Azərbaycan və Moldova azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatı ilə bağlı əməkdaşlıq edəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi birgə brifinqdə söyləyib.
“Bugünkü müzakirələr zamanı mina təhlükəsi məsələsi ətrafında fikir mübadiləsi apardıq. Cənab Popesku tərəfindən təşəbbüs irəli sürüldü. Bu məsələ ilə bağlı Azərbaycanı dəstəkləmək niyyəti bildirildi. Hesab edirik ki, ölkələrimizin aidiyyəti qurumları əlaqəyə girərək bu istiqamət üzrə çalışmağa başlayacaqlar”, - nazir bildirib.
Gundemxeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?