Bu gün Prezident İlham Əliyev Azərbaycanın ən azı 42 min 709 hərbiçisini medalla təltif edib. Prezidentin saytının məlumatına görə, hərbçilər Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonlarının alınmasında iştiraklarına görə müvafiq medallarla təltif ediliblər.
Medal alanlar arasında onlarla general, yüzlərlə polkovnik rütbəli hərbçilər var.
Azərbaycan Prezidenti hərbçilərin təltif olunması haqda bu gün sərəncam imzalayıb və qərar Prezidentin saytında dərc olunandan sonra saytın həmin hissəsi işləməyib.
İyunun 26-ı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir və ənənəvi olaraq hər il bu ərəfədə Prezident bəzi hərbi qulluqçuları təltif edir və mükafatlandırır.
1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikasının ordusu yaradılıb. 2020-ci ilin sentyabrında Azərbaycan İkinci Qarabağ müharibəsində uğurlu hərbi əməliyyatlar keçirərək 44 gün ərzində 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarının böyük hissəsini azad edib.
Həmin ilin noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalanıb və Qarabağa Rusiya sülhməramlıları gəlib.
Azərbaycan və Rusiya Prezidentləri və XİN başçıları eyni gündə nədən danışıblar?
Çərşənbə günü əvvəlcə Azərbaycan ilə Rusiyanın xarici işlər nazirləri sonra isə Prezidentlər İlham Əliyev və Vladimir Putin telefonla danışıblar.
İlham Əliyev Vladimir Putinə telefonla zəng edib.
Prezidentin saytının məlumatına görə, Prezidentlərin telefon danışığı zamanı "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib".
Məlumata görə, telefon söhbətində Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.
Türkiyə və Azərbaycan "üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruyacaq - Şuşa bəyannaməsiZəngəzurdakı Qaragöl kimə məxsusdur, xəritələr nə göstərir? 5 suala cavab
Hər iki Prezident müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Bu telefon söhbətindən bir neçə saatə əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hər iki nazir Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri razılaşmaların, o cümlədən Dağlıq Qarabağda humanitar vəzifələrin həllinə dair razılaşmaların həyata keçirilməsi barədə danışıblar.
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusən Dağlıq Qarabağda humanitar vəzifələrin həllinə dair razılaşmaların həyata keçirilməsi kontekstində bir sıra mövzulara toxunulub. Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrupunun regionun münaqişədən sonra inkişafına əhəmiyyətli töhfə verdiyi vurğulanıb", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
HRW Azərbaycanı bütün əsirləri "dərhal azad etməyə" çağırır, Azərbaycan isə "bütün əsirləri qaytardığını" bildiribİlham Əliyev Zəngəzur dəhlizi haqqında nə deyib?
Bu ayın əvvəlində rəsmi Yerevan bəyan etmişdi ki, Azərbaycan-Ermənistan-Rusiya birgə işçi qrupunun "işi davam etmir".
İyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirildikdən sonra ötən gün Rusiya və Azərbaycan rəsmiləri "Üçtərəfli İşçi Qrup" barədə danışıblar.
Rusiya Cənubi Qafqazda "etimadın möhkəmləndirilməsinə" kömək edir
Rusiyanın xarici işlər naziri Cənubi Qafqazda əmin-amanlığın bərpasına şərait yaratmaq üçün ölkəsinin xeyli iş gördüyünü bəyan edib.
Bu barədə Sergey Lavrov Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransında çıxış edərkən danışıb.
Rusiyalı diplomatın sözlərincə, onun ölkəsi ATƏT Minsk Qrupunun digər "həmsədrləri ilə birlikdə" tərəflər arasında etimadın möhkəmləndirilməsinə və humanitar layihələrin həyata keçirilməsinə kömək edir.
Sergey Lavrov həmçinin ötən il başa çatan müharibənin dayandırılmasında Rusiyanın "həlledici rol oynadığını" qeyd edib.
Ötən gün eyni fikri Rusiya Prezidenti Vladimir Putin də dilə gətirib.
Sorğu
Yeni dizaynımız necədir?