Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə yollanıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq. Görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir.
Sorğu
Yeni dizaynımız necədir?