GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan ilk öncə NAXÇIVAN QALASINI MÖHKƏMLƏTMƏLİDİR... - TƏHLİL

Azərbaycan ilk öncə NAXÇIVAN QALASINI MÖHKƏMLƏTMƏLİDİR... - TƏHLİL

Tarix: 28-06-2021, 11:43 Bölmə :Siyasət Baxış: 355
Azərbaycan ilk öncə NAXÇIVAN QALASINI MÖHKƏMLƏTMƏLİDİR... - TƏHLİL


“Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.

Bu sözləri Prezident İlham Əliyev Ordu günü münasibətilə keçirilən rəsmi tədbirdə deyib.

Peşə bayramı münasibətilə hərbçilərimizlə görüşündə Prezidentin bu mesajı deyəsən ermənilərə tam anlamı ilə çatmayıb. Təsadüfi deyil ki, həmin çıxışın edildiyi dəqiqələrdə ermənilər Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığındakı mövqelərindən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndlərindəki postlarımızı atəşə tutmağa başlamış və atışma qısa fasilərlə iyunun 27-i saat 03:00 radələrinədək davam etmişdi. Düşmən təcavüzü bununla da bitməmişdi. İyunun 27-də saat 20:40 radələrində düşmən qüvvələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun postlarını da atıcı silahlardan atəşə tutmuşdular. Hər halda Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında belə deyilir.

Rəsmi məlumatdan da aydın olur ki, ilk gün Kəlbəcər ərazisində başlayan atışma ertəsi gün Tovuz rayonuna sıçrayıb. Bu isə ermənilərin bütün cəbhə boyu əsgərlərimizin sayıqlığını yoxlamasından xəbər verir.

Bütün bu hadisələrin analizi göstərir ki, Ermənistandakı son növbədənkənar parlament seçkilərinin nəticələrindən razı qalmayan revanşist qüvvələr Paşinyanın yenidən hakimiyyətə gəlməsini həzm edə bilmədiklərindən sərhədlərimizdə gərginlik yaratmaqda maraqlıdırlar. Onların əsas məqsədlərindən biri də Azərbaycanla Ermənistan arasında bağlanması nəzərdə tutulan sülh sazişini əngəlləmək də ola bilər.

Prezident İlham Əliyevin istər Ordu günü münasibətilə etdiyi çıxışında, istərsə də ondan əvvəl Bakıya səfər gələn Avropa İttifaqı nümayəndələri ilə söhbətində Cənubi Qafqazda qalıcı sülhün təmini üçün sülh sazişinin imzalanmasının vacibliyi barədə fikirləri və qonaqların bu təkliflə razılaşmaları da, sözsüz ki, Ermənistandakı revanşist qüvvələrin ürəyincə deyildi. Avropalı qonaqların elə həmin gün İrəvanda görüşdükləri Nikol Paşinyan da əslində “sülhpərvər” mövqe sərgiləmiş, xalqdan aldığı dəstəklə 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək əzmində olduğunu vurğulamışdı. Erməni revanşistlərinin həmin bəyanatdan sonra sərhəd xətti boyunca mövqelərimizi atəşə tutması təsadüfə bənzəmir. Mümkündür ki, Paşinyanın mövqelərini sarsıtmaq üçün həqiqətən də Ermənistandakı 5-ci kolonun nümayəndələri bu xəyala düşsünlər.

Bütün bu reallıqları nəzərə alan Azərbaycan ordusu cəbhə xəttindəki mövqelərini gücləndirməli, düşmənin təcavüzkar təxribatlarının qarşısını almalıdır. Sirr deyil ki, Azərbaycanın “yumşaq qarnı” adlandıra biləcəyimiz ən həssas bölgəsi isə Naxçıvandır. Hərçənd Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu istənilən erməni təcavüzünü geri püskürdəcək, hətta lazım gələrsə 3 il əvvəl uğurla həyata keçirdiyi Günnüt əməliyyatında olduğu kimi yeni strateji bölgələri düşməndən təmizləyəcək gücdədir. Xatırladaq ki, 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları kimi hərbi strateji əraziləri işğaldan azad etmək üçün Əlahiddə Ümumqoşun Ordusuna cəmi 1 həftə (mayın 20-dən 27-nə qədər) kifayət etmişdi. Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları II Qarabağ döyüşlərində də uğurları ilə fərqlənmiş və Füzulidən Şuşaya qədər dayanmadan irəliləməyi bacarmışdılar. 44 günlük savaşda qazanılan bu təcrübə Naxçıvandakı ordu birləşmələrimizin döyüş qabiliyyətini, mənəvi ruhunu daha da artırmış və istənilən ən ağır əməliyyatları həyata keçirə biləcəklərinə əminlik yaratmışdı.

Bütün bunlara baxmayaraq, özünə arxayınlığın bəzən mənfi nəticələr də doğura bilər və ordumuz öz üstün gücünə güvənib sayıqlığını bir an belə itirməməli, düşməni xor görməməlidir. Xüsusilə ona görə ki, bizim vətən uğrunda apardığımız müharibə artıq regional miqyasdan çıxıb və qlobal hesablaşmalara çevrilib. Son zamanlar NATO qüvvələrinin Qara dənizdə Rusiyanı dalana sıxışdırması və bu fəaliyyətdə Türkiyənin də önəmli rol oynaması Moskvanı Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan sərhədlərində müəyyən tədbirlərə əl atmağa həvəsləndirə, bununla da Türkiyənin diqqətini Qara dənizdən Azərbaycana çəkmək istəyə bilər. Xüsusilə Şuşa Bəyannaməsindən sonra Rusiyanın Türk hərbi qüvvələrinin Azərbaycanda güclənməsinə reaksiyası da ortadadır və buna laqeyd qalmayacağı açıq şəkildə özünü büruzə verir.

Nəzərə alsaq ki Türkiyə ilə Azərbaycan arasında yeganə quru sərhəddi Naxçıvandadır, Kremlin “kiçik torpağa” ciddi diqqət ayıra biləcəyi ehtimal xaricində deyil və biz də tədbirlərimizi buna görə almalıyıq. Əslində Azərbaycan Müdafiə Nazirliyinin Muxtar Respublikada son zamanlar yürütdüyü siyasət hərbi-siyasi iradəmizin də bu həssas durumun fərqində olduğunu göstərir. Rəsmi məlumata görə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib”. Təlimlərdə ordu birliklərimizin 44 günlük savaşda qazandığımız qələbədə mühüm rol oynayan “Bayraktar-TB2” dronlarını Naxçıvanda ilk dəfə sınaqdan çıxarması da, zənnimizcə, dosta-düşmənə verilmiş ən ciddi mesajdır. Naxçıvan Qarnizonu bu gücünü nümayiş etdirməklə gözlənilən düşmən hücumunun II Qarabağ savaşındakı aqibətlə üzləşəcəyini açıq şəkildə ortaya qoymuşdur.

Əlbəttə ki, etibarlı müdafiə üçün təkcə ordu birliklərini gücləndirməklə kifayətlənmək olmaz. Silahlı Qüvvələrin digər qolları da Naxçıvanda mövqeyini möhkəmləndirməli, özəlliklə də əks-kəşfiyyat, xüsusi xidmət və polis orqanları həmçinin sərhəd qoşunları ən yüksək hazırlıq səviyyəsinə gətirilməlidir. Sirr deyil ki, Muxtar Respublikadakı Əlahiddə Ümumqoşun Ordusundan başqa digər silahlı qüvvələrimiz xaricə yönəlik strategiyalardan çox yerli tələbatlar əsasında formalaşmış, bir çox halldarda kadrların qabiliyyəti yox, qohumluq əlaqələri, dövlət dəyərlərdən ziyadə, ayrı-ayrı şəxslərə sədaqətləri nəzərə alınaraq işlə təmin olunmuşlar. Bu da ilk baxışdan daxili sabitliyi qorumağa xidmət etsə də, dövlət qurumlarının peşəkarlıq səviyyəsinə mənfi təsir göstərmişdi. Azərbaycan Silahlı Qüvvələrinin hazırkı şəraitdə bir nömrəli vəzifəsi həmin qurumların da peşəkarlıq səviyyəsini artırmaq, ordumuzun köməkçi qollarını gücləndirmək olmalıdır. Lazım gələrsə, bu məqsədlə bütün güc strukturlarının rəhbərləri eyni anda Naxçıvana səfər etməli, strateji müttəfiqimiz Türkiyə ilə birgə bölgədə kadr islahatları aparmalı, qurumların hərbi-texniki təchizat məsələsinə yenidən baxmalıdır./ovqat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Düşmən bütün cəbhəboyu mövqelərimizi atəşə tutdu

    Düşmən bütün cəbhəboyu mövqelərimizi atəşə tutdu ...

    1-03-2017, 13:49

  • 
  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı ...

    17-07-2020, 10:17

  • 
  • Mövqelərimiz qumbaraatanlardan atəşə tutuldu

    Mövqelərimiz qumbaraatanlardan atəşə tutuldu ...

    12-04-2018, 13:27

  • 
  • Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu - RƏSMİ

    Ermənistan dövlət sərhədində atəşkəs rejimini ...

    5-11-2020, 10:03

  • 
  • Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub

    Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub ...

    30-09-2020, 21:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu