GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Füzuli Ələkbərovun adamları həbs olunacaq

Füzuli Ələkbərovun adamları həbs olunacaq

Tarix: 13-11-2013, 10:12 Bölmə :Siyasət Baxış: 648
Füzuli Ələkbərovun  adamları həbs olunacaq
Səlim Müslümov Füzuli Ələkbərovun kadrlarının keçmiş fəaliyyətini təftiş etməyə başlayıb; araşdırmalardan sonra materialların Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməsi gözlənilir
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sabiq nazir Füzuli Ələkbərovun kadrlarını nazirlik strukturlarında təmizləməkdə davam edir. Sabiq nazirin əsas kadrlarının yerləşdiyi Tibbi Sosial Ekspert Komissiyalarında (daha çox VTEK adı ilə tanınır) “təmizlik işlərinə” xüsusi önəm verilir. Ekspert komissiyaları sədrləri təkcə vəzifələrini yox, həm də azadlıqlarını itirmək qorxusu ilə üzləşiblər. Bu barədə “Yeni Müsavat”a nazirlikdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, S.Müslümov əlillik dərəcələrini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyətini araşdırmaq üçün xüsusi göstəriş verib. Araşdırma indiyə qədər komissiyalardan daxil olan şikayətlər əsasında aparılır. S.Müslümov araşdırmanın gedişinə şəxsən nəzarət edir və təftişçilərə bu məsələdə kompromissiz mövqe tutmağı tapşırıb. Nazir eyni zamanda ünvanlı sosial yardımların verilməsindəki neqativ halların araşdırılmasına da göstəriş verib. Bir neçə gün öncə keçirilən iclasda ünvanlı sosial yardımların təyin olunması və ödənişdə neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması xüsusi müzakirə edilib. Nazirliyin bir neçə yerli şöbəsinin rəisi iclasdaca işindən kənarlaşdırılıb, bir neçə Tibbi Sosial Ekspert Komissiyasının sədrinə ciddi xəbərdarlıq edilib.

Mənbənin məlumatına görə, iclasda işdən kənarlaşdırılan nazirliyin Şamaxı şöbəsinin rəisi olub. İclasın gedişindən S.Müslümov onu ayağa qaldıraraq möhkəm danlayıb və artıq işdən çıxarıldığını deyib. Ünvanlı sosial yardımların ayrılması ilə bağlı şikayətlər üzrə Şamaxı “lider” olub. Ona görə də S.Müslümov ilk olaraq nazirliyin Şamaxı şöbəsinin rəisini işdən çıxarıb. Bunun ardınca S.Müslümov sabiq nazir F.Ələkbərovla qohumluq münasibəti olan nazirliyin Şamaxı şöbəsinin rəisinin fəaliyyətini araşdırmaq göstərişini verib.

Mənbənin iddiasına görə, iclasda Səlim Müslümov Ağdam-Ağcəbədi rayonlarını əhatə edən 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Ələmdar Quliyevi kəskin tənqid edib. Keçmiş nazir Füzuli Ələkbərova yaxınlığı ilə seçilən Ə.Quliyev barədə nazirliyə çoxsaylı şikayətlər daxil olub. Ancaq nazirlə şəxsi yaxınlığı ona toxunulmazlıq statusu verib. Ancaq indi situasiya dəyişib və yeni nazir Tibbi Sosial Ekspert Komissiyasında ciddi yoxlamaların aparılması barədə göstəriş verib. Onun çoxlu sayda saxta əlillik dərəcəsi verməsi barədə iddialar var.

30gün.az saytının məlumatına görə isə iclasda tənqid atəşinə tutulan Ə.Quliyev qəfildən özünü pis hiss edib və yerə yıxılıb. Həmkarları təcili yardım çağırmağa məcbur olublar.
Mənbənin məlumatına görə, S.Müslümovun köhnə kadrları işdən çıxartmaqla kifayətlənməyib, onların fəaliyyətini araşdırması onların həbsinə hazırlıq xarakteri daşıyır. Araşdırmalar tam başa çatandan sonra materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək. Bu o deməkdir ki, F.Ələkbərovun kadrlarını həbs təhlükəsi gözləyir. Bu həm də sabiq nazirin özünə qarşı yönələn bir addımdır. Görünür, sabiq nazir hakimiyyətlə tam halallaşmayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümov daha bir məmuru işdən azad etdi

    Səlim Müslümov daha bir məmuru işdən azad etdi ...

    21-11-2013, 01:39

  • 
  • Səlim Müslümov daha bir məmuru cəzalandırdı – Görüşdə

    Səlim Müslümov daha bir məmuru cəzalandırdı – ...

    6-12-2013, 15:00

  • 
  • Səlim Müslümov: 20 min şəxsin sənədləri yoxlanılacaq - Video

    Səlim Müslümov: 20 min şəxsin sənədləri ...

    15-12-2013, 20:09

  • 
  • Nazir Səlim Müslümov işdən çıxarıldı

    Nazir Səlim Müslümov işdən çıxarıldı ...

    7-10-2015, 12:46

  • 
  • Füzuli Ələkbərovun rüşvət aldığı məmurların siyahısı hazırlanır – Özəl

    Füzuli Ələkbərovun rüşvət aldığı məmurların ...

    2-12-2013, 12:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu