GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İstanbulda Türkdilli Dövlətlərin zirvə toplantısı... - Bu görüş türklərin geosiyasi birliyini yarada bilər?..

İstanbulda Türkdilli Dövlətlərin zirvə toplantısı... - Bu görüş türklərin geosiyasi birliyini yarada bilər?..

Tarix: 12-11-2021, 13:20 Bölmə :Siyasət Baxış: 502


İstanbulda bu gün başlayan zirvə toplantısı türk xalqlarının ümumi mənafeyi baxımından siyasi, iqtisadi, hərbi və geosiyasi birlik nümayiş etdirməsinə yol aça bilərmi?..

Politoloq: “Türkiyə nə qədər çalışsa da, öz liderliyində Türkdilli dşvlətlərin geosiyasi birliyinə nail ola bilməsi çox çətindir”.

“Orta Asiya dövlətləri türkdilli ola bilər, bizi ümumi mədəniyyət və tarix birləşdirə bilər, amma bu ölkələr Rusiya ilə daha çox yaxındırlar. Hətta həmin ölkələrin əksəriyyətində hakimiyyətdə olan adamları Rusiyanın kadrlarıdır. Buna görə də zirvə görüşündə Türkiyənin nəyəsə nail olacağı inandırıcı deyil”.

Bu sözləri politoloq Nəzakət Məmmədova bu gün İstanbulda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının VIII Zirvə Toplantısını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısı keçiriləcək. Bu toplantıdan əsas gözləntilər nələr ola bilər və bu zirvə toplantısı türk xalqlarının ümumi mənafe baxımından siyasi, iqtisadi, hərbi və geosiyasi birlik nümayiş etdirməsinə yol aça bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Aşkar surətdə Türkiyə, ABŞ, Rusiya, Çin Mərkəzi Asiya və Xəzəryanı hövzə regionları uğrunda mübarizə aparırlar”.

Türkiyənin Orta Asiyadakı türkdilli ölkələrə birdən-birə nüfuz edə bilməyəcəyini düşünən politoloq PİA.az-a bildirib ki, bu ölkələr üzərində Türkiyədən daha çox Rusiyanın təsiri var:

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının gözlənilən zirvə toplantısında xüsusi qərarların qəbul olunması gözlənilən deyil. Bu zirvə toplantısı sadəcə olaraq türk dövlət liderlərinin təmaslarından biridir. Nizamnaməyə görə hər il bu tədbir keçirilir, bu gün də İstanbulda keçiriləcək. Keçən il pandemiyaya görə zirvə toplantısı onlayn şəkildə keçirilmişdi. İndi isə dövlət başçılarının üzbəüz görüşü pandemiyanın geridə qaldığını göstərir. Yəni çoxtərəfli əməkdaşlıq yenə də ənənəvi qaydaya qayıdır.

Türkiyə türkdilli ölkələrin yaxınlaşmasını istəyir və buna çox can atır. Bildiyimiz kimi Azərbaycan da bu işdə fəal iştirak edir. Azərbaycan və Türkiyə həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini inkişaf etdirirlər.

Bu Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsindən sonra türkdilli  dövlət başçılarının ilk əyani görüşüdür. Buna görə ola bilər ki, zirvə görüşündə Azərbaycanın qələbəsinə də toxunulsun. Həmçinin görüşdə başqa türkdilli ölkələrin məsələləri də müzakirə olunacaq. Aydın məsələdir ki, Türkiyə türkdilli ölkələrə birdən-birə nüfuz edə bilməz və bu imkanı da yoxdur. Çünki bu ölkələr üzərində Türkiyədən daha çox Rusiyanın təsiri var. Bu faktdır.

Nəzakət Məmmədova: “Əgər “Zəngəzur dəhlizi” açılsa, Rusiyanın nəzarəti altında olsa da, Türkiyə birbaşa türk dünyasına çıxış əldə edir. Buna görə də düşünürəm ki, zirvə görüşündə “Zəngəzur dəhlizi” müzakirə olunacaq”.

Türkiyə nə qədər çalışsa da, öz liderliyində Türkdilli dşvlətlərin geosiyasi birliyinə nail ola bilməsi çox çətindir. Orta Asiya dövlətləri türkdilli ola bilər, bizi ümumi mədəniyyət və tarix birləşdirə bilər, amma bu ölkələr Rusiya ilə daha çox yaxındırlar. Hətta həmin ölkələrin əksəriyyətində hakimiyyətdə olan adamları Rusiyanın kadrlarıdır. Buna görə də zirvə görüşündə Türkiyənin nəyəsə nail olacağı inandırıcı deyil.

Bildiyimiz kimi bu yaxınlarda Özbəkistanda prezident seçkiləri keçirildi. Yenə də əvvəlki kimi heç nə dəyişmədi. Amma bu ölkələr indi ABŞ-ın, Çinin, Rusiyanın, Türkiyənin rəqabət zonasıdır. Aşkar surətdə Türkiyə, ABŞ, Rusiya, Çin Mərkəzi Asiya və Xəzəryanı hövzə regionları uğrunda mübarizə aparırlar. Türkdilli ölkələr də bu əhəmiyyətli bölgədə yerləşir. Özbəkistanda ABŞ-ın hərbi baza yerləşdirilməsi məsələsi də gündəmdədir. Zirvə görüşündə açıq şəkildə yox, pərdəarxasında bu məsələlər də müzakirə oluna bilər, amma bu müzakirələr rəsmi olaraq dilə gətirilməyəcək. Həmçinin böyük ehtimalla FETO-nun Orta Asiyadakı məktəbləri də müzakirə olunacaq.

Əfqanıstanda Taliban hakimiyyətə gəlib. Amma Taliban öz nüfuz dairəsini genişləndirə bilmir və ciddi çətinliklərlə üz-üzədir. Rusiya Əfqanıstandakı xaos fonunda radikal islamçıların Orta Asiyaya sızmasından narahatdır. Türkiyə də çalışır ki, Talibanla dil tapsın. Taliban da çalışır ki, Türkiyə ilə yaxınlaşsın. Buna nə qədər nail olacaqlar, bilmirəm, amma bu fonda Rusiya və Türkiyə arasında Orta Asiyada işbirliyi yarana bilər. Bu isə müsbət hal kimi dəyərləndirilməlidir.

Nəzakət Məmmədova: “Zirvə görüşündə bir çox geosiyasi məsələlər müzakirə olunacaq. Amma müzakirə olunacaq məslələrdə həmrəyliyin olub-olmaması sual altındadır”.

Onu da qeyd edim ki, əgər “Zəngəzur dəhlizi” açılsa, Rusiyanın nəzarəti altında olsa da, Türkiyə birbaşa türk dünyasına çıxış əldə edəcək. Ermənistan isə məhz buna görə bu dəhlizə qarşıdır. Ona görə də düşünürəm ki, zirvə görüşündə “Zəngəzur dəhlizi” müzakirə olunacaq. Ola bilsin ki, Türkiyə Zəngəzur dəhlizi məsəlində Orta Asiya ölkələrinin dəstəyini istəyəcək.

Düşünürəm ki, zirvə görüşündə bir çox geosiyasi məsələlər müzakirə olunacaq. Amma müzakirə olunacaq məslələrdə həmrəyliyin olub-olmaması sual altındadır. Birdən-birə türk dövlətləri həmrəylik nümayiş etdirməyəcəklər. Amma onlar həmrəy olmağa cəhd göstərəcəklər”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək

    Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə ...

    15-10-2019, 15:24

  • 
  • Türk Şurasının Zirvə görüşü video formatda keçiriləcək

    Türk Şurasının Zirvə görüşü video formatda ...

    23-03-2021, 12:19

  • 
  • İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində - YENİLƏNİR

    İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq ...

    3-09-2018, 10:42

  • 
  • Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası başa çatdı - YENİLƏNİB

    Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar ...

    6-02-2020, 15:33

  • 
  • Ərdoğan Azərbaycana gəldi

    Ərdoğan Azərbaycana gəldi ...

    14-10-2019, 15:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu