GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » RƏSMİ BAKI İKİ BÖYÜK GÜCÜN MƏNGƏNƏSİ ALTINDA

RƏSMİ BAKI İKİ BÖYÜK GÜCÜN MƏNGƏNƏSİ ALTINDA

Tarix: 8-11-2013, 13:05 Bölmə :Siyasət Baxış: 857
 RƏSMİ BAKI İKİ BÖYÜK GÜCÜN MƏNGƏNƏSİ ALTINDA
İLHAM ƏLİYEVİN YENİ SİYASİ DƏST-XƏTTİ VƏ OBAMANIN GECİKƏN REAKSİYASI
Nəhayətdə Amerika prezidenti Barak Obamadan da təbrik məktubu daxil oldu. Hər halda, Obamanın bu addımı «demokratiya beşiyinin» Azərbaycanda keçirilən prezident seçkilərinə ədalı baxışı kimi dəyərləndirildi. Rəsmi Vaşinqton Azərbaycandan istədiklərini ala bilmədiyindən məhz bu cür davrandı. Yəni kimsə iddia edə bilməz ki, Obama seçkilərin saxtalaşdırıldığını iddia edərək məhz bu cür davranıb. Çünki əvvəlki prezident seçkiləri də eyni ittihamlarla dolu olurdu, amma Obama belə etməmişdi. Deməli, məsələ tamamən fərqlidir. Görüntüdə olan kimi, təqdim edilən kimi deyil…

DİA.AZ-a bu barədə danışan hökumət içindəki mötəbər mənbə bildirir ki, əslində rəsmi Bakının müstəqil siyasi dəst-xətt nümayişinə necə ki, Kreml tərəfindən xüsusi aqressiya müşahidə olundu, eləcə də Amerikadan eyni tövr sərgiləndi. Yəni dünyanın hər iki gücü Bakıdan narazı qaldı. Çünki Azərbaycanda artıq müstəqil dəst-xəttə söykənən bir siyasətin yürüdülməsinə start verilib.

Diqqət yetirin, Azərbaycanda prezident seçkiləri keçirilir və bu seçkilərə münasibətdə Rusiya Bakını sıxmağa başlayır. Hələ də həmin proses davam etməkdədir və Moskvada miqrantlara qarşı yürüdülən siyasət də əslində, antiAzərbaycan ovqatı fonunda cərəyan edir ki, bunu da rəsmi Bakı-Kreml münasibətlərindəki gərginliklər əlaqələndirmək vacibdir.

Okeanın o tayındakılar da Azərbaycandan narazı qaldıqlarını Obamanın təbrik məktubunu yubatmaqla ifadə edirlər. Hər iki tərəf öz aləmində Azərbaycana təzyiqlərini nümayiş etdirir. Rusiyanın Azərbaycana təsir imkanları bir neçə müstəvidə olduğundan bütün gücünü ortaya qoyur. Bir yandan Qarabağ probleminin həlli ilə bağlı məsələdə Ermənistana açıq dəstəyini ifadə edir və hətta Ermənistanda saxloadığı qoşunlarının komandanının dili ilə Bakını hərbi qüdrətilə hədələyir, digər yandan Rusiyada yaşayan azərbaycanlıları incidərək, onların vətənə məcburi dönüşünə nail olmağa çalışır və bununla da düşünür ki, Azərbaycanda sosial partlayış yaratmaqla rəsmi Bakının qanını qaraldacaq, başqa bir istiqamətdən isə Rusiya Azərbaycan müxalifətini, Rusiyadakı tanınmış azərbaycanlıları prosesə cəlb etməklə, onların hesabına rəsmi Bakıya maneələr yaratmağa çalışır.

Rusiyadan fərqli olaraq Azərbaycana tək bir silahla - demokratikləşmə silahı ilə hücum etmə fürsətinə malik olan Amerika az qala əliyalın kimi görünür. Tək bildikləri təbrik məsələsi idi ki, bunda da davamlı ola bilmədilər. Sanki oğlan evinə acıq edən qız evi kimi sonda üzüyü qaytarası olmadılar. Çünki okeanın o tayında da yaxşı bilirlər ki, rəsmi Bakı Qərbin Azərbaycandan imtinasının qeyri-mümkünlüyünə tam olaraq əmindir. Çünki bu hal baş verərsə Qərbin, xüsusən də ABŞ-ın milli dövlət maraqları fonunda cərəyan edən regional və çox ciddi əhəmiyyətə malik olan layihələr alt-üst olacaq.

Və bütün bu gerçəkliklərə yaxşı bələd olan İlham Əliyev və onun komandası artıq əlindəki fürsətdən yararlanaraq Azərbaycanı söz eşidən yox, söz deyən tərəfə çevirə bilməsi üçün əlindən gələni etməkdədir. Kimiləri bunu Azərbaycandakı siyasi hakimiyyətin möhkəmlənməsi kimi qəbul edirsə də, realda bu həm də Azərbaycan dövlətinin möhkəmlənməsi deməkdir.

Elə buna görə də Obamanın gecikmiş təbriki əslində rəsmi Bakının güc kimi doğuşunun etirafı olaraq qəbul edilməlidir. Tək qalanı isə Rusiyadır. Amerikadan fərqli olaraq Azərbaycanı sıxa bilməsi üçün əlində kifayət qədər ciddi rıçaqlar olan Rusiya bir neçə il əvvəl Gürcüstana qarşı etdiklərini təkrarlayırmış kimi görünür. Amma Kreml də yaxşı başa düşür ki, Azərbaycan Gürcüstan deyil və Azərbaycanda hakimiyyətdə olan qüvvələri Saakavşili iqtidarı ilə eyniləşdirmək doğru deyil. Bu fərq istənilən halda Rusiya-Azərbaycan toqquşmasında özünü biruzə verəcək. Onlar da bükə bilmədikləri əli öpmək zorunda qalacaqlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Obama Gürcüstan prezidentini təbrik etdi

    Obama Gürcüstan prezidentini təbrik etdi ...

    17-11-2013, 12:19

  • 
  • Obamanın ayrı qala bilmədiyi stəkanı (FOTO)

    Obamanın ayrı qala bilmədiyi stəkanı (FOTO) ...

    17-11-2015, 12:46

  • 
  • Ziya Məmmədovun oğlu ilə bağlı şok iddia

    Ziya Məmmədovun oğlu ilə bağlı şok iddia ...

    9-11-2013, 11:25

  • 
  • Barak Obama İlham Əliyevə məktub ünvanlayıb

    Barak Obama İlham Əliyevə məktub ünvanlayıb ...

    8-07-2016, 23:03

  • 
  • Barak Obamanın Kubaya səfərinin tarixi məlum olub

    Barak Obamanın Kubaya səfərinin tarixi məlum olub ...

    18-02-2016, 23:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu