GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ceyhun Bayramov: “Zəngəzur dəhlizinin yaradılması regionda əməkdaşlığı daha da gücləndirəcək”

Ceyhun Bayramov: “Zəngəzur dəhlizinin yaradılması regionda əməkdaşlığı daha da gücləndirəcək”

Tarix: 11-11-2021, 12:22 Bölmə :Siyasət Baxış: 406


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxış edib.


GUNDEMXEBER.AZ xəbər verir ki, nazir deyib:

“Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında iştirakdan məmnunluq ifadə edərək, hər birinizi səmimiyyətlə salamlayıram. Tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün və göstərdiyi qonaqpərvərliyə görə Türkiyə Respublikasının xarici işlər naziri, qardaşım Mövlud Çavuşoğluya təşəkkürlərimi bildirirəm.

Bildiyiniz kimi, 2019-cu ilin 15 oktyabrında Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündə Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürüb. Azərbaycanın sədrliyi dövrü COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, təşkilat tam gücü ilə fəaliyyətini davam etdirib, həm üzv ölkələri arasında əməkdaşlıq daha da inkişaf edib, həm də təşkilatın beynəlxalq müstəvidə rolu artıb. Bu xüsusda, üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində başda baş katib cənab Bağdad Amreyev olmaqla, Türk Şurası Katibliyinin heyətinin fəaliyyətini təqdir edirik.

Keçdiyimiz dövr ərzində Özbəkistan Respublikası Türk Şurasının tam hüquqlu üzvü olub, Türkmənistan təşkilatda müşahidəçi statusu alır. Məmnunluqla vurğulamaq istərdim ki, hazırda Türk Şurası özünün inkişaf dövrünü yaşamaqdadır, bu gün və sabah dövlətlərimiz tərəfindən qəbul ediləcək önəmli sənədlər bunun bariz göstəricisidir.

Gündəliyə uyğun olaraq, Baş katib keçən Zirvə Görüşündən bu günə qədər təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verəcəkdir. Mən də öz növbəmdə, sədr ölkənin xarici işlər naziri qismində sədrliyimizin bəzi önəmli məqamlarına toxunmaq istərdim.

10 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilibr. Bu görüş beynəlxalq təşkilatlar çərçivəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk tədbir olub. Zirvə Görüşünün nəticəsi olaraq ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı Prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olunub. Təqdirəlayiq haldır ki, sədrliyimiz dövründə səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, prokurorluq, ədliyyə və humanitar sahədə nazirlər və qurum rəhbərləri səviyyəsində yeni əməkdaşlıq mexanizmləri qurulub.

Bununla yanaşı, 31 mart 2021-ci ildə videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü baş tutub.

Eyni zamanda, 6 fevral 2020-ci ildə Bakı şəhərində Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası, həmçinin 27 sentyabr 2021-ci ildə İstanbul şəhərində “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçirilib. Belə ki, məmnunluqla vurğulamaq istərdim ki, Azərbaycanın sədrliyi dövründə aidiyyəti nazirlərin mütəmadi toplantıları ilə yanaşı, dövlət başçıları, eləcə də xarici işlər nazirləri səviyyəsində iclaslar keçirilib.

2018-ci ildə Macarıstanın təşkilatda müşahidəçi statusu alması ilə Türk Şurası Avropaya doğru açılıb. Sevindirici haldır ki, Macarıstan ilk günlərdən təşkilatda çox fəal olub və bunun sübutudur ki, 2019-cu ildə Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Şurası ilə Avropa təsisatları arasında əməkdaşlığı hədəfləyən və önəm kəsb edən Türk Şurası nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb.

Türk Şurası ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərinə xüsusi önəm veririk. Eyni zamanda, sözügedən təşkilatlar arasında əlaqələndirmə vacibdir, bu xüsusda Bakıda keçirilən sonuncu Zirvə Görüşü zamanı yaradılan koordinasiya şurasının işi daha da aktivləşməlidir.

Fürsətdən istifadə edərək, sədrliyimiz dövründə Azərbaycan üçün olduğu qədər bütün Türk dünyası üçün böyük önəm kəsb edən 44 günlük Vətən müharibəsi və bunun regionda yaratdığı yeni geosiyasi reallıqlar barədə məlumat vermək istərdim.


Bildiyiniz kimi, ötən əsrin 80-ci illərin sonunda Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, təxribatları, terror əməlləri ilə başlamış münaqişə Azərbaycana qarşı hərbi təcavüz ilə nəticələnmişdir. 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizi işğal altına düşmüş, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmış, taleyi bu günə qədər bəlli olmayan 4000-ə yaxın soydaşımız itkin düşmüşdür.

27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, təmas xəttində olan kəndləri və digər mülki infrastruktur obyektlərini atəşə tutmaqla növbəti geniş miqyaslı hərbi təxribata əl atmışdır. Ermənistanın hərbi təcavüzünü dəf etmək, mülki şəxslərin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlamışdır.

44 gün davam edən əməliyyat nəticəsində Ermənistan məğlub olaraq kapitulyasiya aktını imzalamışdır, bununla da münaqişə sona yetmişdir. Beləliklə Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını özü təmin etmişdir.

Təqribən son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal altında olmuş ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilmiş, bütün mədəni və dini abidələr viran qoyulmuş, 9 şəhər və yüzlərlə kənd yer üzündən silinmişdir.

Qeyd etmək istərdim ki, müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək vermişdir. 44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynamışdır. Bu müddət ərzində qardaşım Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər etmişdir. Fürsətdən istifadə edərək, xarici işlər naziri Mövlud bəyin simasında qardaş Türkiyəyə təşəkkür ifadə etmək istərdim. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar vermişdir. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk.

Bir neçə gün öncə, 8 noyabr tarixində Zəfərimizin birinci ilini qeyd etdik. Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcəkdir. Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilmiş, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılmışdır.

Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin, yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür. Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olmuş, 134 nəfər isə yaralanmışdır.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən geniş miqyaslı təşəbbüslərdə iştirakı, habelə hazırda aparılan quruculuq işlərində birgə layihələrin həyata keçirilməsi, eyni zamanda geniş regional əməkdaşlığı təşviq edir. Bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı fikrimizcə, ölkələrimiz üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər.

Sözlərimə son verərək qeyd etmək istərdim ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Sabah qardaş Türkiyə Respublikası Türk Dövlətləri Təşkilatının növbəti müddət üçün sədrliyini öz üzərinə götürücəkdir. Bu şərəfli və məsul işin yerinə yetirilməsində Türkiyəyə uğurlar arzu edir və əminliyimizi ifadə edirik ki, qardaş ölkə bu vəzifənin öhdəsindən layiqincə gələcəkdir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çavuşoğlu və Kamilov görüşdülər – Bakıda

    Çavuşoğlu və Kamilov görüşdülər – Bakıda ...

    14-10-2019, 11:06

  • 
  • Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu Bakıda görüşdülər

    Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu Bakıda ...

    6-02-2020, 12:21

  • 
  • Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası başa çatdı - YENİLƏNİB

    Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar ...

    6-02-2020, 15:33

  • 
  • Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

    Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi ...

    19-06-2021, 09:54

  • 
  • Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir

    Bakıda Türk Şurası XİN başçılarının görüşü ...

    14-10-2019, 10:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (228)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu