GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Avroparlamentdə Avropa-Azərbaycan münasibətlərini korlamaq istəyənlər kimlərdir - təhlil

Avroparlamentdə Avropa-Azərbaycan münasibətlərini korlamaq istəyənlər kimlərdir - təhlil

Tarix: 21-07-2022, 11:12 Bölmə :Siyasət Baxış: 265

Prezidentin sərt tənqidindən nəticə çıxarılacaqmı?; ekspert: “Avropa Parlamenti Avropa İttifaqının vahid siyasi mövqeyini ifadə etmir”


Prezident İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən avroparlamentin anti-Azərbaycan bəyanatlarını diqqətə çatdırıb, sərt tənqidlər səsləndirib.

Sitat: “Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında yəqin məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır. Eyni zamanda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin və özünün iştirakı ilə üç üçtərəfli görüşə ev sahibliyi edib. Beləliklə, bu, çox müsbət kontekstdir. Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik”.

Dövlət başçısı söyləyib ki, Avropa Parlamenti Ermənistanla müqayisədə Azərbaycana qarşı çox aqressivdir: “Bəzən adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum... Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən, Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir... Biz real dünyada yaşayırıq, bu, bizim seçimimiz deyil. Siz mənim mövqeyimi bilirsiniz. Mənim mövqeyim 2017-ci ildə sonuncu görüşümüzdən bəri dəyişməyib. Biz Avropa ilə yaxın münasibətlər qurmaq istəyirik və bizim bütün etdiklərimiz, o cümlədən indicə qeyd etdiyim əməkdaşlığın nəzərəçarpan əlamətləri bunu nümayiş etdirir. Lakin Avropa Parlamenti belə bir yol seçməyi düşünürsə, bu, onların seçimidir. Amma onlar parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını bilməlidirlər”.

Azərbaycan Avropaya inteqrasiya siyasətinə sadiq olduğunu hər zaman nümayiş etdirib. Aİ də ölkəmizlə çoxşaxəli əlaqələr qurulmasında öz maraqlarını bildirir və real addımlar atılır. Ancaq görünən budur ki, Azərbaycanın Avropa ilə  yaxınlaşmasını əngəlləmək istəyən güclər daha çox avroparlamentdə cəmləşiblər. Bu faktlar ötənlərdə də təsdiqini tapıb ki, Avropa parlamentində erməni lobbisinin təsiri altına olan fraksiyalar var. Habelə, Rusiyaya gizli şəkildə bağlı olan solçu dairələr davamlı olaraq təxribat xarakterli addımlar atırlar. Qarşıdakı əməkdaşlıq platformalarında onları necə neytrallaşdırmaq, ifşa etmək və Avropa ilə yaxınlaşmada əngəl törətmək cəhdlərinin qarşısını almaq olar? Prezidentin sərt tənqidindən nəticə çıxarılacaqmı?

Anar Əliyev: "Azərbaycan torpaqları qaytaran kimi İran..."

Gundemxeber.az xəbər verir ki, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövləti və Avropa İttifaqı arasında çox ciddi və qarşılıqlı inama, etimada söykənən münasibətlər mövcuddur: “Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra mövcud reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi prosesində Avropa İttifaqı beynəlxalq institut olaraq çox mühüm rol oynamaqdadır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən 3 birbaşa görüş Avropa İttifaqının Azərbaycanda, Cənubi Qafqazda baş verən proseslərdə iştirakçı olmaq və reallıqların tələblərinə uyğun dövlətlər arasında münasibətlərin qurulmasında maraqlı olduğunu göstərir. Hesab edirəm ki, Şarl Mişelin Azərbaycan-Ermənistan münaqişəsi və onun tənzimlənməsi, münasibətlərin bərpa olunması və Cənubi Qafqazda sülh prosesinin əldə olunmasına marağı ilə yanaşı, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin regiona səfəri zamanı səsləndirdiyi bir sıra fikirlər onu göstərir ki, Avropa İttifaqının ayrı-ayrı institutları səmimi münasibət sərgiləyirlər. Eyni zamanda Azərbaycanla münasibətlərin ruhuna uyğun Azərbaycanın dövlət müstəqilliyi və müstəqil xarici siyasətə hörmətinə uyğun münasibət göstərməyə çalışırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi əməkdaşlıq mövcuddur. Bir neçə gün öncə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində yüksək strateji müttəfiqliyə əsaslanan memorandumun imzalanması bu münasibətləri bir üst səviyyəyə qaldıracaq. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı inam və etimada söykənən bir münasibət formalaşıb. Amma təəssüf ki, Avropa Parlamenti, eləcə də AŞ PA daim Azərbaycana qarşı qərəz nümayiş elətdirir. Mən bunu xüsusilə Avropa İttifaqının mövqeyindən daha çox, Avropa İttifaqında təmsil olunan ayrı-ayrı dövlətlərin siyasətləri ilə əlaqələndirirəm. Çünki bildiyimiz kimi, Avropa Parlamenti Avropa İttifaqına daxil olan dövlətlərin parlamentarilərindən təşkil olunub və Aİ-nin vahid siyasi mövqeyini ifadə etmir. Avropa Parlamentində səsləndirilən fikirlər, eləcə də AŞ PA-da səsləndirilən fikirlər həmin deputatların  təmsil olunduqları dövlətlərin və siyasi dairələrin siyasətinə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan əleyhinə qərəzli qərarların qəbul olunmasında Fransa, Hollandiya, Almaniya kimi dövlətlərin şovinist millətçi və solçu deputatları daim aktiv olublar. Bu da onu göstərir ki, əslində həmin deputatlar Avropa dəyərlərindən deyil, Avropa İttifaqının maraqlarından deyil, daha çox təmsil etdikləri ölkələr və siyasi qrupları, erməni lobbi təşkilatlarının təsiri altında davranırlar. Bir sıra Avropa dövlətləri heç də ali dəyərlər, demokratiya, insan hüquqlarını, beynəlxalq hüququn prinsiplərini deyil, məhz erməni lobbi, diaspor təşkilatlarından aldıqları maliyyəni, çirkli pulları düşünürlər. Məhz həmin maliyyənin əsasında erməni maraqlarına xidmət edərək Avropa İttifaqının dəyərlərini ayaqlar altına atan qərarlar qəbul olunmasına nail olurlar. Bundan isə Azərbaycan Prezidentinin dediyi kimi, Avropa İttifaqının nüfuzu zərər görür və görəcək”.

Ekspert vurğuladı ki, Azərbaycan Prezidentinin dəfələrlə səsləndirdiyi, dünya ölkələrinə, Avropa İttifaqı ölkələrinə, beynəlxalq institutlara müraciətində ifadə etdiyi fikirlər və tələblər Avropa siyasi təşkilatlarının, siyasətçilərinin, nəhayət, Cənubi Qafqazda baş verən proseslərə, Ermənistanla Azərbaycan arasında münasibətlərə, eyni zamanda postmünaqişə dövrünün diqtə etdiyi tələblərə uyğun davranış nümayiş elətdirmələrinə gətirib çıxaracaq. Azərbaycan Prezidentinin tənqidləri Avropa Parlamentində təsirsiz ötüşməyəcək və bundan sonra daha korrektə olunmuş fəaliyyətə, qərarların qəbul edilməsinə çalışacaqlar".


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: "Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq həyata keçirilir"

    İlham Əliyev: "Azərbaycanla Avropa İttifaqı ...

    27-05-2016, 01:34

  • 
  • Prezident İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib

    Prezident İlham Əliyev Avropa İttifaqı ...

    16-06-2017, 11:10

  • 
  • Prezident: "Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur" — YENİLƏNİB

    Prezident: "Azərbaycanda demokratiya və ...

    4-10-2017, 13:22

  • 
  • Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

    Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan ...

    30-09-2020, 20:44

  • 
  • Yohannes Han: "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır"

    Yohannes Han: "Azərbaycan Avropa İttifaqı ...

    13-06-2019, 11:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu