GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyanı devirsələr... ordumuz İrəvana girə bilər -şok ssenarilər

Paşinyanı devirsələr... ordumuz İrəvana girə bilər -şok ssenarilər

Tarix: 3-11-2021, 10:25 Bölmə :Siyasət Baxış: 274


Köçəryanın müxalifəti üçtərəfli görüş öncəsi mitinq təyin edib, ekspertlərin fikrincə, keçmiş klan hakimiyyətə gəlsə belə, 10 noyabr sənədinin tələblərindən kənara çıxa bilməz

Ermənistanın ölkəni əvvəllər idarə etmiş cinayətkar rejimdən formalaşmış müxalifəti hakimiyyət əleyhinə etirazlara hazırlaşır. Revanşist qüvvələr olan bu müxalifət ictimai rəyi inandırmağa çalışır ki, baş nazir Nikol Paşinyan ölkəni uçuruma aparır, milli maraqlarını satıb, suverenlik əldən gedib və növbəti təslimçi akta imza atmaq ərəfəsindədir. Yeni sənədlərin imzalanacağı gözlənilən bir dövrdə müxalifət İrəvan meriyasına mitinq üçün müraciət edib. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi müxalifət bununla Moskvada gözlənilən üçtərəfli görüş öncəsi erməni cəmiyyətini ayağa qaldırmaq niyyətindədir.

Parlamentdəki çıxışında isə N.Paşinyan əvvəlki hakimiyyətləri ittiham edib, məğlubiyyətdə onların daha çox payı olduğunu vurğulayıb. Müxalifət isə uduzmasına baxmayaraq, erməniləri hələ də qisasçı hisslərlə yaşatmağa çalışır. Onlar müharibədən sonra keçirilən seçkidə kapitulyasiyaya imza atmış Paşinyana uduzdular, seçkinin ardınca xalqı küçələrə çağırdılar, yenə ermənilərin əksəriyyəti iqtidarın yanında oldu, indi isə yenidən fəallaşıblar. Bu mitinqlərin də ciddi nəticə verəcəyini gözləmək olmaz. Onu da nəzərdən qaçırmayaq ki, Paşinyanın hakimiyyətdə qalmasını Qərb də dəstəkləyir. Odur ki, Qərb ölkələri səfirliklərinin müxalifətin cızığından çıxmasına imkan verməyəcəyini ehtimal edənlər var. Sadəcə, Ermənistanın müasir tarixi çoxlu qətllər, sui-qəsdlər, zorakılıq aktları ilə doludur və belə aktların yenə olmasından Paşinyan iqtidarı sığortalanmayıb.

Lakin Paşinyan da erməni cəmiyyətini inandırır ki, sülhün alternativ yoxdur, yollar açılmalıdır, Türkiyə ilə münasibətlər bərpa edilməlidir, revanşizm erməni xalqını növbəti dəfə geriyə ata bilər. Elə seçkidə ona səs verilməsi də sülhə səs verilməsi kimi dəyərləndirilirdi. Bundan sonra Köçəryan mitinqlərlə hadisələrin axarını dəyişə bilərmi?Zərdüşt Əlizadə: “Tarixin kandarlarında solmağa məhkumuq” – Azlogos

Məsələn, politoloq Zərdüşt Əlizadə güman edir ki, əgər müxalifət Moskva ilə hesablaşmadan çevriliş edib, Paşinyanı devirərək hakimiyyətə gəlsə, kapitulyasiyanı tanımasa, “qədim erməni məfkurəsinə sadiqəm və biz Qarabağı da, Cavaxetiyanı da, Şərqi Türkiyəni də alacağıq, biz böyük, dənizdən-dənizə Ermənistanı yaradacağıq” utopiyalarını təkrarlamağa başlasa, Putin hər şeyə göz yumacaq və Azərbaycan Ordusu Tovuzdan Ermənistanın Tavuşuna keçəcək. Onun fikrincə, nəticədə, erməni ordusu müqavimət göstərə bilməyəcək və Azərbaycan Ordusu İrəvana çatanda ya erməni xalqı özü ayağa qalxıb qiyamçıları devirəcək, ya da Ermənistan daha ağır şərtlərlə müqavilələri imzalayacaq.

Hərçənd Z.Əlizadənin söylədikləri yaxın görünmür. Üstəlik, Azərbaycan Prezidenti deyib ki, İrəvana gedəcəyik, amma topla, tankla yox, münasibətlərin normallaşması ilə... O halda, müxalifətin Paşinyanı devirməyə gücü varmı, bu baş verərsə, Ermənistanı nə gözləyir?Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov 


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Yeni Müsavat”a qeyd etdi ki, hakimiyyətlərin devrilməsi üçün xarici amil müasir dünyada çox vacibdir. Onun sözlərinə görə, Ermənistana nəzər saldıqda görürük ki, həmin müxalif dairələr rusiyapərəst qüvvələrdir. Z.Məmmədovun fikrincə, Rusiya həmin qüvvələrin iqtidara gəlməsində maraqlı deyil, onlar revanşist və millətçi kəsimi təmsil edirlər: “Bu gün üçtərəfli bəyanatın qarantı kimi çıxış edən Moskva üçün onların iqtidara gəlməsi maraqlı deyil. Paşinyan komandası isə Qərb fondlarından çıxan şəxslərdir, amma üçtərəfli razılaşmanı yerinə yetirməyə hazır olduğunu göstərir. Onlar bu gün belə davranırlar, gələcəkdə başqa cür olacaqlar, Qərbdə də bunu yaxşı başa düşürlər və Avropadan erməni müxalifətinə dəstək verilmir”.

Politoloqun sözlərinə görə, üçüncü məsələ isə əhalinin mövqeyidir: “Müxalifət Qarabağ məsələsi, Zəngəzur gündəmində ənənəvi resurslardan istifadə edərək Paşinyan əleyhinə təbliğat aparırdı, amma əhalinin böyük əksəriyyəti Köçəryanı, Sərkisyanı dinləmir, heç diqqətə almır. Bu gün erməni əhalisi Paşinyanla gələcək Azərbaycan və Türkiyə münasibətlərini maraqla gözləyir. Çünki artıq müharibədən qorxan bir millətdir”.

“Əvvəla, demək lazımdır ki, bir neçə gün sonra Azərbaycan Zəfər, Ermənistan matəm gününü qeyd edəcək. Ona görə müxalifətdə bu fəallaşma həm də 8 noyabr tarixi ilə bağlıdır. Paşinyan da dedi, məğlubiyyətdə ən böyük pay keçmiş cinayətkar klana düşür. İndi müxalifət cəmiyyətə son çırpıntılarını edir, psixoloji təsir göstərir. Amma reallıq fərqlidir, hakimiyyəti devirmək gücünə malik deyillər. Onların qidalandığı güc Moskvadan gəlirdi, indi Kremlin mövqeyi bəllidir. Odur ki, müxalifətin immuniteti qalmayıb” - bunu isə Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a Ermənistanı gözləyən perspektivi şərh edərkən açıqladı.

Onun fikrincə, erməni müxalifətində xalq tərəfindən qəbul edilən lider yoxdur: “Əgər Köçəryan və Sərkisyan müxalif liderlərdirsə, xalq onlara seçki günü qiymət verib. Xalq tək Paşinyana səs vermədi, cinayətkar klana və müharibəyə ”yox" dedi. İndi müxalifət son akkordlarını vurmağa çalışır. Bu da nəticəsiz qalacaq".

Ekspert nəzəri olaraq müxalifətin hakimiyyətə gəlməsini təsəvvür edərkən dedi ki, Ermənistan 10 noyabr sənədinin tələblərindən kənara çıxa bilməz: “İlk vaxtlar imitasiya xarakterli addımlar ata bilərlər, amma sona qədər davam edə bilməzlər. Bu, həm də ermənilər üçün faciə ilə nəticələnə bilər. Digər tərəfdən, Azərbaycan Ordusu antiterror əməliyyatlarını başlaya bilər. Antiterror əməliyyatı hər an ermənilərin başı üstdə ”Domokl qılıncı"dır. Sadəcə, bu gün həmin əməliyyatlar keçirilmirsə, 10 noyabr sənədinin bütün müddəalarının icra olunacağını gözləməyimizdən irəli gəlir. Amma sənəddəki bəndlərin icrası uzun çəkməli deyil və tezliklə reallaşmalıdır. Erməni cəmiyyəti və ölkəni idarə edənlər bunu yaxşı başa düşür. Ermənistanın götürdüyü öhdəliklər var, üçtərəfli bəyanatda Rusiya prezidentinin imzası var, iqtidarda hansı siyasi qüvvənin olmasına baxmadan həmin şərtləri yerinə yetirməlidirlər"./müsavat.com

Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda müxalifət mitinq keçirir (FOTO)

    Bakıda müxalifət mitinq keçirir (FOTO) ...

    28-05-2013, 13:20

  • 
  • Ermənistan müxalifəti Manukyanın əvəzinə Köçəryanı qabağa çəkir

    Ermənistan müxalifəti Manukyanın əvəzinə ...

    4-02-2021, 14:51

  • 
  • Müxalifət aprelin 14-də mitinq keçirəcək

    Müxalifət aprelin 14-də mitinq keçirəcək ...

    12-04-2018, 12:53

  • 
  • Radikal “Sasna tsrer” təşkilatı Paşinyana müxalifət olmağa hazırlaşır?

    Radikal “Sasna tsrer” təşkilatı Paşinyana ...

    28-05-2018, 13:47

  • 
  • Daha bir müxalifət funksioneri mühacirətə getdi

    Daha bir müxalifət funksioneri mühacirətə getdi ...

    12-11-2013, 14:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu