GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İranın narahatlığı Arazboyuna daşınır: Azərbaycanın üstünlükləri – TƏHLİL

İranın narahatlığı Arazboyuna daşınır: Azərbaycanın üstünlükləri – TƏHLİL

Tarix: 20-09-2021, 11:58 Bölmə :Siyasət Baxış: 264


İranın Azərbaycanla sərhəddə olan Aslandüz-Horadiz istiqamətində çoxlu sayda hərbi texnika, canlı qüvvə, aviasiya vasitələri ilə hərbi təlimlər keçirməsi hərbi güc nümayişindən çox böyük narahatlığın təzahürləridir.

Gəlin öncəliklə obyektivlik naminə İranın suveren ərazilərində təlimlər keçirməsinin onun müstəsna hüququ olduğunu qeyd edək.

Hər bir dövlət təhlükəsizliyinin təmini üçün belə təlimlərə ehtiyac duyur. Amma indi İranın təlimlər keçirməsi, bunu Azərbaycanla sərhəd zolağında “əzələ nümayişi” bir neçə kontekstdə Tehranın əsl məramını üzə çıxarır.


Tehranın narahatlığının səbəbləri:

1. Azərbaycan İranla Ermənistanın nəqliyyat arteriyasına – Gorus-Qafan yoluna post yerləşdirib. Azərbaycan ərazisindən keçən magistraldan (21 kilometri) keçən İran avtomobilləri yoxlanılır, onların apardığı yüklərin təyinatı dəqiqləşdirilir. Əgər təxribat varsa, dərhal tədbir görülür.

Birinci amil Azərbaycanın iqtisadi rıçaqlarını gücləndirir və Bakı Tehran üzərində iqtisadi təzyiq mexanizmi qazanır, İrəvanı isə dalana dirəyir.

2. İran Azərbaycan-Türkiyə-Pakistanın keçirdiyi birgə təlimlərdən dərin qorxuya düşüb. İran ali rəhbərinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amoli də bu narahatlığı izhar etdi, Tehranın mövqeyini dilə gətirən hədə dolu açıqlama verdi. Onun hədəsi hədərdir, bunu da izah edəcəyik.

3. Azərbaycanın İsraillə, Türkiyə ilə, Britaniya ilə dərinləşən əməkdaşlığı, bunun fonunda Ermənistanla dövlət sərhədində yeni zolaq yaratmasını həzm edə bilmir.

Üç amili ümumiləşdirərək fikrimizi inkişaf etdirək. Fikir verirsinizsə, İranın polis komandanı Hüseyn Əştəri avqustun sonları, sentyabrın əvvəllərində Azərbaycanla sərhədin yolunu “ağartmışdı”, tez-tez də iqtisadi əlaqələr terminin arxasında gizlənərək “İranın bütün sərhədləri təhlükəsizdir” bəyanatını səsləndirirdi (Bu barədə ətraflı yazmışdıq).

Bir daha əmin oluruq ki, cənab Əştərinin sərhəd səfərləri birbaşa öz nöqteyi-nəzərindən kəşfiyyat məlumatları toplamağa hesablanıbmış.

Bir az keçəndən sonra Seyid Həsən Amoli isterika içərisində, Azərbaycan və Türkiyənin qonuşuluq hüququna hörmət etmədiyini, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlərinin keçirilməsinin anonsunu verdi.

Cənab Amoli birinci dəfə deyil ki, Azərbaycana qarşı hədyan yağdırır, onun leksikonunda narahat terminlərlə Azərbaycanın xüsusi çəkisi var.

Cənab Amoli, izah edə bilmir ki, Azərbaycanla Türkiyə hansı hüququ pozublar? Niyə Tehran Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasından sonra müxtəlif adlar altında çək-çevir edir? Hərçənd ki, bunun keçmişə söykənən tarixi də heç kimə sirr deyil.

Amoli deyir: “SEPAH”a icazə verilsin ki, sərhədin bu tayında İranın gücünün bir zərrəsini nümayiş etdirsin və praktiki və əməli şəkildə onlara başa salsın ki, bu, hələ şirin quyruğudur, oynamaq olmaz!”.

Bunu nəzəri olaraq açıq konfrontasiyaya çağırış elementi kimi nəzərdən keçirmək olardı, amma praktikada Amolinin nəzərdə tutduğu “şir” hərbi qüdrətinə görə Azərbaycanı üstələyə bilmir. Biz də metaforadan istifadə edərək bozqurd amilini quyruq şəklində yox, bütöv obrazda Amolinin qarşısına qoya bilərdik, amma burada ədəbi-fəlsəfi lirika açmaq niyyətimiz yoxdur.

Amolinin dedikləri ümumiləşmiş hərbi müqayisə zərurəti yaradaraq kimin hansı qüdrətə sahib olmasına izah tələb edir.

Necə? Azərbaycanda kifayət qədər müasir silahlar, o cümlədən beşinci nəsil silahlar, hava hücumundan müdafiə sistemləri, zərbə dronları (“Bayraktar), kamikadze dronları (“HAROP”), peşəkar ordu, Şuşa əməliyyatından sonra dünya hərb tarixində təəccüb yaradan xüsusi təyinatlı qüvvələr mövcuddur. Cənab Amolinin ən son istinad yeriniz ölkəsinin ballistik raketləri ola bilər, amma unutmamalıdır ki, Azərbaycanda da ballistik raketlər mövcuddur.

Üstəgəl, Azərbaycanın Türkiyə, Pakistan kimi strateji müttəfiqləri var, bu münasibətlər hərbi ittifaq yaratmaq səviyyəsinə qədər irəliləyib.  

Ankara və İrəvanın bir-birinə isti mesajlar göndərməsini də Tehranın narahatlıqlarının səbəbləri sırasına əlavə edə bilərik.

Ermənistan Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaq istədiyini bəyan edib, hətta baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüş də istəyir. Ankara isə Azərbaycan amilini, Zəngəzur dəhlizinin açılmasını şərt kimi irəli sürərək Ermənistanla münasibətlərin normallaşmasını məqbul sayır. Ermənistanın məcbur qalıb Türkiyəyə yön alması isə gələcəkdə İranın regiondakı əsas partnyoru ilə əlaqələrinin zəifləməsinə gətirib çıxara bilər.

İndi İranda bunun üzərində də baş sındırırlar...

Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçir

    Ermənilər işğal altında olan Azərbaycan ...

    14-12-2016, 23:44

  • 
  • Rusiya və İranın böyük əndişəsi var

    Rusiya və İranın böyük əndişəsi var ...

    17-02-2021, 10:57

  • 
  • Qarabağda orduya əmr verildi Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə start verilib.

    Qarabağda orduya əmr verildi Azərbaycanın işğal ...

    17-04-2015, 15:34

  • 
  • Musəvi: İranın Azərbaycanla iqtisadi əlaqələri olduqca dinamik inkişaf edir

    Musəvi: İranın Azərbaycanla iqtisadi əlaqələri ...

    31-07-2020, 15:47

  • 
  • Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər keçirəcək

    Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər ...

    27-07-2020, 19:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu