GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “BÖYÜK SOÇİ ANLAŞMASI” OLACAQMI? – Ərdoğanla Putinin bugünkü görüşündən sürpriz nəticələr çıxa bilər

“BÖYÜK SOÇİ ANLAŞMASI” OLACAQMI? – Ərdoğanla Putinin bugünkü görüşündən sürpriz nəticələr çıxa bilər

Tarix: 29-09-2021, 13:58 Bölmə :Siyasət Baxış: 300


Təkcə Rusiya və Türkiyə deyil, bütünlükdə dünya mətbuatının bugünkü əsas gündəm mövzularından biri Soçidə keçiriləcək Putin-Ərdoğan görüşüdür. Xatırladaq ki, sonuncu dəfə belə görüş ilyarım əvvəl baş verib.


Görüşdə müzakirə olunacaq mövzuların tərəflərin rəsmi açıqlamalarında göstərilənlərdən daha böyük diapazonu əhatə edəcəyi şübhə doğurmur. Bunun adi rəsmi görüş olmadığını təsdiq edən faktlardan biri də odur ki, Soçidə iki ölkənin geniş nümayəndə heyətlərinin hər hansı formal təmasları nəzərdə tutulmur. Türkiyə Prezidentinin də dediyi kimi, bu sammitdə yalnız Ərdoğanla Puitinin təkbətək danışıqları nəzərdə tutulub. Gözlənildiyi kimi, Soçi görüşündən öncə Türkiyə və Rusiya siyasi icmalçılarının müzakirə olunacaq məsələlərlə bağlı fərqli yanaşmalarına rast gəlinir. Tərəflər bir-birilərini həm 2017-ci ildə İranın da iştirakı ilə İdlibdə təhlükəsizlik zonasının yaradılmasına dair, həm də 2019-cu və 2020-ci illərdə əldə olunmuş digər qarşılıqlı razılaşmaları yerinə yetirməməkdə günahlandırırlar.

Rusiyalı ekspertlər Türkiyəni xüsusilə Suriya ilə bağlı əldə olunmuş razılıqlara riayət etməməkdə, o cümlədən İdlibdə normal, sivil müxalif qüvvələrlə terror təşkilatlarını ayıracağıyla bağlı vədlərə əməl etməməkdə günahlandırır. Həmçinin, ruslar Türkiyəni 2020-ci ilin mart ayında əldə olunan anlaşmaya görə İdlib zonasından keçən və Suriyanın Aralıq dənizi sahili ilə şərqini birləşdirən M4 yolunun açılmasını təmin etməməkdə ittiham edirlər.

Əvəzində, Türkiyənin də Risyaya deyiləcək sözü çoxdur. Türkiyəli ekspertlər Suriyanın şimalındakı kürd yaraqlılarına münasibətdə Rusiyanın əldə olunmuş razılıqlara əməl etmədiyini bildirirlər. Məsələn, Rusiyanın RBK kanalı etiraf edir ki, rəsmi Moskva hələ 2019-cu ildə tərəflər arasında kürd terrorçularıyla bağlı əldə olunmuş razılaşmalara əməl etməyib. Belə ki, həmin razılaşmalara görə, Rusiya kürd yaraqlılarının Menbic və Tel-Rifatdan çıxarılmasını təmin etməliydi. Ancaq bu, hələ də baş verməyib. Bununla yanaşı, xüsusilə İdlib istiqamətində gərginlik xeyli artıb, Rusiya hərbi təyyarələrinin bu zonaya reydlərinin sayı çoxalıb, Türkiyə isə əraziyə xeyli sayda qoşun hissələri göndərməyə məcbur olub. 

Türkiyənin “Milliyyet” qəzeti iddia edir ki, bu görüş gözlənilməz sürprizlər vəd edir. Qəzet qeyd edir ki, Ərdoğan ABŞ-ın bütün hədələrinə rəğmən, Rusiyadan növbəti “S-400” Zenit-Raket Kompleksini almaqda qərarlıdır. Ərdoğanın Putindən “Su-35” və “Su-57” istəyəcəyi də istisna olunmur. Ancaq təbii ki, tərəflərin rəsmi açıqlamalarında qeyd edilənlərdən fərqli olaraq, müzakirələrin təkcə Suriya, Liviya və Əfqanıstanla bağlı olmayacağı şübhəsizdir. Xüsusilə Rusiya mətbuatı Soçi görüşünün ümumilikdə gərgin keçəcəyi fikrindədir və görüşdə həmçinin, Cənubi Qafqazdakı vəziyyətin geniş müzakirə olunacağını qeyd edir. 

Məsələn, RBK yazır ki, 10 noyabr sazişinin bir çox bəndləri yerinə yetirilməmiş qalır, baxmayaraq ki, Ağdamda Türkiyə-Rusiya birgə mərkəzi yaradılıb, tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar və “status” müzakirələrilə bağlı fərqli mövqedədirlər. Həmçinin, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası və kommunikasiyaların açılması prosesini də “ölü nöqtə”dən tərpətmək istiqamətində addımlar atıla bilər. Hakimiyyətyönlü Rusiya mətbuatı eyni zamanda, Türkiyənin Azərbaycanda möhkəmlənməsi, hətta hərbi baza yerləşdirməsi perspektivlərilə bağlı narahatlığını gizlətmir. Ərdoğanın görüş öncəsi BMT tribunasından Krım yarımadasının işğalı və orada keçirilən son seçkilərlə bağlı söylədikləri, eləcə də bundan öncə Putinin Bəşər Əsədlə Moskvada görüşü və Rusiya hərbi aviasiyasının Suriyada aktivləşməsi onu göstərir ki, tərəflər arasında münasibətlər heç də ideala yaxın deyil və ölkə başçılarının üz-üzə müzakirə edəcəyi çoxlu sayda problemlər mövcuddur.


Bütün bunlar onu göstərir ki, Soçi sammiti hətta “tarixi görüş” adı daşımağa iddialı ola bilər. Bunu dünyada, beynəlxalq arenada yaranmış durum, xüsusilə də Yaxın Şərq və Cənubi Qafqazdakı situasiya diqtə edir/“AzPolitika.info”/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə və Rusiya prezidentləri arasında görüş başlayıb

    Türkiyə və Rusiya prezidentləri arasında görüş ...

    17-09-2018, 16:38

  • 
  • Ərdoğan və Putinin görüş tarixi açıqlanıb

    Ərdoğan və Putinin görüş tarixi açıqlanıb ...

    14-09-2018, 14:44

  • 
  • Ərdoğanla Putinin müzakirə edəcəyi mövzular məlum oldu

    Ərdoğanla Putinin müzakirə edəcəyi mövzular məlum ...

    5-03-2020, 10:41

  • 
  • Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək

    Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə ...

    22-10-2019, 09:21

  • 
  • Soçidə Putinlə Ərdoğanın görüşü başladı — Görüşdən İLK AÇIQLAMALAR

    Soçidə Putinlə Ərdoğanın görüşü başladı — ...

    13-11-2017, 20:48


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu