GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan Brüssel görüşünə NECƏ GEDİR... - İNCƏLƏMƏ...

Paşinyan Brüssel görüşünə NECƏ GEDİR... - İNCƏLƏMƏ...

Tarix: 14-12-2021, 09:53 Bölmə :Siyasət Baxış: 259


Bu gün Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri - Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı”na üzv ölkələrin sammiti çərçivəsində bir araya gələcəklər. Ancaq müşahidələr və təhlillər göstərir ki, Brüssel görüşü bölgədə böyük sülhü yaxınlaşdırmayacaq. Çünki Ermənistan özünü hələ də məğlub tərəf kimi aparmaq istəmir, guya bölgədə onun hansısa söz sahibliyinin qaldığına dünyanı inandırmağa inadlı cəhdlər göstərir, Azərbaycanla sülh müqaviləsi imzalamağı yaxına buraxmır.

Belə davranışda sözsüz ki, ən əvvəl Qərbin, o sırada AB-nin İrəvanın iddialarına müəyyən mənada dəstək olması, darmadağın və miskin durumda olan dünənki işğalçı dövlətə böyük maliyyə dəstəyi vəd eləməsi, habelə “arabanın 5-ci təkəri”nə çevrilmiş ATƏT-in Minsk Qrupunun reanimasiyasına ümidlər az rol oynamır. Brüssel görüşü ərəfəsi keçirilən virtual “Demokratiya sammiti” bu xüsusda Paşinyanın “qoltuğunun altına” verilən növbəti “qarpız” oldu. Bölgənin taleyini həll edən Azərbaycan, Türkiyə və Rusiyanın dəvət almadığı, Kremlə qarşı növbəti demarş sayılan həmin tədbirin ardınca Nikol indi Avropaya daha ürəkli yollana biləcəyini zənn edir.

*****

Hələ də Rusiya hesabına ayaqda duran Ermənistan adlı simvolik və saxta dövlətdə siyasi-iqtisadi böhran isə davam edir. Bu böhran hələ çox sürəcək, əgər mənfur qonşular düşdükləri acınacaqlı durumun gerçək səbəbini yanlış ünvanda - özlərində yox, xaricdə axtaracaqlarsa. Bu da növbəti “isti” fakt.

“Ermənistanın 20 ildən çoxdur üzləşdiyi problemlərin mahiyyətini anlamaq üçün onların kökünə nəzər salmaq lazımdır. Belə eləməklə biz çox tez anlayacağıq ki, bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Bu, Rusiya prezidenti Vladimir Putindir - demokrat Boris Yeltsini əvəzləyən adam”.

Bu sözlər Razmik Akopcanyanın Armenianreport.com-dakı dünənki məqaləsindədir.

Yaxın keçmişin xiffətini çəkən başdan xarab millətin başdan xarab “şərhçisi” öz isterik sərsəmləmələrinə davam edərək yazır: “Putin iqtidara gələnə qədər baş verənləri xatırlayaq. Biz torpaqları azad etdik, ”Artsax" qürurumuzun, şərəfimizin, igidliyimizin simvoluna çevrildi. Artsax danışıqlar masası arxasında idi. Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini bəsləyirdi. Bu, hər şeydə, o cümlədən Ermənistanın və ”Artsax"ın nailiyyətlərinə, onların müstəqilliyinə, demokratik seçiminə və inkişafına hörmətdə özünü göstərirdi. Putin isə tam “fərqli xəmirdən” yoğrulub. Ona görə də Heydər Əliyev ona bu qədər yaxın idi. Putin bunu heç gizlətməyib də. O, Əliyevin yas mərasiminə gəlib, hətta “onu ata kimi sevdiyini” deyib. Buna uyğun olaraq da o, İlham Əliyevi qardaş kimi sevir. Artıq gün kimi aydındır ki, Putin səmimi olaraq, Ermənistanı sevmir. Bütün bunların arxasında nə dayanır, bu, artıq psixoloqlara ünvanlanmalı sualdır".

*****

Burada deyiblər, “Adımı sənə qoyum, səni də yana-yana”. Dünyada psixoloji problemi olan tək toplum varsa, onun adı, familiyası çoxdan məlum: bu - ermənilərdir! Onları idarə edənlər, yönəldənlər, o cümlədən faşizmi, irqçiliyi, düşmənçiliyi təbliğ edən erməni mediası və erməni lobbisidir!

Sual yaranır: 30 ildir kim kimdən bərk yapışıb, Rusiya orbitindən çıxıb Qərbə sarı getməyə Ermənistana kim mane olur? Əlbəttə ki, bu, hələ SSRİ dönəmindən mərkəzin dotasiyası ilə yaşamağa vərdiş eləmiş tüfeyli ermənilərin Moskvaya qarşı növbəti şantajıdır. Onlar elə bilirdilər ki, artıq Qarabağ, işğal məsələsi bitib və indi Rusiyaya asi olmaq və “Artsax”ı da “götürüb” Qərb tərəfə keçmək olar.

Söz düşmüşkən, əslində erməni müəllif özü də fərqinə varmadan məqaləsində etiraf edir ki, torpaqlarımızın işğalında məhz Yeltsin Rusiyası həlledici rol oynayıb, hansısa “məğlubedilməz” erməni ordusu və ya mifik “artsaxın özünümüdafiə ordusu” yox! Yeltsin dönəmində Ermənistana ötürülən 2 milyard dollarlıq havayı silah-sursat yadınıza gəlir yəqin ki. İndi onun böyük əksəriyyəti Bakıdakı Qənimətlər Parkındadır.

Ancaq erməniləri yandırıb-yaxan, özündən çıxaran heç də o silahlar deyil - havayı malın itkisi adamı yandırmaz. Erməniləri dəli edən Putinin də Yeltsin kimi Qarabağın işğalda qalmasına kömək eləməməsidir. Onun 10 noyabr kapitulyasiya sənədinin imzalanmasından bir neçə gün sonra verdiyi müsahibədə Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanındığını, üstəlik, Dağlıq Qarabağın KTMT-nin məsuliyyət zonasına aid olmadığını net şəkildə bəyan eləməsidir. Kreml başçısı hətta bunu da demişdi ki, Ermənistanın özü belə qondarma qurumu tanımaqdan imtina eləməklə Dağlıq Qarabağın yuridik olaraq Azərbaycana aid olduğunu qəbul edir. Amma kimı deyirsən? “Timsah göz yaşları” davam edir...

*****

“İndi belə bir yalançının (Putin nəzərdə tutulur - red.) bizə qarşı tarixi, şokedici cinayət törətməsinə, Ermənistana xəyanət etməsinə təəccüblənməyə dəyərmi? Əminəm ki, yox. Bu vəziyyətdə bəs biz nə etməliyik? Güclənməli və Putin dövrünün sonunu gözləməliyik. Bu son isə mütləq gələcək. Ən uzun gecə belə sübhlə bitir”.

Bunu da dünyanın nadir nüsxələrindən olan sırtıq millətin sırtıq yazarı Akopcanyan öz məqaləsinin sonunda qeyd edib.

Doğru, ən uzun gecədən sonra belə səhər gəlir. Lakin Rusiya hakimiyyətinin başında kimin durmasından asılı olmayaraq, erməni xalqı üçün bu səhər heç vaxt açılmayacaq, ta ki, yaşadığı cümlə bəlalarının əsas səbəbini özü üçün müəyyən və etiraf etməyənədək. Bu səbəb isə əlbəttə ki, öz xilaskarını heyrətamiz həyasızlıqla satqın adlandıran mənfur tolumun özü ilə bağlıdır, onun nankor və kölə xisləti ilə, böyük güclərin əlində daim maşa olmaq vərdişi ilə, özünü daim satışa çıxarıb maniakalcasına əzab çəkməyi sevmək vərdişi ilə bağlıdır.

*****

Hərçənd arada bəzən dilləri çaşıb həqiqəti də etiraf edirlər. Serjik Sərkisyanın “sağ əli” sayılan, 2018-ci ildə hakimiyyətdən devrilən Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov kimi.

“Yeni Müsavat”ın məlumatına görə, özünün Facebook səhifəsində o yazıb: “100 il əvvəl olduğu kimi, biz indi də geosiyasi dəyişikliklərin mahiyyətini tam dərk eləmirik. Böyük dövlətlərin gözlənilən qarşıdurmasında düzgün oriyentasiyanı seçməyi bacarmaq lazımdır. Bir yandan Ermənistanın Rusiyanın müttəfiqi olduğunu bəyan edirsiniz, digər yandan isə Baydenin anti-Rusiya və anti-Çin layihəsinə qatılırsınız. Ermənistanın həm iqtidarı, həm də elitası özü qərar verməlidir ki, Ermənistanın yeri və rolu haradadır. Təhlükəsizliyinizi bir qütbə (Rusiyaya - red.) etibar etməklə eyni zamanda öz müttəfiqinizə qarşı Qərblə oyun oynaya bilməzsiniz. Səhər və gündüz ruslarla, axşam çinlilərlə müttəfiq olub, gecə amerikalılarla ”yatağı paylaşmaq" mümkün deyil".

Amma ermənilər bir əsrdən çoxdur bu siyasi əxlaqsızlığa məmnuniyyətlə gedir, sonra da hamını suçlu çıxarırlar. Özlərindən savayı. Heç şübhəsiz, bugünki Brüssel görüşü da bu sırada növbəti bariz nümunə kimi tarixdə qalacaq. Ancaq İrəvanda unutmasınlar ki, bir gün riyakar siyasətin sonu mütləq gələcək. O gün uzaqda deyil...


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kremldən kritik zəng, Bakıdan xəbərdarlıq siqnalı... - Rusiya “qapı dalında” qala bilər

    Kremldən kritik zəng, Bakıdan xəbərdarlıq ...

    23-11-2021, 11:22

  • 
  • Brüsseldə kritik danışıqlar: Bakı və Qarabağ üçün mühüm həftə

    Brüsseldə kritik danışıqlar: Bakı və Qarabağ üçün ...

    13-05-2019, 09:11

  • 
  • BMT-nin baş katibi Əliyev-Paşinyan görüşünü alqışladı

    BMT-nin baş katibi Əliyev-Paşinyan görüşünü ...

    30-03-2019, 10:56

  • 
  • Riskli “sülh oyunları”na davam edən Ermənistana axırıncı xəbərdarlıq... - NƏ BAŞ VERİR?

    Riskli “sülh oyunları”na davam edən Ermənistana ...

    8-12-2021, 10:11

  • 
  • Prezidentin kritik səfəri - Bakı Avropaya şərt qoydu

    Prezidentin kritik səfəri - Bakı Avropaya şərt ...

    6-10-2017, 10:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu