GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Tam azad olmayan Qarabağ... - Durmalı deyilik...

Tam azad olmayan Qarabağ... - Durmalı deyilik...

Tarix: 24-03-2022, 17:55 Bölmə :Siyasət / GündəmXəbər / Manşet Baxış: 348

22 mart günündə maraqlı siyasi hadisələr baş verdi. Təbii, dünyanın diqqəti Ukraynadadır və orada baş verənlər hər kəsi, o cümlədən bizi də həyəcanda saxlayır. Amma, həmin gün Azərbaycan üçün əhəmiyyətli olan bir görüş keçirildi və görüşdə 44 günlük müharibə bitdiyi gündən bəri bizi narahat edən məsələ nəhayət ki, rəsmi şəkildə müzakirə edildi. Azərbaycan Respublikası MN Baş Qərərgah rəisi general-polkovnik Kərim Vəliyevlə Rusiya Quru qoşunları komandanının müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar aparılıb. MN-in verdiyi məlumata görə tərəflər 10 noyabr 2020 ildə imzalanmış üçtərəfli razılaşmanın yerinə yetirilməsini, eyni zamanda sülhməramlıların nəzarət etdiyi ərazilərdə əməliyyat şəraitini müzakirə ediblər. Ən əsası, razılaşmanın 4-cü bəndinə görə erməni silahlı birləşmələrin Azərbaycandan çıxarılması üçün hərtərəfli fikir mübadiləsi aparılıb.

16 aydan çoxdur ki, müharibə bitib və bu müddət ərzində ən çox narahatçılıq və bəzən gərginlik yaradan məsələ-erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması, nəhayət, rəsmi şəkildə Rusiya Silahlı Qüvvələri ilə gündəmə gətirildi. Doğrudur, ötən il dekabrın 2-də Stokholmda ATƏT-in xarici işlər nazirlərinin görüşündə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və bu ilin fevralın 22-də isə Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanandan sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Ermənistan silahlı qüvvələri hələ də Azərbaycan ərazisini tərk etməyib” fikri səsləndirilmişdi. Düz bir ay sonra martın 22-də artıq bu məsələ konkret tərəflə-Rusiya dövləti ilə müzakirə edildi. Qeyd edək ki, bir gün əvvəl-martın 21-də RF XİN başçısı Sergey Lavrovla Ceyhun Bayramovun telefon danışığının da 10 noyabr 2020 razılaşmasının və 22 fevral müttəfiqlik bəyannaməsinin həyata keçirilməsinə həsr olunduğu barədə rəsmi məlumat yayıldı. Qoşunların çıxarılması Rusiyanın öhdəliyi olsa da, təəssüf ki, indiyədək bu vəzifə yerinə yetirilməyib.
Rusiya-Ukrayna müharibəsinin bu prosesə təsiri varmı? Birbaşa təsiri böyük olmasa da.., var. Müharibə başlamazdan iki gün əvvəl Rusiyanın Azərbaycana ehtiyacı yaranmışdı və Moskvada müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Ukrayna müharibəsinin 27-ci günündə, dünya Rusiyanı Ukraynaya təcavüzdə ittiham edib təcrid dövlətə çevirdiyi zamanda, Moskva həm də sülhməramlı olduğunu nümayiş etdirmək istəyir. Rusiyanın erməni silahlı birləşmələrin Azərbaycan ərazisini tərk etməsini həll etməsi müqabilində Azərbaycandan başqa bir istəyi ola bilərmi? Rusiya hər situasiyadan maksimum öz maraqları naminə istifadə etməyə çalışıb və Azərbaycan da yeri gələndə öz qırmızı xəttini gözləməklə müəyyən güzəştlərə gedib. Rusiyaya tətbiq olunan sanksiyalara Azərbaycanın qoşulmaması, iqtisadi əlaqələri davam etdirməsi, hava məkanını açıq saxlaması indiki beynəlxalq şəraitdə çətin olsa da, Azərbaycanın Rusiyaya qarşı etdiyi xoş məramlı münasibətlərdi. Bəs, bu danışıqların konkret olaraq Ukrayna müharibəsi ilə birbaşa bağlılığı nə dərəcədə mümkündür? Ukraynada canlı qüvvə itkisi verən Rusiya üçün müəyyən hazırlığı olan hərbi qüvvələrə ehtiyacı var. Azərbaycanda yerləşdirilmiş Rusiya hərbçiləri Ulyanovskda daimi dislokasiya olunmuş döyüş qabiliyyəti yüksək olan hazırlıqlı motoatıcı diviziyanın tərkib hissəsidir. Əvvəllər də Rusiya sülhməramlılarının bir hissəsinin Ukrayna cəbhəsinə aparılması barədə xəbərlər yayılmışdı və mümkündür ki, qalan qüvvələrin də müharibə bölgəsinə göndərilməsi zərurəti yaranıb. İki minə yaxın hərbiçinin Qarabağı tərk edəcəyi halda Azərbaycanın Qarabağda hərbi əməliyyatların başlamaması üçün yüksək rütbəli hərbi heyətin danışıqlar aparması inandırıcı təsir bağışlayır. Verilən rəsmi məlumatlardan məlum olur ki, danışıqlarda məhz erməni silahlı birləşmələrin də Azərbaycanı tərk etməsi, həm də bunun 10 noyabr 2020 bəyanatına görə Rusiyanın öhdəliyi olduğu müzakirənin predmeti olub.

Erməni silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması bundan sonra necə və nə zaman reallaşa bilər? Ən optimal yol konkret vaxtın verilməsidir. Necə ki, 10 noyabr razılaşmasında Kəlbəcər, Ağdam və Laçının tərk edilməsi konkret vaxt verməklə həll edildi, indi də bütün erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etməyin vaxtı dəqiqləşməlidir. Əks halda antiterror əməliyyatların keçirilməsinin qaçılmaz olduğu qarşı tərəfə bildirilməlidir.

Erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etdikdən sonra növbəti mərhələ Azərbaycan qaçqınlarının keçmiş Dağlıq Qarabağ ərazisindəki doğma yurdlarına qayıtması olmalıdır. Problemin Qarabağdan çözülməsi Azərbaycan -Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, sonda isə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək və artıq ermənilərin Minsk Qrupu bəhanəsinə də ehtiyac qalmayacaq.

Yaranmış situasiyadan Azərbaycan maksimum istifadə etməli, hərbi, diplomatik addımlarını bu istiqamətdə intensivləşdirməlidir.

İlham İsmayıl




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərov Rusiyaya getdi - FOTO

    Kəmaləddin Heydərov Rusiyaya getdi - FOTO ...

    5-02-2021, 10:14

  • 
  • Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

    Azərbaycanın müdafiə naziri Pakistanın Quru ...

    23-03-2022, 13:51

  • 
  • Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk iclası başlayıb

    Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran ...

    24-10-2017, 22:00

  • 
  • Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

    Zakir Həsənov: “Müharibə hər an başlaya bilər” ...

    19-02-2018, 21:13

  • 
  • Azərbaycanın 52 yaşlı general-leytenantı vəfat edib

    Azərbaycanın 52 yaşlı general-leytenantı vəfat ...

    10-08-2020, 13:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu