"Ümumilikdə Ermənistan xarici işlər naziri ilə müzakirələr konstruktiv keçdi”.
Gundemxeber.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, zaman və gələcək addımlar tələb edir.
"Azərbaycan öz xoş niyyətini nümayiş etdirib”, - XİN başçısı vurğulayıb.
Qeyd edək ki, aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Bildirilib ki, hər iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq tərəflər gələcək sülh sazişinin hazırlanması, Birgə Sərhəd Komissiyasının təşkili, eləcə də humanitar məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Sorğu
Yeni dizaynımız necədir?