətinin lideri adlandırılan bloger Aleksey Navalnının həbsdə saxlanılması, ona və tərəfdarlarına qarşı həyata keçirilən repressiv siyasət narazı ovqatı daha da artacaq. Rusiyada anti-Putin əhval-ruhiyyəsi pik səviyyəyə çatıb. Əhali artıq Putinlə bağlı lətifələr qoşmağa başlayıb. Yəni, Putin bu gün folklora düşüb. Mənim qənəatimə görə, o siyasi lider ki folklara düşüb, onun siyasi perspektivləri ilə bağlı optimist fikirlər səsləndirmək mümkün deyil”.

Siyasi şərhçinin fikrincə, Rusiyadakı seçkilərin hansı nəticələrə gətirib çıxaracağı barədə indidən birmənalı proqnoz vermək mümkün deyil: “Bu, Qərbin münasibətindən asılı olacaq. Əgər ABŞ və Qərb israr edəcəksə, çox şeylər dəyişə bilər. Hesab edirəm ki, onlar bu prosesə ciddi təkan verəcəklər”.

“Bu gün Rusiyada 250 millət yaşayır. Onların 80 faizindən çoxu türk mənşəli xalqlardır. Bu xalqların milli şüuru inkişaf edib, özünüdərk prosesi sürətlə gedir. Bu nöqteyi-nəzərdən Rusiyada millətlərarası və sosial zəmində gərginliyin artacağı istisna edilmir. Ancaq heç kim bilmir ki, bu işə hansı səviyyədə qol qoyacaqlar. Görünən odur ki, bu gün həm ABŞ, həm də Qərbin Rusiya ilə çox ciddi problemləri var. Bu xüsusda onların müşahidəçi mövqe tutacaqlarını güman etmirəm. Bu seçkilərdə başlanan müqavimət hərəkatı bu gün olmasa da, yaxın gələcəkdə Putin iqtidarının taleyini müəyyən edəcək”, - deyə Hüseynli vurğulayıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və Prezident Vladimir Putinin görüşü olub - FOTO

    Prezident İlham Əliyev və Prezident Vladimir ...

    1-09-2018, 14:00

  • 
  • İlham Əliyev Vladimir Putini evinə qonaq apardı (Yenilənib)

    İlham Əliyev Vladimir Putini evinə qonaq apardı ...

    14-08-2013, 01:26

  • 
  • Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək

    Vladimir Putin sentyabrın sonlarında Azərbaycana ...

    7-09-2018, 15:41

  • 
  • Kremlin sözçüsü Əliyevlə Putinin görüşü barədə

    Kremlin sözçüsü Əliyevlə Putinin görüşü barədə ...

    1-09-2018, 11:57

  • 
  • Putin-Bayden görüşü: Güney Qafqaza da yer tapılacaq - TƏHLİL

    Putin-Bayden görüşü: Güney Qafqaza da yer ...

    31-05-2021, 13:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu