GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Şuşa Bəyannaməsindən “xoxan” düzəltmək cəhdləri - ermənilər qorxur, ruslar isə..

Şuşa Bəyannaməsindən “xoxan” düzəltmək cəhdləri - ermənilər qorxur, ruslar isə..

Tarix: 18-02-2022, 12:13 Bölmə :Siyasət Baxış: 275

Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə prezidentləri tərəfindən ratifikasiya edilməsi Ermənistanı növbəti dəfə silkələdi. Gundemxeber.az “Yeni Müsavat”a istinadla bildirir ki, bu dəfə parlamentdə təmsil olunan müxalif “Hayastan” fraksiyası Paşinyan hakimiyyətini Şuşa Bəyannaməsinə qarşı sakit dayanmaqda ittiham edib.

Deputat Andranik Tevanyan bildirib ki, bu bəyannamə Ermənistanın varlığını təhlükə altına alır. O əlavə edib ki, rəsmi Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması çıxışlarına inanmır və İrəvanın bu bəyannaməyə qarşı adekvat reaksiyası olmalıdır. Tevanyan Şuşa Bəyannaməsi ilə bağlı “Hayastan” fraksiyasının bəyanat imzaladığını və parlamentdə müzakirəyə çıxarılması üçün müraciət edəcəyini bildirib.

Daha sonra, Ermənistan mediasının rəsmi qaynaqlara əsasən yaydığı məlumatda bildirilib ki, Şuşa Bəyannaməsi 23 fevralda Ermənistan parlamenti tərəfindən müzakirə olunacaq və bu, gündəliyə salınıb. Deputatın söz açdığı bəyanatda isə bildirilir ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan hərbi-siyasi birliyini “bir millət, iki dövlət” anlayışı çərçivəsində yekunlaşdırdı. Bəyanat müəllifləri Şuşa Bəyannaməsinin Ermənistan üçün qəbuledilməz olduğunu vurğulayırlar.

Bəzi müstəqil siyasi ekspertlər isə düşünür ki, Ermənistanın siyasi isteblişmenti Şuşa Bəyannaməsini ciddi təhlükə kimi qəbul edirlər, Rusiyanın ətəyindən daha möhkəm yapışmağı çıxış yolu kimi görürlər. Yeri gəlmişkən, Ermənistanın İttifaq Partiyasının lideri Tiqran Urixanyan ölkəsinin Rusiya ilə ittifaq dövləti qurması təklifi ilə çıxış edib. O bildirib ki, bununla Ermənistan Rusiyanın tərkibinə keçməyəcək, sadəcə, dövlətlərarası ittifaq yaradılacaq. Bununla da Ermənistan BMT üzvü, ordusunu gücləndirən və xarici siyasət yürüdən suveren, müstəqil ölkə olaraq qalacaq.

Yada salaq ki, bugünlərdə Rusiyadan ekspert və jurnalistlərdən ibarət bir qrup İrəvana gedib. Onlar Ermənistanın rusiyameylli dairələri ilə intensiv görüşlər keçirir, Ermənistan-Rusiya əlaqələrinin yaxşılaşması yollarını müzakirə edirlər. Habelə məlumat var ki, bu görüşlərdə yeni Rusiya - Ermənistan ittifaq dövləti ideyası da yeridilir və rusiyapərəst erməni dairələrinə öz çıxışlarında bu ideyanı cəmiyyətə yeritmək təlqin edilir. Ermənilər Şuşa Bəyannaməsindən niyə belə ehtiyat edirlər? Moskva Ermənistanın forpost statusundan “ittifaq dövlətin tərkibinə” qoşulmasına necə baxa bilər? Şuşa Bəyannaməsi və Azərbaycan - Türkiyə ittifaqından “xoxan” düzəltmək kimlərin marağındadır? Paşinyan hökuməti özünü elə göstərir ki, sanki bu birlikdən narahat deyillər, bəs, əslində necədir? Niyə müxalifət məhz bu bəyannamədən belə təşvişə düşüb? Bu, Moskvadakı dairələrin erməni müxalifətinə növbəti “ev tapşırığı” ola bilərmi?

Məlumdur ki, Türkiyənin bölgədə varlığı, Qarabağda atəşkəsə Monitorinq Mərkəzində təmsilçiliyi, Şuşa Bəyannaməsi, Hadrutda açılan “Komandos” briqadalarında xidmət edən hərbçilərimizin türk hərb kursunu keçməsi Ermənistanı narahat etməyə bilməz. DİA.AZ xəbər verir ki, Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, bu cür çıxışlar antitürk paranoyasıdır: “Ermənistanda rus hərbi bazaları var, Rusiya ilə bu şəkildə özləri də müqavilə bağlayıblar, ortaq ordu qurublar, ancaq Azərbaycan heç zaman gələcəyimiz üçün təhlükə adlandırmayıb. Ümumiyyətlə, hər ölkə öz gələcəyini qurur. Bu da Ankara-Bakı arasında hərbi müttəfiqliyin güclənməsidir, üçüncü ölkəyə yönəlməyib. Sadəcə, üçüncü tərəf hücum edərsə, qarşılıqlı dəstək verilməsi nəzərdə tutulur. Əgər Ermənistan işğalçı addımlar atarsa, əlbəttə, bu bəyannamə onlar üçün problem olacaq”.

T.İsmayıl hesab edir ki, hər şey ermənilərin öz xislətindən irəli gəlir: “Başqalarını özləri kimi görürlər. Azərbaycan öz tarixi torpaqlarını istəyə bilər, amma etməyib, beynəlxalq hüquqa hörmət qoyub. Ona görə Rusiya ilə ittifaq qurmasını istəsə, öz işidir. Onsuz da Ermənistan KTMT üzvüdür, Avrasiya İttifaqı Birliyində təmsil olunur, Rusiya ilə münasibətləri sıxdır, istənilən qərarı da verə bilərlər. Hər bir dövlət müstəqil qərarını açıqlaya bilər. Məncə, ermənilərin hər fikrinə reaksiya vermək doğru deyil. Necə deyərlər, ”it hürər, karvan keçər" məsələsi..."

Türkiyədə yaşayan təhlükəsizlik məsələləri üzrə ekspert Abdulla Ağarın sözlərinə görə, Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasında birliyə möhür vurulub. Onun fikrincə, bu da erməniləri narahat etməlidir: “Hər hansı təhlükə, hərbi təhdid olanda Türkiyə və Azərbaycan bir-birinə hərbi anlamda dəstək verəcək. Bunun erməniləri həyəcanlandırması normaldır. Ona görə ermənilər ”nə etmək lazımdır" barədə düşünürlər və Rusiya ilə ittifaq təklifi irəli sürürlər. Olsun, amma bu ittifaq onlara nə qazandıracaq? Odur ki, ermənilər müharibədən sonra böyük bir sancı keçirir, üstəlik, Şuşa Bəyannaməsi onların ehtiraslarını öldürməkdədir, “Böyük Ermənistan” xəyallarını puça endirməkdədir. Təbii ki, bu birlik erməniləri narahat edir, amma sülh içində yaşamaqdan başqa çarələri yoxdur, həm Türkiyə, həm Azərbaycana yönəlik sərsəm iddialarından əl çəkməlidirlər".

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd etdi ki, Rusiya tərəfindən idarə olunan müxtəlif dairələr, söhbət müxalif təşkilatlar və ictimai fəallardan gedir, onlar artıq Ermənistan-Rusiya ittifaqı ilə bağlı aydın şəkildə çıxış etməkdədirlər: “Rusiya bundan əvvəl Belarus, ardınca Qazaxıstanda inteqrasiya üçün xeyli işlər gördü. Qazaxıstanda son baş verənlər göstərdi ki, türkdilli ölkələrin Çinə inteqrasiyasının qarşısı bir qədər alındı. Məlum məsələdir ki, Rusiya postsovet məkanına daxili maraqları kontekstində yanaşır. Bu qəbildən əminliklə deyə bilərik ki, növbəti hədəflərdən biri Ermənistanla ittifaqı gücləndirməkdir. Ona görə Ermənistanda bu kimi çıxışlar bəhanədir, əmr onlara şimaldan gəlib”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Düşmən qəsdən Şuşa meşələrində yanğın törədir - Hacıyev

    Düşmən qəsdən Şuşa meşələrində yanğın törədir - ...

    31-10-2020, 15:13

  • 
  • Şuşa və Hadrut qəsəbəsində topoqrafik xəritələrin hazırlanmasına başlanıldı - RƏSMİ

    Şuşa və Hadrut qəsəbəsində topoqrafik xəritələrin ...

    29-01-2021, 17:28

  • 
  • Şuşa Şəhər Dövlət Qoruğunun yaradılmasını nəzərdə tutan layihə təsdiqləndi

    Şuşa Şəhər Dövlət Qoruğunun yaradılmasını nəzərdə ...

    31-05-2021, 12:10

  • 
  • Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

    Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi ...

    19-06-2021, 09:54

  • 
  • Şuşa şəhəri işğaldan azad edildi

    Şuşa şəhəri işğaldan azad edildi ...

    8-11-2020, 13:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu