Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında sənəd müzakirəyə çıxarılıb.
Gundemxeber.az-ın xəbərinə görə, sənəd 9 maddədən ibarətdir.
Əsasnamə İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir.
Yeni sənəddə İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?