Gundemxeber.az » Siyasət » Zakir Həsənov təxribatlara dərhal adekvat cavab verilməsini tapşırıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.
O, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb.
Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması barədə də konkret tapşırıqlar verib.
Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.
Gundemxeber.Az
29-03-2021, 15:19
10-02-2018, 16:22
18-09-2018, 19:39
16-07-2019, 16:37
31-08-2019, 13:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?