GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Planlaşdırılmamış görüş: Putin Paşinyana nə deyib? - TƏHLİL (VİDEO)

Planlaşdırılmamış görüş: Putin Paşinyana nə deyib? - TƏHLİL (VİDEO)

Tarix: 14-10-2021, 11:20 Bölmə :Siyasət / GündəmXəbər / Manşet Baxış: 322


Oktyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Liderlərin bu görüşü əvvəlcədən planlaşdırılmayıb, onun haqqında ilk dəfə Ermənistan mediası oktyabrın 10-da yazıb.

Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Rusiya prezidenti Paşinyana dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib. Putin deyib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlər daha nəticəli olur:

“Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz həm rəsmi, həm də qeyri-rəsmi formatda söhbət edəcəyik. Biz nahar edəcək, hazırkı məsələləri müzakirə edəcək və planlarımız barədə danışacağıq. Bizim tezliklə MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”.

Ermənistan baş naziri Nikol Paşinyan görüşün başlanğıcında bildirib ki, belə tez-tez keçirilən görüşlər münasibətlərin dinamikasına və ikitərəfli stateji, müttəfiqlik münasibətlərimizin qarşılıqlı dərk olunmasına xidmət edir:

“Əlbəttə, təəssüf ki, biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümümi təhlükəsizliyin təminatında ATƏT-in Minsk qrupunun həmsədri kimi əsas rol oynayır. Təbii ki, bütün bu problemlərin hamısı mühümdür. Bunlar əsas məsələlərdir və mən şadam ki, bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq”.



Görüş barədə “Sputnik Armenia”ya danışan erməni politoloq Ervand Bozoyan müzakirələrin əsas mövzusunun 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşdırılması, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası və “3+3 formatı”olduğunu bildirib.

Politoloq “3+3 formatı”nın Türkiyə tərəfindən təklif olunduğunu bildirərək, Rusiyanın da bu ideyaya müsbət yanaşdığını xüsusi qeyd edib: “Hələ 2008-ci ildə Rəcəb Tayyib Ərdoğan bu cür təşəbbüslə çıxış etmişdi. O zaman bu, “Qafqaz Platforması” adlandırılırdı. Həmin vaxt Rusiya bu məsələdə passiv mövqe tuturdu və bu səbəbdən məsələ uzun müddət müzakirə olunmadı. Lakin Qarabağdakı müharibədən sonra Cənubi Qafqazdakı geosiyasi konfiqurasiya dəyişdi. Regionda Avropa Birliyi və ABŞ-ın rolu zəiflədi, Türkiyənin rolu isə artdı. Tehranın aktivliyi də məhz bu proseslə bağlıdır və o, maraqlarına toxunan həmin prosesdən kənarda qalmaq istəmir”.

Putin-Paşinyan görüşü barədə danışan politoloq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin müzakirə olunduğuna inanmadığını bildirib. Çünki onun fikrincə, bunun üçün həlli vacib olan bir çox məsələlər var ki, hələ onlarla bağlı tərəflər razılığa gələ bilməyiblər.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, politoloq Fərhad Məmmədov isə Pressklub.az-a şərhində bildirib ki, görüşün keçirildiyi zaman diqqət çəkir, çünki Paşinyanın Moskvaya getməsi əvvəlcədən planlaşdırılmamışdı. Onun sözlərinə görə, böyük ehtimalla, Rusiya prezidenti Paşinyanı Moskvaya çağıtdırıb ki, özəl mesajlarını versin: “Düşünürəm ki, bu tələskənliyin səbəbi qəbul edilmiş qərarlarların icrası iləı bağlı hərəkətə keçməyin vaxtının çatması ilə əlaqəlidir. Çünki Ermənistanda daxili siyasi böhran bitib, hökumət formalaşıb, hər hansı legitim əngəl yoxdur ki, 10 noyabr və 11 yanvar bəyanatlarında əks olunmuş müddəaların icrası ilə bağlı vaxtı uzatsın. Çünki bu vaxtın uzadılması yeni problemlərə yol açır. Məsələn, yayın əvvəllərində Avropa İttifaqı (Aİ) və ABŞ çox fəal idi, Aİ-dən səfərlər oldu, ABŞ səfiri, demək olar, Zəngəzurdan çıxmırdı. Avqustun sonlarından etibarən isə İran kommunikasiyaların açılmasının məhdud formada həyata keçirilməsinin tərəfdarı olduğunu bildirdi. Zəngəzur dəhlizinə “yox” dedi, sərhədlərin toxunulmazlığı məsələsini ortaya atdı, hərbi güc nümayiş etdirdi. Yəni ümumi proses Rusiyanın nəzarətindən çıxmasa da yeni oyunçular Moskvanın o qədər də xoşuna gəlmir. İkincisi, İranın fəallığı Ermənistan üzərində qurulub. Məlumdur ki, İranın Azərbaycana təzyiq göstərmək imkanları o qədər də geniş deyil. Amma Ermənistan üzərindən müəyyən təzyiqlər həyata keçirilir, İrəvan isə Rusiyanın müttəfiqidir. Xarici işlər naziri Mirzoyanın Tehrana çağırılması, orada Ermənistan-İran formatı haqqında fikirlərin səsləndirilməsi artıq Moskva üçün bir siqnaldır”.

F. Məmmədov ötən bir il ərzində Rusiyanın bir neçə üçtərəfli formatları işə saldğını xatırladır. Politoloq əlavə edir ki, prezidentlər arası dialoq var, kommunikasiyaların açılması istiqamətində hökumətlərarası komissiya işləyir, xüsusi xidmət orqanları, baş prokurorlar mütəmadi olaraq görüşür. “Yəni Rusiya üçtərəfli formatı qoruyub saxlayır, onu genişləndirmək, dərinləşdirmək üçün də səylərini artırmalıdır. Prosesdə Rusiyanın ləng olması yeni vasitəçilərin sayını çoxaldır. Məsələn, Gürcüstanla ABŞ, Avropa İttifaqı vasitəçi kimi öz xidmətlərini təklif edir. Bu konteksdə Rusiya tələsir və 10 noyabra qədər prezidentlərin sammitinin keçirilməsini, 10 noyabr, 11 yanvar bəyanatlarının tam həyata keçirilməsini istəyir. Eyni zamanda, yeni mərhələyə keçməyə zəmin yaratmağa çalışır”, – deyə ekspert vurğulayıb.

GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Paşinyana nə dedi... -Kremlin məlumatı (YENİLƏNİB)

    Putin Paşinyana nə dedi... -Kremlin məlumatı ...

    1-04-2019, 18:35

  • 
  • Putin Ermənistana səfər edəcək

    Putin Ermənistana səfər edəcək ...

    13-09-2018, 11:47

  • 
  • Vladimir Putinlə Nikol Paşinyan arasında görüş keçirilib

    Vladimir Putinlə Nikol Paşinyan arasında görüş ...

    27-12-2018, 19:26

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • “Mən Qarabağın adından danışa bilmərəm...”

    “Mən Qarabağın adından danışa bilmərəm...” ...

    10-09-2018, 12:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu