GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Əliyev-Putin-Paşinyan görüşü gözlənilir” - “artsax” mövzusu rəsmən də qapadılır!

“Əliyev-Putin-Paşinyan görüşü gözlənilir” - “artsax” mövzusu rəsmən də qapadılır!

Tarix: 8-07-2021, 09:33 Bölmə :Siyasət Baxış: 347
“Əliyev-Putin-Paşinyan görüşü gözlənilir” - “artsax” mövzusu rəsmən də qapadılır!


10 noyabr kapitulyasiya sənədinin ildönümünədək Ermənistan Kremlin patronajlığı ilə Azərbaycanla sülh müqaviləsi imzalaya bilər - gözlənti

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan dünən Moskvaya işgüzar səfərə gedib. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilirdi. Bu, onun partiyasının parlament seçkilərindəki qələbəsindən sonra, öz legitimliyini təsdiqləməsinin ardınca Rusiyaya ilk səfəri idi. Bununla da Moskvanın Ermənistandan ötrü strateji önəmi bir daha vurğulanmış oldu.

Qeyd edək ki, Putin Paşinyanı hakim partiyanın seçkilərdə qələbəsi münasibətilə təbrik eləməsə də, rəsmi Kreml nəticələrdən məmnun qaldığını gizlətməyib. Hərçənd Ermənistan hökumətinin mətbuat xidməti seçkilərdən bir həftə sonra Paşinyanla Putin arasında baş tutmuş telefon danışığı haqda yaydığı məlumatda telefon söhbəti zamanı Rusiya başçısının Nikol Paşinyanı təbrik elədiyi bildirilirdi. Lakin Kremlin yaydığı rəsmi məlumatda bu detal yox idi. Yəni bilinmədi ki, Rusiya lideri Ermənistan rəhbərini təbrik edib, ya yox?..

*****

Təbii ki, qərbyönlü siyasətçi sayılan Nikol Paşinyanın xarici dövlətə ilk səfər qismində Rusiyanı seçməsi öz xoşu ilə yox, zorən olub. Çünki Qərb uzaqda, Rusiya isə yaxında - Ermənistanın içindədir. Özü də hərbi varlıq olaraq. Üstəgəl, Azərbaycana məxsus Qarabağda, daha dəqiqi, anklavda bir ovuc erməni əhalinin varlıq qarantı da indi Rusiyadır, rus sülhməramlılarıdır, Ermənistan yox.

Fakt budur ki, Rusiya ərazimizdə ermənilərin qalması üçün əlindən gələni edir, onlar üçün hətta evlər tikir, habelə sülhməramlı missiyasına aid olmayan başqa işləri görür, o sırada Bakını qıcıqlandırsa da, separatçıların bir çox qanunsuz hərəkətlərinə göz yumur ki, həm erməni əhali Moskvadan narazı qalmasın və 44 günlük müharibədəki ağır məğlubiyyətə görə incikliyi unutsun, həm də və ən əsası, ermənilər Qarabağdan qaçıb getməsin. Ona görə ki, Qarabağda erməni qalmayacaqsa, Rusiya sülhməramlılarına, bütövlükdə Azərbaycanda Rusiya amilinə də ehtiyac qalmayacaq. Odur ki, Moskva böyük paralar xərcləyir ki, “əziyyəti” hədər getməsin. Bir az da tələsir.

Kremlin bu siyasəti Paşinyan iqtidarını da qane edir. Axı xərci, əziyyəti Moskva çəkir. Bu yandan da Azərbaycanla yeni sərhədləri Rusiyaya həvalə eləməklə rəsmi İrəvan daha bir yükdən - təhlükəsizlik problemindən azad olmaq istəyir. Kəsəsi, qarşılıqlı ehtiyac məsələsi.

Bəs belə qarşılıqlı ehtiyac postmüharibə dönəmində Azərbaycanın milli maraqlarına hər hansı təhdid yarada bilərmi? Söhbət öncəliklə keçmiş Dağlıq Qarabağ coğrafi ərazisinin yerdə qalan hissəsinin də Azərbaycanın yurisdiksiyasına qaytarmaqdan, oradakı qanunsuz silahlı dəstələrin və kriminal ünsürlərin tam tərksilah edilməsindən gedir.

*****

“Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın ”artsax" ideyasından tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik.

Bunu rusiyalı politoloq Vladimir Lepexin Ermənistan mediasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan “artsax”ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb və artıq bu proses sona yaxınlaşır: “Rəsmi İrəvan isə bu barədə danışıqları imitasiya edir. Əslində isə ”artsax"la bağlı heç bir danışıq yoxdur. Bu mövzu qapanıb".

Politoloq hesab edir ki, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil. “Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi”, - deyə o əlavə edib.

Əslində Ermənistan adlı qondarma dövlətin 30 illik formal mövcudluğu, daha dəqiqi, ermənilərin ötən müddətdə özlərinə dövlət qura bilməməsi bu gerçəyə öz möhürünü basıb. Belə bir qənaət daşlaşıb ki, həmsərhəd olmayan Rusiya deyil, məhz qonşu Azərbaycan və Türkiyə ilə inteqrasiya, əməkdaşlıq Ermənistan üçün xilas formulu ola bilər.

*****

“Füzuli və Zəngilan rayonlarının xəritələrinin alınması onu göstərir ki, Bakı prosesi idarə və diktə edir, İrəvandan nə istəyirsə, onu əldə edir”.


“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Vesti.az-a digər rusiyalı ekspert Andrey Petrov deyib.

“Ermənistan tərəfindən daha iki rayonun minalanmış ərazilərinin xəritələrinin Azərbaycana verilməsi Cənubi Qafqazın münaqişədən sonrakı dövrü üçün çox vacib hadisədir. İndi artıq Bakı Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsini sürətlə minalardan təmizləyə biləcək, hansı ərazilərin ki, - bütövlükdə Füzuli və Zəngilanın, - bərpası Şuşa və Ağdamdan sonra prioritet sayılır. Məhz bu rayonların xəritələrinin əldə edilməsi göstərir ki, Azərbaycan prosesi özü idarə edir və Ermənistandan nə ehtiyac duyursa, onu alır”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, Moskva azad edilmiş rayonların minalardan təmizlənməsi problemindən narahatdır və İrəvana öhdəliklərini yerinə yetirməsi üçün təzyiq göstərir: “Özü də Bakı müharibədən sonra ələ keçirdiyi erməni hərbi qulluqçularını təhvil verməypə borclu deyil, İrəvan isə minalanmış ərazilərin xəritələrini təhvil verməyə borcludur”.

Analitik eyni zamanda bütün mina xəritələri Bakıya veriləndən sonra Putin, Əliyev və Paşinyan arasında yeni üçlü görüşün baş tutacağın istisna eləmir. “Həmin görüşdə 10 noyabr 2020 və 11 yanvar 2021 sazişlərinin reallaşması yönündə irəliləyişlər vurğulana və ölkələr arasında münasibətlərin normallaşmasında yeni bir mərhələ, o cümlədən sülh sazişi üzərində danışıqlar başlaya bilər. Görüş yəqin ki, 10 noyabr tarixinə - üçtərəfli bəyanatın ildönümünə təsadüf edəcək”, - deyə ekspert əlavə edib.

Ermənistanın, onun siyasi elitasının Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yolu da qalmayıb. Ya sülh, ya da... sülh./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Ermənistana səfər edəcək

    Putin Ermənistana səfər edəcək ...

    13-09-2018, 11:47

  • 
  • Putin İlham Əliyevi TƏBRİK ETDİ

    Putin İlham Əliyevi TƏBRİK ETDİ ...

    24-12-2020, 13:05

  • 
  • Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

    Rusiya və Türkiyə prezidentləri arasında telefon ...

    17-08-2020, 15:10

  • 
  • Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

    Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi ...

    26-08-2020, 17:17

  • 
  • Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq

    Bu gün Moskvada Qarabağ üzrə danışıqlar aparılacaq ...

    11-01-2021, 10:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu