Gundemxeber.az » Siyasət » Azərbaycan XİN vaksinlə bağlı qətnaməyə dəstəyə görə BMT ölkələrinə təşəkkür edib
Azərbaycan XİN Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim edilmiş bütün ölkələrin COVID-19 vaksinlərinə hərtərəfli çıxışının təmin edilməsi ilə bağlı qətnaməyə verilən dəstəyə görə BMT ölkələrinə minnətdarlığını bildirib.
Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva tviter səhifəsində yazıb.
“Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş və Baş Assambleyanın qəbul etdiyi “Bütün ölkələrin COVID-19-a qarşı peyvəndlərə ədalətli, əlçatan, vaxtlı-vaxtında və hərtərəfli çıxışının təmin edilməsinə dair” qətnaməni dəstəkləmiş BMT-yə üzv ölkələrə minnətdarlığımızı bildiririk”, - paylaşımda deyilir.
GUNDEMXEBER.AZ
6-11-2020, 09:23
19-11-2021, 10:43
13-03-2021, 10:53
8-07-2020, 11:03
26-04-2021, 14:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?