Gundemxeber.az » Siyasət » Azərbaycan-İran XİN başçıları "iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini" müzakirə ediblər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla "Azərbaycan-İran münasibətlərinin cari vəziyyətini" müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, nazirlər çərşənbə axşamı günü baş tutan telefon danışığında son günlər səsləndirilən qarşılıqlı ittihamlar barədə danışıblar.
"Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər", - nazirlik açıqlayıb.
XİN-in məlumatında deyilir ki, nazirlər Azərbaycan vasitəsilə tranzit daşımalara dair sualların "aidiyyati dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə" müzakirə edilməsi barədə razılaşıblar.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
İranla Azərbaycan arasında fikir ayrılığı sentyabrda Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə, İran mənşəli sürücülərin sənədlərini yoxlamağa başlamasından və onların gömrük rüsumu ödəməsini istəməsindən sonra yaranıb.
İran hakimiyyəti Azərbaycanı onunla sərhəd bölgələrdə "sionist qüvvə yerləşdirməkdə" ittiham edir, Prezident İlham Əliyev isə bidirib ki, bu ittihamlar əsassızdır, İranla sərhəddə olan bu bölgələrdə nəinki İsrail, "heç bir bina da yoxdur".
Oktyabrın 1-də İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması rəsmi Bakıda narazılıq yaradıb. Prezident İlham Əliyev ölkənin İranla bəzi sərhəd rayonlarının 30 il işğal altında olduğu zaman belə bir təlim keçməməsinə diqqət çəkib.
Gundemxeber.az
24-10-2019, 12:04
20-10-2020, 11:18
26-11-2020, 19:25
15-02-2021, 21:27
5-06-2020, 19:22
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?