"Ermənistanın Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutması kəşfiyyat məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın iki gün ərzində ardıcıl olaraq Basarkeçər rayonunun Yuxarı Şorça məntəqəsindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Zəylik yaşayış məntəqəsindəki mövqelərini atəşə tutmasına münasibət bildirərkən deyib:
"Fikrimcə, ermənilər qış şəraitini nəzərə alaraq Azərbaycanın Kəlbəcər istiqamətindəki hərbi strukturlarının zəif olduğunu zənn edib, bu kimi avantüraya gediblər. Onlar güman ediblər ki, həmin istiqamətdə Azərbaycan Ordusunun ciddi müqavimətinə rast gəlməyəcəklər. Bu mənada Ermənistan tərəfindən artıq ikincü gün ardıcıl olaraq Azərbaycanın Kəlbəcər rayonu ərazisindəki mövqelərimizin atəşə tutulması zənnimcə, kəşfiyyat məqsədi daşıyır. Ancaq Azərbaycan Ordusunun layiqli cavabı ilə düşmən tərəf növbəti dəfə məqsədinə çatmadı”.
Digər tərəfdən, həmsöhbətimizə görə mövcud vəziyyət onu göstərir ki, sərhəd münaqişələrinin qarşısının alınmasında Ermənistanın mərkəzi hakimiyyəti hələ də gücsüzdür:
"Belə təsəvvür yaranır ki, sanki Paşinyan əl-qolunu açsa da, müdafiə nazirliyi sistemində nəzarəti tam təmin edə bilməyib. Hələ də bu sistemdə yer alan revanşist qüvvələr, "Qarabağ klanı”, Daşnakstyun partiyasının tərəfdarları Paşinyanın siyasi iradəsinin əleyhinə olaraq Azərbaycanla lokal münaqişələrə getməkdə maraqlıdırlar. Amma unudurlar ki, bu sayaq başıpozuqluğu davam etdirsələr, Azərbaycan Ermənistana qarşı güclü cavab tədbirləri həyata keçirə bilər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?