GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Şuşa uğrunda döyüşlər: ZakiŞuşa uğrunda döyüşlər: Zakir Həsənov təfsilatları danışdır Həsənov təfsilatları danışdı

Şuşa uğrunda döyüşlər: ZakiŞuşa uğrunda döyüşlər: Zakir Həsənov təfsilatları danışdır Həsənov təfsilatları danışdı

Tarix: 22-12-2021, 09:55 Bölmə :Siyasət Baxış: 238

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibə verib və 44 günlük Vətən müharibəsinin gedişindən, o cümlədən Şuşanın azad edilməsi əməliyyatından danışıb.

“Oktyabr ayının sonlarından cəbhə bölgəsində Şuşa ətrafındakı halqa cənubdan, şərqdən və qərbdən qoşunlarımız tərəfindən sıxılmağa başlamışdı. Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanan və onun təsdiq etdiyi əməliyyat planının bütün detallarının, icra mexanizminin tam açıqlanması məxfilik baxımından bu gün mümkün deyil”, - o bildirib.


Nazir qeyd edib ki, Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi:

Zakir Həsənov bildirir: “Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçirdi. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm zirvəsi idi. Ali Baş Komandan əməliyyatın hazırlanması, ilkin icrası və gedişi prosesində komandanlığı şəxsən özü həyata keçirirdi. Günün hər saatı, hər dəqiqəsi əməliyyat barədə hərbi komandanlıqdan məlumat alır, konkret əmrlərini verirdi. Hər dəqiqə cənab Prezidentə yeni məlumatları təqdim etmək üçün məruzələrimiz hazır olmalı idi. Bölmələrimiz Laçın dəhlizinə doğru yaxınlaşmışdı. Oktyabrın son günlərindən Azərbaycan Ordusunun bölmələri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr Şuşanın müdafiəsini yarmaq üçün müxtəlif istiqamətlərdən əməliyyata başladılar"

"Əməliyyat hazırlanarkən cənab Prezidentin verdiyi tapşırıqlardan biri də o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır. Yəni bu döyüşlərdə ağır artilleriyadan tam gücü ilə istifadə edə bilməyəcəkdik. Artilleriyadan əsasən Şuşa ətrafında olan Ermənistan qoşunlarının mövqeləri və atəş nöqtələri hədəf götürüldü və darmadağın edildi. Onlar həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çox böyük itki verdi. Biz isə doğma şəhərimizi, tarixi abidələrimizi artilleriya ilə vurmadıq, hava zərbələri endirmədik",-müdafiə naziri deyir.

O bildirir ki, hava buludlu keçdiyindən pilotsuz uçuş aparatlarının imkanlarından da yararlanmaq mümkün olmayıb  və kəşfiyyatın aparılmasında müəyyən çətinlik yarandı. Lakin peşəkar, mübariz, əzmkar qoşunlarımız üçün bunlar maneə olmadı. Ordumuz Azərbaycan Prezidentinin, Azərbaycan xalqının onun qarşısında müəyyənləşdirdiyi bu tarixi vəzifəni ləyaqətlə icra etdi.

"Müəyyən məsələlərə diqqət yetirmək istərdim. Kəşfiyyat məlumatına görə, ermənilər bizi iki istiqamətdən gözləyirdilər. Onlar Qırmızı Bazardan Şuşakəndə, oradan isə Şuşaya qalxan yolda və Laçın istiqamətində şiddətli döyüşlərə hazırlaşırdılar. Ona görə də əsas qüvvələrini orada cəmləşdirmişdilər. Azərbaycan hərbi komandanlığının əməliyyat planına görə isə Şuşaya sıx meşələrdən yeni yol açıldı. Qəhrəman mühəndis-istehkam qoşunlarımız qısa müddətdə inanılmaz işə imza ataraq bu yolu istifadəyə hazır etdi. Mühəndis-istehkamçılarımız ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Bu yol ermənilər üçün sözün əsl mənasında böyük şok oldu.

Nəticədə artilleriya qurğularını Şuşa ətrafına çəkə bildik. Mən artilleriyaçılarımızın qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Yol çəkilmişdi, amma hava şəraiti yaxşı deyildi, palçığın içində ağır topları yüksək peşəkarlıq nümayiş etdirərək yüksəkliklərə qaldırdılar, atəş nöqtələri qurdular və Şuşa ətrafındakı düşmən mövqelərinə dəqiq zərbələr endirdilər",-Zakir Həsənov deyib.

Zakir Həsənov bildirir ki, noyabrın ilk günlərindən Şuşa uğrunda döyüşlər kəskinləşdi. Xüsusi Təyinatlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyəti artıq Şuşaya doğru atəş dəstəyi olmadan sıldırım qayalar, yarğanlar, meşələr vasitəsilə irəliləyir, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alırdı. Belə əməliyyat isə düşmənin ağlına gəlmirdi və o, belə bir addım atılacağını əvvəlcədən hesablaya bilməmişdi. İgid döyüşçülərimizin çətin relyefli ərazilərlə hərəkəti hətta düşmən kəşfiyyatçıları tərəfindən belə müşahidə olunmurdu.

Z.Həsənov belə nəql edir ki, mərhələlərlə Şuşa ətrafındakı kəndlər, yüksəkliklər azad edilir, hərbçilərimiz gizli yollarla Şuşaya doğru irəliləyirdilər. Laçın dəhlizinin əsas hissələrinə nəzarətin təmin olunması, Daşaltı kəndi ətrafındakı strateji yüksəkliklərin nəzarətə götürülməsi nəticəsində Şuşanın mühasirəsi daralırdı.

Noyabrın 6-da qoşunlarımız və bölmələrimiz artıq şəhərin hüdudlarına çatmışdılar. Bir həftəyə yaxın müddətdə əlverişsiz hava şəraitində sıldırım qayalarla, keçilməz yollarla böyük məsafəni dəf edən hərbçilərimiz artıq şəhərə dörd tərəfdən daxil olmuşdu və yaxın məsafədən ağır döyüşlər başlamışdı.


"Həmin gün hava çox buludlu, dumanlı, yağmurlu idi. Şuşaya daxil olan şəxsi heyətin əlində yalnız yüngül silahlar var idi. Şəhərdə hər küçə, məhəllə, ev uğrunda qanlı döyüş baş verirdi. Ermənilərin itkiləri kütləvi idi və böyük təşviş içində Şuşadan qaçırdılar. Sonradan ermənilər bir neçə dəfə yenidən şəhərə daxil olmağa cəhd göstərsələr də, bütün həmlələri igid hərbçilərimiz tərəfindən dəf edildi. Hətta noyabr ayının 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş “İsgəndər-M” ballistik raketləri atıldı. Düşmənin bir neçə əks-hücumuna baxmayaraq, Azərbaycan Ordusu öz mövqelərini qorudu, möhkəm müdafiə yaratdı və şəhərdə qalan Ermənistan silahlı qüvvələrinin bölmələrini məhv edərək əraziləri düşməndən təmizlədi",-müdafiə naziri bildirir.

Noyabr ayının 8-də Ali Baş Komandanın Şəhidlər xiyabanından verdiyi “Əziz Şuşa, sən azadsan!” müjdəsi Azərbaycan xalqının taleyində dönüş mərhələsinə çevrildi. Bununla təkcə 28 illik işğala son qoyulmamışdı, eyni zamanda Azərbaycan bayrağı Şuşanın timsalında bütün Qarabağda dalğalanırdı.

Şuşa zəfərinin növbəti günü Azərbaycan Ordusunun irimiqyaslı hərbi əməliyyatları davam etdi və mühüm uğurlar qazanıldı. Bir gün ərzində 72 yaşayış məntəqəsi və 8 strateji yüksəklik azad olundu”.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Həsənov Ali Baş Komandanın tapşırığına əsasən cəbhə bölgəsində-FOTOLAR

    Zakir Həsənov Ali Baş Komandanın tapşırığına ...

    26-11-2014, 00:07

  • 
  • Zakir Həsənov cəbhə bölgəsində olub

    Zakir Həsənov cəbhə bölgəsində olub ...

    9-06-2016, 00:10

  • 
  • Zakir Həsənov xidməti müşavirə keçirtdi

    Zakir Həsənov xidməti müşavirə keçirtdi ...

    10-02-2018, 16:22

  • 
  • Prezident: -“Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır!”

    Prezident: -“Guya Şuşa bizə elə-belə verilib, ...

    27-01-2021, 15:21

  • 
  • Zakir Həsənov müşavirə keçirdi: Bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb etdi

    Zakir Həsənov müşavirə keçirdi: Bölmələrin döyüş ...

    29-03-2021, 15:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu