GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentdən düşmənə xəbərdarlıq, müttəfiqinə açıq çağırışlar - antiterror əməliyyatının anonsu

Prezidentdən düşmənə xəbərdarlıq, müttəfiqinə açıq çağırışlar - antiterror əməliyyatının anonsu

Tarix: 17-08-2021, 09:48 Bölmə :Siyasət Baxış: 341
Prezidentdən düşmənə xəbərdarlıq, müttəfiqinə açıq çağırışlar - antiterror əməliyyatının anonsu


Dövlətimizin başçısı Ermənistana xilas yolunu göstərdi; əks təqdirdə, “Dəmir yumruq” qaçılmaz olacaq; deputat: “Azərbaycan Ermənistanı çox ciddi şəkildə növbəti dəfə cəzalandıracaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də nüfuzlu “CNN Türk” televiziya kanalına müsahibəsində Qarabağ məsələsi ilə əlaqədar qətiyyətli mövqeyini bir daha ifadə etməklə yanaşı, Ermənistana, onu himayə edənlərə yönəlik olduqca vacib mesajlarını dilə gətirdi.

Dövlətimizin başçısı bu müsahibədə Azərbaycanın Qarabağla bağlı mövqeyini tam şəkildə açıqladı. İndiyədək irəli sürdüyü şərtləri, təklifləri real vəziyyətə uyğun şəkildə bir daha dünya ictimaiyyətinə, region ölkələrinə, bölgədə maraqları olan güclərə çatdırdı. Bu müsahibə bir daha göstərdi ki, Güney Qafqazda sülh, Qarabağda əmin-amanlıq Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi konsepsiya çərçivəsində mümkündür. Təkcə ona görə yox ki, o, qalib ölkənin prezidentidir, müzəffər ordunun Ali Baş Komandanıdır. Ən əsası ona görə ki, İlham Əliyevin, Azərbaycanın təklif etdiyi sülh variantı ən ədalətlidir. Burada Ermənistana böyük fürsət tanınır. “CNN Türk”ə müsahibədə bir daha Paşinyan iqtidarına, eləcə də Ermənistan cəmiyyətinə səsləniş var. Deyilir ki, mənasız iddialardan, revanşizmdən imtina edin. Ermənistana, ermənilərə həm öz gələcəkləri, həm region xalqlarının gələcəyi naminə gərəksiz, heç bir perspektivi olmayan iddialardan geri çəkilmələri təklif olunur. Əks təqdirdə, dəmir yumruğu bir daha başlarında hiss edəcəklər. Bu dəfə daha amansız və acı məğlubiyyət yaşayacaqlar. Dövlətimizin başçısı bununla həm də son aylar baş qaldıran revanşist meyillərlə bağlı da xəbərdarlığını kəskin şəkildə ifadə etdi ki, bu da bəzi müşahidəçilər tərəfindən antiterror əməliyyatlarının anonsu kimi qəbul olunur. Prezident İrəvanın silahlandırılması ilə bağlı kifayət qədər açıq danışaraq qeyd etdi ki, mövcud durumda Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. “Biz hələ ki bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdi ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir” - deyə, dövlət başçısı bildirdi. Prezident Ermənistan müdafiə nazirinin çox məsuliyyətsiz açıqlamalar verməsinə - əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar, deməsinə də diqqət çəkdi və xəbərdarlıq etdi: “Yəni görünür, İkinci Qarabağ savaşı hələ ki hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”. Olduqca vacib və xalqımızın hər bir nümayəndəsinin ürəyindən xəbər verən mövqedir ki, dövlət başçımız qətiyyətlə bəyan etdi. Prezident Şuşadan Xankəndinin, Laçın dəhlizinin tam nəzarətdə saxlanıldığını, oraya daxil olan və geri dönənlərin statistikasının da Azərbaycanda olduğunu konkret rəqəmlərlə vurğuladı. Bununla da erməni revanşistlərə ağıllarını başlarına yığmağın zəruriliyi mesajını vermiş oldu. Heç şübhə yoxdur ki, bu qətiyyətli mövqenin davamı gələcək. Hər halda, Azərbaycanın qonşusu, Ermənistanın müttəfiqinin düzgün seçim etməsi bölgədə əmin-amanlığın təmin olunması baxımından mühüm rol oynaya bilər.
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, cənab Prezident “CNN Türk” kanalına müsahibəsində növbəti dəfə Ermənistana çox ciddi mesajlar verdi: “Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxartmalıdır və təxribatlara son qoymalıdır! Əgər bu təxribatlara son qoymasa, dəmir yumruq yenidən işə düşəcək və bu dəfə nəticəsi daha ağır olacaq. Ermənistan müharibə barədə yox, sülh barədə düşünməlidir, vaxt azdır! Prezident müsahibədə açıq qeyd etdi ki, Azərbaycan sülh danışıqlarına hazırdır və rəsmi Bakı hesab edir ki, bölgədə sülhü və əmin-amanlığı təmin etmək üçün Ermənistan mütləq təxribatlara son qoymalıdır. Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi məlumdur. Əgər Ermənistan sülhə hazırdırsa, Azərbaycan da sülh müqaviləsini imzalamağa hazırdır. Əgər Ermənistan müharibə istəyirsə, Azərbaycan da müharibəyə hazırdır”.

Millət vəkili qeyd etdi ki, dövlət başçımızın xəbərdarlıqlarından sonra Ermənistan öz mövqeyini konkret və qəti şəkildə bildirməlidir: “Qarabağda yenidən silahlanmaya, oraya silahların gətirilməsinə son qoyulmalıdır. Əgər Ermənistan bunu etməsə, Azərbaycan Ermənistanı çox ciddi şəkildə növbəti dəfə cəzalandıracaq!” C.Məmmədov bildirdi ki, cənab Prezident sülhməramlılara və Rusiyaya da bir sıra mesajlar verdi: “Sülhməramlıların missiyası konkret olaraq bölgədə sülhün təmin olunmasına töhfə verməkdir. Onların gözləri qarşısında Ermənistan tərəfinə silahların ötürülməsi, qeyri-qanuni silahlı qüvvələrin yenidən silahlandırılması yolverilməzdir. Bu üçtərəfli razılaşma Rusiya tərəfinin vasitəçiliyi ilə imzalanıb. Bu gün də Rusiya tərəfinin vəzifələrindən biri ondan ibarətdir ki, bu prosesi yekunlaşdırsın. Əgər qeyd etdiyimiz kimi, yenidən bu təxribatlar davam etsə, Azərbaycan öz mövqeyini qəti bildirəcək və Ermənistanı çox ciddi cəzalandıracaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Qarabağda vəziyyət gərginləşdiyinə və Rusiyanın Ermənistanın və erməni separatçılarının təxribatlarına dəstəyi artdığına görə Azərbaycan Prezidenti İlham Əliyevin yığılan bu məsələlərə reaksiyasına ehtiyac var idi. Ekspertin sözlərinə görə, “CNN Türk” kanalına müsahibə verən Prezident Əliyev mesajları üçün ona görə Türkiyənin məşhur kanalını seçdi ki, Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir daha vurğulasın: “İlham Əliyevin müsahibə zamanı Türkiyəyə də mesajı oldu. Birincisi, İlham Əliyev keçmiş illərdən fərqli olaraq, Rusiyanı ”strateji tərəfdaş" kimi deyil, sadəcə, qonşu olaraq adlandırdı və həmin qonşunun Ermənistanı silahlandırmağa davam etdiyini anlamadığını bildirdi. Azərbaycan Prezidenti sadə məntiqə toxunaraq demək istədi ki, 30 ildir Ermənistanı silahlandırdınız, nəyə nail oldunuz? Sizin Ermənistana verdiyiniz hərbi texnika məhv edildi və bu gün Bakının mərkəzində Hərbi Qənimətlər Parkında sərgilənir. İlham Əliyev Kremlə onu da xatırlatdı ki, Rusiya bundan sonra da Ermənistana pulsuz silah və hərbi texnika göndərsə, nəticə dəyişməyəcək və hərbi üstünlük yenə Azərbaycanın tərəfində olacaq. Azərbaycanın artan hərbi büdcəsi və aldığı modern silahlar da bundan xəbər verir".

Elxan Şahinoğlu: “Azərbaycan Prezidenti Ermənistan, erməni separatizmi və Rusiya haqqında fikirlərini belə yekunlaşdırdı ki, bölgədə müharibə və ya antiterror əməliyyatları istisna deyil və bəlkə də yaxın zamanlarda zərurətə çevriləcək”

E.Şahinoğlunun fikrincə, Kremlin Azərbaycan Prezidentinin xəbərdarlığını nəzərə alaraq Ermənistanı silahlandırmadan vaz keçəcəyini söyləmək mümkün deyil: “Rusiya Ermənistanı məhz ona görə silahlandırmaqda davam edəcək ki, bu ölkə Azərbaycan qarşısında tam gücsüz vəziyyətə düşməsin”. Politoloq qeyd etdi ki, Prezidentin Rusiyaya daha bir sətiraltı mesajı var idi: “”Ermənistan xalqı müharibədə məğlub olan Nikol Paşinyana parlament seçkisində yenidən səs verdi. Bu, o deməkdir ki, erməni xalqı məğlubiyyətlə barışıb. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır". İlham Əliyev bununla demək istədi ki, Nikol Paşinyan və erməni cəmiyyəti məğlubiyyətlə barışdığı halda Moskva Ermənistanı yenidən silahlandırmaqla qonşu dövləti Azərbaycanla yeni müharibəyə hazırlaşıdırır. Halbuki əgər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında məlum bəyanatlar imzalanıbsa, Kreml həmin bəyanatların yerinə yetirilməsində maraqlı olmalıdır. Ancaq belə deyil. İlham Əliyevin sözlərindən bəlli oldu ki, həmin bəyanatları pozan və Ermənistanı da pozuculuğa sürükləyən elə Rusiyadır". Ekspert qeyd etdi ki, İlham Əliyev minalanmış xəritələrin cəmi 25 faizinin doğru olduğunu bildirməklə də ciddi mesaj vermiş oldu: “Bu da Kremlə mesajdır ki, sizin vasitəçiliyinizi qəbul edib terrorçuları Ermənistana təhvil verdik və əvəzində xəritələrin bir qismini əldə etdik. Ancaq bəlli oldu ki, xəritələr reallığı əks etdirmir. Demək, Kremlin bu istiqamətdəki vasitəçiliyi də işə yaramadı”.

E.Şahinoğlu əlavə etdi ki, Prezident Əliyevin Laçın dəhlizi və Qarabağda nəzarətsiz qalan ərazilər barədə də fikir bildirməsi gözlənilən idi: “Çünki Azərbaycan cəmiyyətində ən çox iki sual da gündəmdədir: Azərbaycan Ordusu Laçın dəhlizini nəzarət altına alacaqmı və Qarabağdakı erməni separatçılarının tərk-silah olunması planlaşdırılırmı? Azərbaycan Prezidenti bu məsələlərə belə aydınlıq gətirdi ki, Laçın dəhlizindən nəyin daxil olduğunu, nəyin çıxdığını dəqiq bilirik, Qarabağdakı ermənilər isə Azərbaycan qanunlarına tabe olub Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. İndiki şərtlər altında Qarabağda yaşayan ermənilərin öz istəkləri ilə Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaqlarını söyləmək çətindir. Qarabağda belə düşünən ermənilər olsa belə, onlar həyatlarını riskə atıb bu haqda açıq danışmayacaqlar. Çünki başlarının üzərində silahlı separatçılar və Qarabağın Azərbaycana tabe olmasını əngəlləyən rusiyalı hərbçilər var. Qarabağ erməniləri silahlı separatçılardan və Rusiyanın himayəsindən qurtulduqdan sonra Azərbaycan qanunları ilə yaşamağa hazır ola bilərlər”. “Atlas” rəhbəri dövlət başçımızın antiterror əməliyyatlarının anonsunu etməsinə də diqqət çəkdi: “Azərbaycan Prezidenti Ermənistan, erməni separatizmi və Rusiya haqqında fikirlərini belə yekunlaşdırdı ki, bölgədə müharibə və ya antiterror əməliyyatları istisna deyil və bəlkə də yaxın zamanlarda zərurətə çevriləcək. Bunu Prezidentin müsahibə zamanı işlətdiyi cümlələr də göstərirr: ”Biz qabaqlayıcı tədbirlər görəcəyik", “erməni faşizmi baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik”, “İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlara dərs olmayıb” və “yeni hədəfimiz qələbəni və zəfəri möhkəmləndirməkdir”".

E.Şahinoğlu Prezident İ.Əliyevin müsahibədə yeni format təşəbbüsünü irəli sürdüyünü də xatırlatdı: “”Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq". İlham Əliyev bu cümlə ilə Rusiyanın müdaxiləsi olmadan Ümumiqafqaz evinin qurulması gərəkliyinə işarə edib. Misal üçün, Nikol Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Bu görüşün Gürcüstan prezidentinin vasitəçiliyi ilə Tiflisdə keçirilməsi Ümumqafqaz evinin yaradılması baxımından ilk addım ola bilər. İlham Əliyev müsahibədə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir neçə dəfə vurğuladı, Şuşa Bəyannaməsinin müttəfiqliyin zirvə nöqtəsi olduğunu xatırlatdı. Ancaq İlham Əliyev Türkiyə haqqında danışarkən ilk dəfə müttəfiqliyə təhlükənin varlığı haqqında da fikir söylədi: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”. İlham Əliyev haqlıdır. Azərbaycan müstəqilliyi qazandıqdan bu yana Türkiyə ilə münasibətləri gərginləşdirmək istəyənlər hər zaman olub. Onlar həm kənarda, həm də içəridədirlər".

Təsadüfi deyildi ki, Prezident qardaş Türkiyə ilə müttəfiqliyimizdən, Şuşa Bəyannaməsindən, Cümhurbaşqanı Ərdoğanın Azərbaycana dəstəyindən məmnunluqla bahs etdi və yanğınların söndürülməsində Azərbaycan tərəfinin iştirakından bəhs etməklə birliyimiz və qardaşlığımızın əbədi olduğunu vurğuladı. Bu mənada erməni terrorizminin qalıqlarını məhz etmək üçün də Şuşa Bəyannaməsinin konkret müddəalarına istinadən birgə qərarlar verilə bilər.

Məhz dövlət başçımızın açıq və qətiyyətli fikirlərinin ardınca müdafiə naziri Zakir Həsənovun Türkiyə səfəri barədə məlumatın yayılması da tamamilə məntiqəuyğundur. Ermənistan yenə də sərhəd boyunca atəşkəsi pozur, Qarabağdakı terrorçular da dinc oturmur. Deməli, Müttəfiqlik Müqaviləsinə istinadən təcili məsləhətləşmələr, birgə addımların atılması istisna deyil.../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib

    İlham Əliyev Rusiyanın RBK televiziya kanalına ...

    10-10-2020, 13:21

  • 
  • İlham Əliyev: “Bütün dünya gördü ki, Azərbaycanın yanında Türkiyə var”

    İlham Əliyev: “Bütün dünya gördü ki, Azərbaycanın ...

    6-10-2020, 15:28

  • 
  • Rusiya Ermənistana yeni işğalın YOLUNU GÖSTƏRDİ - TƏHLÜKƏLİ PLAN

    Rusiya Ermənistana yeni işğalın YOLUNU GÖSTƏRDİ - ...

    21-06-2017, 20:42

  • 
  • Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasının müxbirinə müsahibə verib

    Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasının ...

    8-02-2017, 23:12

  • 
  • İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə Ermənistana deyil... - TƏHLİL

    İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə ...

    29-06-2021, 11:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu