GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağda silahlı erməni separatçılarının məhv edilməsi zamanı çatıb - HƏQİQƏTƏN DƏ...

Qarabağda silahlı erməni separatçılarının məhv edilməsi zamanı çatıb - HƏQİQƏTƏN DƏ...

Tarix: 28-03-2022, 13:56 Bölmə :Siyasət Baxış: 314

Fransa və ABŞ-dan sonra Rusiya da Azərbaycanı “qınayan” bəyanatla çıxış edib. Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı informasiya bülletenində bildirilib ki, Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq, sülhməramlıların məsuliyyət zonasına daxil olub. “Fərrux kəndində “Bayraktar” ilə Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”, – bəyanatda qeyd olunur.


Vaşinqton və Parisdən verilən açıqlamalarda da Azərbaycan silahlı qüvvələrinin əvvəlki mövqelərə qayıtması barədə çağırış ifadə olunub. ABŞ təmsilçisi isə bir qədər uzağa gedərək, Bakını “məsuliyyətsizlikdə” suçlayıb.
Azərbaycan Müdafiə Nazirliyi isə az əvvəl yaydığı açıqlamada Rusiya MN-nin açqılamasının həqiqəti əks etdirmədiyini və bu yanaşmadan təəssüfünü bildirib.
Müdafiə Nazirliyi son günlər təmas xəttində baş verənləri xatırladaraq bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.
“Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır”.
Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir:
“Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.
Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Dövlət Departamentə verilən cavab da isə erməni işğalının davam etdiyi 30 ildə Minsk qrupunun üzvü kimi ABŞ-ın heç bir effektiv addım atılmadığı xatırladılır. “Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir”, – açıqlamada vurğulanıb.

Əslində nə baş verib?

Azərbaycan MN-nin yaydığı bəyanatda bildirilir ki, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdud görmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd edib. Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur.
Erməni mediasının yaydığı məlumatda isə bildirilib ki, martın 24-dən 26-a qədər baş verən toqquşma zamanı qanunsuz separatçı silahlı dəstələrinin ümumilikdə 3 hərbçisi öldürülüb, 19 yaraqlı isə hospitala yerləşdirilib.
Bu hadisələrin ilk günündən Rusiya hərbi və siyasi rəhbərliyindən dərhal reaksiya gəlib. 12 gündür ictiamiyyətin xəbər tuta bilmədiyi Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycanlı həmkarı Zakir Həsənova zəng edib. Martın 25-də isə Rusiya prezidenti Vladimir Putin gərgin iş qrafikində Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığına zaman ayırıb. Söhbət zamanı Paşinyan Putinə deyib ki, “Rusiya hərbçilərinin Azərbaycan əsgərlərindən Fərrux və Pirlər kəndləri ərazisindən öz ilkin mövqelərinə çəkilməsini tələb etmələri çox zəruridir”. Paşinyan Rusiya sülhməramlılarının hərəkətlərinin araşdırlımasına çağırıb. Putin və Paşinyan Dağlıq Qarabağda yaranmış böhranın çözülməsi üçün səy göstərmək barədə razılığa gəliblər.
Görünür, bu razılaşmanın nəticəsi olaraq Rusiya Müdafiə Nazirliyinin yuxarıda təqdim olunan bəyanatı ortaya çıxıb. İstər bu açıqlama, istərsə də Vaşinqton və Parisdən rəsmi Bakıya ünvanlanan çağırışlar Azərbaycan ictimaiyyətində kəskin reaksiya doğurub.
Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, Rusiya Müdafiə Nazirliyi bütün dünyanın gözü qarşısında Ukraynanın ərazi bütünlüyünə qəsd etməsindən zərrə qədər utanmadan belə bir açıqlama verib: “Bu, həyasızlığın son həddidir. 22 fevralda imzalanan və hələ mürəkkəbi qurumamış Bəyannamənin 1-ci maddəsini Rusiya MN-nin bu açıqlamanı verən yetkililərinin gözünə soxmaq lazımdır. Müttəfiqlik Bəyannaməsinin 1-ci maddəsi deyir:
Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Belə olan halda, Rusiya nə haqla Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə kölgə salan, onu yox sayan ifadələr işlədə bilər? Necə “Sülhməramlı Qüvvələrin məsuliyyət zonası”, “DQ silahlı birləşmələrin bölmələri” ifadələrini işlədərək müttəfiq saydığı ölkənin ərazi bütövlüyünə qəsd edə bilər?

O zaman sual yaranır, Bəyannamənin 18-ci maddəsində bu ifadələr kimə yönəlib?

“Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Rusiya Azərbaycan ərazisində separatçılara, qanunsuz silahlı qruplara sahib çıxıb, onları bu Bəyannamədən kənarda tutacaqsa, bu sənəd kim üçün öhdəlik yaradacaq?”
Hüquqşünas hesab edir ki, Azərbaycanın XİN dərhal Rusiyanın Müdafiə Nazirliyinin rəsmi qaydada müttəfiqlik bəyannaməsinə zidd davrandığı üçün öz açıqlamasını geri çəkməsini və bir daha Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmasını tələb etməlidir.
“Ayrıca, 10 noyabr bəyanatında 4-cü maddənin (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir) dərhal işləməsini, əks halda, Laçın koridorunun da 4-cü maddə icra olunana qədər dayandırılacağını bəyan etməlidir. Bu günün şərtləri bu addımı diktə edir”, – Ə.Məmmədli vurğulayıb.
Politoloq Fərhad Məmmədov isə xatırladır ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Azərbaycanı üçtərəfli bəyanatın qaydalarını pozmaqda ittiham edir: “Bəs Azərbaycan nəyi pozub? 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatda “Rusiya sülhməramlılarının məsuliyyət zonaları” deyilən bənd yoxdur. Orada yalnız bir qeyd var: Sülhməramlılar tərəfindən müvəqqəti nəzarət edilən Laçın dəhlizi!”
Politoloq hesab edir ki, hazırkı şəraitdə Azərbaycanın Qarabağda yüksək gərginliyi saxlaması və sülhməramlıların müvəqqəti qaldığı ərazinin tam demilitarizasiyasına nail olması məqsədəuyğundur:

“Nə hərbi cinayətkar Arayik Arutyunyanın Rusiya prezidentinə məktubları, nə BMT baş katibinin, ABŞ Dövlət Departamentinin və Fransanın bəyanatları, nə də Rusiya Müdafiə Nazirliyinin bülleteni Bakının qəti addım atmasına mane olmamalıdır. Heç kim heç nə edə bilməyəcək!”
F.Məmmədovun sözlərinə görə, Qarabağ erməniləri başa düşməlidirlər ki, onların bütün bəlaları orada hakimiyyətdə olan hərbi cinayətkarlardan gəlir: “Onların fikri ilə heç kim hesablaşmayacaq, daha da çox problemlər olacaq. Ermənistan isterik olacaq, amma heç nə edə bilməyəcək. Qarabağ ermənilərinə indidən aydın olmalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyənə qədər onlardan heç nə asılı deyil. Əks halda, onların hamısı vətəndaşı olduqları ölkə olan Ermənistanın ərazisinə gedəcəklər. Ermənistan vətəndaşı olan Hadrut ermənilərinin taleyi onlara nümunə olmalıdır”.
Ekspert vurğulayır ki, qarşı tərəfə lazım olan xəbərdarlıqlar edilib və bütün vasitəçilər də Azərbaycanın atacağı addımlardan xəbərdardır:
“Ermənilərin özləri silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasalar, Qarabağda hərbi infrastrukturun, silahlı şəxslərin məhv edilməsi zamanın tələbidir. Qarlar əriyir, dumanlar seyrəlir, beləliklə, düşmənin şəxsi heyətinin və hərbi infrastrukturunun yüksək dəqiqlikli silahlarla sistemli şəkildə məhv edilməsi üçün imkanlar açılır. Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu bu işə maneə ola bilməz və olmayacaq, çünki əsas hədəf silahlı terrorçulardır. Bu günlərdə ölən 3 hərbçi və yaralananlar Ermənistan vətəndaşlarıdır və buna görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və şəxsən Paşinyanın üzərinə düşür”. //pressklub.az//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Rusiyanın cavabını belə verdi: Kəndin adı Furux deyil, Fərruxdur!

    Azərbaycan Rusiyanın cavabını belə verdi: Kəndin ...

    27-03-2022, 11:37

  • 
  • Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb

    Ermənistanın silahlı qüvvələrinin Dağlıq ...

    10-11-2020, 09:12

  • 
  • Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, yaralılar var

    Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, ...

    18-06-2017, 02:04

  • 
  • Rusiya Müdafiə Nazirliyindən Xudavənglə bağlı açıqlama

    Rusiya Müdafiə Nazirliyindən Xudavənglə bağlı ...

    21-04-2021, 10:40

  • 
  • “Sülhməramlılar”ın Qarabağda qanunsuz “anti-terror” təlimləri - Əgər, silahlı erməni birləşmələrini çıxarsalar...

    “Sülhməramlılar”ın Qarabağda qanunsuz ...

    25-01-2021, 20:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu