Gundemxeber.az » Siyasət » Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu çərçivəsində anlaşma memorandumları imzalanıb
Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu çərçivəsində anlaşma memorandumları imzalanıb.
Gundemxeber.Az-ın məlumatına görə, biznes forum çərçivəsində beş memorandum sənədinin imzalanması baş tutub.
Belə ki, AZPROMO və Gürcüstan Ticarət və Palatası (GCCİ), Azərbaycan Sənaye və Ticarət Palatası ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeçiləri Sendikası arasında anlaşma memorandumları imzalanıb.
Həmçinin “AzŞəkər” və “Bayburt Qrup” arasında müqavilə imzalanıb.
Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava və Türkiyənin Ticarət naziri Mehmet Muş da iştirak ediblər.
GundemXeber.Az
15-03-2017, 00:50
19-02-2021, 11:27
6-03-2016, 12:36
7-12-2017, 12:18
5-06-2018, 15:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?