GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Azərbaycan anti-terror əməliyyatı keçirərək Arayikin başını əzməlidir" - ÇAĞIRIŞ

"Azərbaycan anti-terror əməliyyatı keçirərək Arayikin başını əzməlidir" - ÇAĞIRIŞ

Tarix: 5-01-2022, 13:00 Bölmə :Siyasət Baxış: 417


“Paşinyanın Qarabağın beynəlxalq hüququn tələblərinə görə Azərbaycana məxsus olduğunu etiraf etməsi erməni ictimaiyyətini boş xəyallardan ayıltmağa hesablanıb”. 


Gundemxeber.Az xəbər verir ki, bu sözləri Nikol Paşinyanın “Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər” açıqlamasını şərh edərkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə Paşinyanın açıqlamalarını belə şərh edib:

“Paşinyan mətbuata açıqlamasında Qarabağ problemi ilə bağlı danışarkən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin indiyə qədər aparılan danışıqların heç bir mərhələsində Ermənistan ərazisi hesab olunmadığını, danışıqlarda Dağlıq Qarabağda azərbaycanlı əhalinin də yaşadığı və onların maraqlarının müdafiəsinin də danışıqların gündəliyində olması haqqında fikirləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dünya birliyinin “Dağlıq Qarabağ”ı Azərbaycan ərazisi olaraq tanıdığını deməsi həqiqəti əks etdirir.

Paşinyan haqlı olaraq onu da qeyd edir ki, “Dağlıq Qarabağ”ın statusu onun müstəqilliyi anlamını daşımır. Doğurdan da, indiyə qədər aparılan danışıqlarda “Dağlıq Qarabağ”ın statusu ilə bağlı danışılarkən bunun yalnız referendum yolu ilə mümkünlüyü dilə gətirilirdi. Azərbaycan Konstitusiyası isə bu cür məsələlərin bütün ölkə boyu xalqın iştirakı ilə keçiriləcək referendumla həllini nəzərdə tutur. Bu baxımdan, Paşinyan, “Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər”, – deməklə, əslində, hüquqi faktları təsdiqləyib.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Paşinyan indiyə qədərki Ermənistan rəhbərlərindən fərqli olaraq ilk dəfədir ki, münaqişənin faktiki olaraq yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu etiraf edib. Belə olan halda haqlı sual doğur. Sən sadaladığın faktlardan indimi xəbər tutmusan? Bunları bilə-bilə “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatla çıxış edən sən deyildinmi?

Əlbəttə ki, Paşinyan da, ondan əvvəl Ermənistana rəhbərlik etmiş digər şəxslər də Qarabağın Azərbaycan məxsus olmasını gözəl bilirdilər. Sadəcə havadarlarının dəstəyi, ATƏT Minsk qrupunun fəaliyyətsizliyi, eləcə də BMT Təhlükəsizlik Şurasının öz Qətnamələrinin icrasına biganəliyi onları ürəkləndirmişdi və düşünürdülər ki, zamanla Azərbaycan da ərazilərin işğalı ilə barışacaq. Ancaq 44 günlük Vətən müharibəsi, Azərbaycanın qələbəsi, yaranan yeni reallıqlar, eləcə də istər Rusiyanın, istər Avropa İttifaqının, istərsə də digər Beynəlxalq qurumların artıq “status” məsələsini gündəmə belə gətirməməsi Ermənistan hakimiyyətini rallıqlarla barışmağa məcbur edib.

Paşinyanın açıq şəkildə bunları dilə gətirməsi isə erməni ictimaiyyətini hazırlamaq məqsədi daşıyır. O, Qarabağın beynəlxalq hüququn tələblərinə görə Azərbaycana məxsus olduğunu etiraf etməklə, əslində, uzun illərdir Ermənistandakı rejimlərin erməniləri boş xəyallarla yaşatdığına eyham vurmuş olur. Digər bir tərəfdən isə o, faktiki olaraq indiki uğursuzluqların özündən əvvəlki hakimiyyətlərin diplomatik müstəvidəki məğlubiyyətindən qaynaqladığını deməklə özünü sığortalayır. Göründüyü kimi, Paşinyan və onun hakimiyyəti getdikcə daha əsaslı şəkildə erməni cəmiyyətini Qarabağla bağlı boş xülyalardan vaz keçməyə, ayılmağa doğru istiqamətləndirir. Düşünürəm ki, bu yanaşmanı ermənilər nə qədər tez dərk və qəbul etsələr, bir o qədər özləri üçün yaxşı olar.

Paşinyanın məlum bəyanatlarına sərt təpki isə ilk olaraq separatçı rejimin rəhbəri Arayik Arutunyandan və separatçıların parlamentindən gəldi. Arayikin “Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərtlərə və kompromislərə dözmür və Qarabağ sakinləri adından danışmaq hüququna yalnız onun hakimiyyət orqanları malikdir” və ya “Artsax xalqı və hakimiyyəti heç vaxt Azərbaycan daxilində hər hansı statusu tanımayacaq” tipli bəyanatları onu deməyə əsas verir ki, separatçı rejim Paşinyana meydana oxuyur. Belə olan halda isə iki yol qalır. Ya Ermənistan rəhbərliyi Arayikə yerini və həddini göstərməlidir ya da Azərbaycan anti-terror əməliyyatı keçirərək terrorçubaşı Arayikin başını əzməlidir.

Hələlik müşahidədər ondan ibarətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla separatçıların başçısı Arayik Arutyunyan arasında münasibətlər “savaş” həddinə gəlib çatıb. Paşinyanın Arayikə qarşı Samvel Babayan kartından istifadə edəcəyi gözlənilir. Hətta erməni mətbuatında Babayanın artıq erməniləri Arayik Arutyunyana qarşı etiraz aksiyalarına hazırlaşdırdığı da bildirilir. Terrorçu Arayik Arutyunyanın isə mövcud şəraitdə Paşinyanın həmlələrinə tab gətirə biləcəyi inandırıcı görünmür. Perspektivdə Arutyunyanın dəmir barmaqlıqlar arxasına getməsi də istisna olunmur”. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanın Qarabağ planı ORTAYA ÇIXDI

    Paşinyanın Qarabağ planı ORTAYA ÇIXDI ...

    25-10-2018, 11:54

  • 
  • ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - SENSASİYALI AÇIQLAMA

    ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - ...

    6-12-2018, 11:46

  • 
  • Paşinyanın Qarabağ haqda bəyanatı Azərbaycanda sərt qarşılandı

    Paşinyanın Qarabağ haqda bəyanatı Azərbaycanda ...

    28-11-2018, 11:20

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə münasibət bildirib

    XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə ...

    2-12-2019, 16:04


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu