GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İranın xarici işləri nazir Bakıya gəlmək istəyir: zarafat, yoxsa... - Onun əvəzinə elə Paşinyan Bakıya gəlsin...

İranın xarici işləri nazir Bakıya gəlmək istəyir: zarafat, yoxsa... - Onun əvəzinə elə Paşinyan Bakıya gəlsin...

Tarix: 8-10-2021, 13:36 Bölmə :Siyasət Baxış: 253


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti kimi Bakıya və İrəvana səfər edə bilər. Bunu İran XİN-in rəhbəri “Rossiya-24" telekanalında deyib. Abdullahiyanın sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”, - Abdullahiyan belə deyib.

İranın xarici işlər naziri qeyd edib ki, fürsət yaranan kimi Azərbaycan və Ermənistan paytaxtlarını ziyarət edəcək.

Moskvadan verilən bu qəfil ‘’yaxşı qonşuluq’’, digər mehriban sözlərin səbəbi nə ola bilər? Abdullahiyanın Bakıya səfəri Azərbaycanla İranın münasibətlərini düzəldə bilərmi? Yaxud da İran nazirinin verdiyi pas istiqamətində bizim addımımız nə ola bilər? Yəni Azərbaycan XİN başçısı Tehrana səfər etsə, proseslərin yönümündə nələr dəyişər?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hesab edir ki, İran özü-özünü tələyə salıb: “Son zamanlar İranın dini və hökumət rəsmilərinin həm ziddiyyətli, həm də provokasion açıqlamalarının çox şahidi olmuşuq. Əslində bu, onların gərginlikdə olmasının və planlarının alınmamasının göstəricisi kimi dəyərləndirilməlidir. Ən azı son bir ayda İran tərəfindən Azərbaycana yönəlik bəyanatları nəzərə alsaq görərik ki, söhbət heç də Azərbaycanla bərabərhüquqlu qonşuluq siyasətindən getmir. Ölkəmizə qarşı müxtəlif səviyyəli təhdidlər davam etdiyi, hətta ölkə rəhbərliyini aşağılamağa cəhdlər olunduğu bir vaxtda İran xarici işlər nazirinin guya ki, Azərbaycan tərəfinə etdiyi jest isə ümumiyyətlə anlaşılan deyil. Yəni bunun adına diplomatik gediş deyərlərsə? Hətta Afrikada belə diplomatiya olmur. Moskvadan təyyarədən düşəndə bizim suveren hüquqlarımıza hörmətsizlik edib bir bəyanat verirsən, axşam bir başqa bəyanat. İki ölkə - Azərbaycan və Ermənistan bir tərəfdə qalıb, sən onların yerinə sərhədlərin dəyişməsinin yolverilməz olduğunu bildirirsən. Əslində bu bəyanat birbaşa Naxçıvana koridorun açılması nəticədə bölgənin inkişafının perspektivinə qıcıqdan doğan bir bəyanat idi. 44 günlük müharibənin gedişində İranın hansı mövqeni tutduğunu unutmaq olmaz. Yalnız müharibənin bitməsinə bir neçə gün qalmış işğal olunmuş torpaqların azad edilməsinin vacib olduğunu bildirmək isə gecikmiş bir bəyanat idi. İran heç vaxt Azərbaycanın güclənməsini, Qarabağ məsələsinin həll olunmasını istəməyib. Ona problemlər içində boğulan, ərazisində qarışıqlıq olan bir Azərbaycan lazımdır. Bu istəyini görməyəndə açıq şəkildə bütün vasitələrə əl atır və elə bu addımları ilə də özünü pis vəziyyətə salır. Hazırda İran özü-özünü blokadaya salmaqla məşğuldur.

Bilmir ki, Türkiyə ilə quru sərhədi bağlamaqla, Azərbaycan təyyarələrini hava məkanına buraxmamaqla adekvat cavablar alacaq? Gürcüstan isə artıq İran tırlarının ölkəsinə girişinə qadağa qoymaqla vəziyyətlərini bir daha çətinləşdirib. Hələ bu prosesin daha da dərinləşəcəyi gözlənilir. Yəni İran özünü elə bir tələyə salıb ki, hazırda oradan çıxmaq üçün yollar axtarır. Hesab edirəm ki, İran xarici işlər nazirinin Moskvada səfər sonrası Azərbaycanla bağlı dediyi fikirlər məhz Rusiyadan planlarına dəstək ala bilməməsi ilə bağlı ola bilər. Ona görə də valı geri çevirməklıə ilk növbədə Azərbaycan tərəfin reaksiyasını bilmək üçün nəbz yoxlayırlar. Amma hesab edirəm ki, hazırda Azərbaycan xarici işlər nazirinin İrana səfər etməsi və səfərin uğurlu nəticələnməsi üçün heç bir səbəb yoxdur. İran ciddi olaraq qonşuluq siyasəti arzusundadırsa, ilk növbədə, indiyədək verdiyi bəyanatlardan fərqli açıqlamalar verməlidir. Azərbaycan-Ermənistan məsələsində iki dövlətin arasına girib su bulandırmaqdan əl çəkməlidir. Bu siyasət aparılarsa, münasibətlər avtomatik öz axarına düşər. Amma düşünürəm ki, İranın öz daxilində olan ciddi problemlər bu tupikdən çıxmağa çətinliklər yaradacaq. İranın istər dini, istərsə də hökumət rəhbərləri arasında məsələlərə fərqli yanaşan və ciddi fikir ayrılığı olan güclər mövcuddur. Məhz bu güclərin mövcudluğu, aralarında olan kəskin qarşıdurma İranı hazırkı vəziyyətə gətirib çıxarıb”.

Siyasi analitik Asif Nərimanlı rəsmi Tehranın qalib Azərbaycan qarşısında artıq geri addımlar atdığını düşünür: “Abdullahiyanın Lavrovla görüşdən sonra belə bir açıqlama verməsi Tehranın Bakı ilə körpüləri tam yandırmaq istəməməsi deməkdir. Bu da məhz Moskva görüşündə istədiklərinə nail ola bilmədiklərindən irəli gəlir. İran Cənubi Qafqazda təsir imkanlarını itirməmək üçün Bakıya təzyiq siyasətini tutdu, buna paralel olaraq, İrəvanı regionda planlaşdırılan əməkdaşlıq platformasından kənarlaşdırmağa çalışdı. Çünki İran üçün Cənubi Qafqazda yeganə kart Ermənistandır. Ermənistan xarici işlər naziri Mirzoyanın Tehrana dəvət olunmasının məqsədi də bu idi. Bu səfərdən sonra İran Gorus-Qafan yoluna alternativ olan Tatev yolunun inşasını öz üzərinə götürdü, lakin görünür, İrəvanda Tehrana izah ediblər ki, bölgə ilə bağlı qərar verən biz yox, Moskvadır. Abdullahiyanın Moskva səfəri ruslardan zəmanət almaq, xüsusilə Türkiyənin bölgədə fəallığının qarşısını almaq, İranın Cənubi Qafqazdakı statusunun nə olacağını müəyyən etmək idi. Səfərdən öncə Abdullahiyan elə Moskvada jurnalistlərə açıqlamasında niyyətini bəlli etdi. Bildirdi ki, Tehran Moskvadan regionda ”sionistlər və terrorçular"ın mövcudluğuna reaksiya gözləyir, həmçinin Rusiyanın regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcəyinə ümid edirlər. Görüşdən sonra Lavrovun mətbuat konfransında dedikləri İranın istədiyini ala bilmədiyini göstərir. Lavrov Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı və bölgədə “altılıq platforması”nın (3+3) yaradılmasının vacibliyini qeyd etdi. Bu o demək idi ki, münaqişə Rusiyanın vasitəçiliyi ilə həll edilib, regionun gələcəyi də rusların vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində olacaq. Bura kommunikasiyaların açılması, İranın istəmədiyi Zəngəzur dəhlizinin işə düşməsi, İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması da daxildir. Fikrimcə, Moskva Tehrana izah etdi ki, Qafqazda yeni reallığın qarantı olan ölkələr Rusiya və Türkiyədir, İran üçün ən unikal şans “3+3" formatına qoşulmaqdır. Görüşdən sonra Abdullahiyanın azərbayanlı həmkarı ilə görüşmək istəyini dilə gətirməsi Bakı ilə qapıları tam bağlamamaq niyyətindən irəli gəlir, çünki Moskvada istədiklərinə nail ola bilmədilər. Azərbaycanın da gündəliyi Rusiya və Türkiyənin gündəliyi ilə eynidir. Bölgədə olmaq istəyənlər ”altılıq platformasına" qoşulmalıdır. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri Tehranda üçtərəfli görüşün keçirilməsi ilə bağlı razılıq əldə etmişdi. İstisna deyil ki, Moskvada istədiyini ala bilməyən Tehran gərginliyi yumşaltmaq üçün bu görüşü təşkil edəcək. Belə görüşlər gərginliyi tam aradan qaldırmasa belə, ən azı nəbzi aşağı sala bilər"./“Yeni Müsavat”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Azərbaycana səfər ...

    7-08-2019, 16:01

  • 
  • İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Azərbaycana səfər ...

    6-08-2019, 13:13

  • 
  • İran XİN: Cavad Zərifin Bakıya səfəri hökmən baş tutacaq

    İran XİN: Cavad Zərifin Bakıya səfəri hökmən baş ...

    21-12-2020, 16:54

  • 
  • İran Prezidenti də Bakıya gəlir

    İran Prezidenti də Bakıya gəlir ...

    21-10-2019, 10:53

  • 
  • Sabah İranın xarici işlər naziri Azərbaycana gəlir

    Sabah İranın xarici işlər naziri Azərbaycana gəlir ...

    14-03-2018, 13:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (238)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu