Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranın müdafiə naziri Məhəmmədrza Aştiyani ilə görüşüb.
Gundemxeber.Az -ın APA-ya istinadən məlumatına görə, görüşdə nazirlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması haqqında müzakirə aparıb. M.Aştiyani iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinin zərurətini vurğulayıb. "İki ölkə xalqının mədəni və tarixi bağlılıqlarını nəzərə alaraq, Azərbaycan və İran arasında əlaqələr müxtəlif sahələrdə daha da inkişaf etdirilməlidir. Təhlükəsizlik sahəsində müştərək əməkdaşlığın inkişafı çox önəmlidir. İki ölkənin geosiyasi xüsusiyyətlərini nəzərə alaraq ölkələr arasında əlaqələrin inkişafı üçün geniş potensial var". Görüşdə Z.Həsənov İrana Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsinə görə təşəkkürünü bildirib. Z.Həsənov İranın müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Müdafiə naziri iranlı həmkarını Bakıya rəsmi səfərə dəvət edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?