GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mətbuat Günü ilk dəfə Şuşada qeyd edildi - Prezident jurnalistləri təbrik etdi

Mətbuat Günü ilk dəfə Şuşada qeyd edildi - Prezident jurnalistləri təbrik etdi

Tarix: 23-07-2022, 10:02 Bölmə :Siyasət Baxış: 269

Mədəniyyət paytaxtımız Beynəlxalq Media Forumuna da ev sahibliyi etdi


Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətdə Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmiləri təmsil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. Təbrikdə deyilir:

“Hörmətli media nümayəndələri! Əziz jurnalistlər! Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram".

Daha sonra Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

İsmət Səttarov: Media üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə  mübadiləsi aparılmalıdır - AZƏRTAC

Forumda çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib ki, bu gün Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq: “Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır. Cəmi iki il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada kimlərsə özlərinin milli, mənəvi və dini ideyalarını təbliğ edir, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilən Şuşa ədalətin bərpa olunacağının rəmzidir”.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 147 illiyi qeyd edilən Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub: “Tarixin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi ”Əkinçi" qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və tərəqqi yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. Mediamız yarandığı gündən ciddi senzura altında fəaliyyət göstərməyə məcbur olsa da, Azərbaycanın müstəqillik tarixinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi ictimai fikir tariximizdə yeni mərhələ kimi dəyərləndirilir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb və bunun parlaq nümunəsi 1998-ci ildə senzuranın ləğv edilməsi olub. Bu gün Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsindən ikiqat qürur və fəxarət hissi duyuruq".

Hər bir azərbaycanlı azad edilmiş torpaqların bərpasında iştirak etməlidir  - Rəhman Hacıyev

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb: “Ordumuzun qəhrəmanlığı həm xalqımızı qələbə ilə sevindirdi, həm də ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz resursları hesabına bərpa edir və bu da dünyada hökm sürən ikili standartların bir sübutudur. Yaxın günlərdə Qarabağ Dirçəliş Fondunun maliyyə göstəriciləri ictimaiyyətə təqdim olunacaq”.

Şuşa şəhər Dövlət Qoruğu İdarəsi ilə media strukturları arasında fəal  əməkdaşlıq qurulub - Məftun Abbasov

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxışında qeyd edib ki, idarə media nümayəndələri ilə sıx əlaqələr qurur: “Şuşa şəhərindəki dağıntılar, bərpa və yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır və təbliğ edilir. Bu gün Azərbaycanda böyük jurnalist ordusu yetişir. Məhz bu jurnalist ordusu 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində operativ informasiyalar verdi, xalqa Ordumuzun uğurları haqqında məlumatlar çatdırdı. Həmçinin Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük rolu var”.

Şuşa beynəlxalq media forumunun qlobal səviyyəyə çatmaq potensialı var - Mixail  Qusman

Beynəlxalq Media Forumunun birinci panelində müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olub. Birinci paneldə çıxış edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman diqqətəlayiq təkliflə çıxıb edib: “Təklif edirəm ki, 3 il sonra - Azərbaycan mətbuatının 150-ci ildönümü münasibətilə Şuşada Dünya Media Forumu keçirilsin. Şuşa müqəddəs torpaqdır, çünki şəhidlərin qanı töküldüyü doğma torpaq müqəddəsləşir. Bu tədbirdə iştirak edənlər arasında qəhrəmanlar (qazilər - red.) var ki, onlar Şuşanın azad olunması uğrunda canını fəda ediblər. Onlara minnətdarlığımı bildirirəm”.

Əl-Cəzirə”nin meneceri: Şuşada beynəlxalq forumda iştirak etməkdən qürur  duyuruq - AZƏRTAC

“Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim Şuşada beynəlxalq media forumunda iştirak etməkdən qürur duyduqlarını bildirib: “Medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır. Azərbaycanda Medianın İnkişafı Agentliyinin yarandığını görəndə çox sevindim. Bu, daha faydalı, obyektiv və operativ iş görmək üçün imkan yaradır”.

Evgenia Doitcheva Droumeva: Sosial şəbəkələrdən düzgün istifadə xəbərlərin  daha böyük auditoriyaya yayılması üçün ən vacib şərtlərdən biridir - AZƏRTAC

Bolqarıstanın “BTA” İnformasiya Agentliyinin informasiya siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva Droumeva diqqətə çatdırıb ki, müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadə xəbərlərin daha böyük auditoriyaya yayılması üçün ən vacib şərtlərdən biridir: “Gənclər sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər və onlar xəbər əldə etmək üçün sosial şəbəkələrə üz tuturlar. Biz sosial şəbəkələrə xüsusi önəm verməliyik. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) feysbuk sosial şəbəkəsində 240 minə yaxın izləyici var. Lakin bizdə rəqəmlər bu qədər deyil. Hazırda bu istiqamətdə bir çox layihələr hazırlayırıq. Həmçinin çalışırıq ki, ölkənin hər yerindən xəbərləri canlı şəkildə çatdıraq”.

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı və Haqqin.az analitik-informasiya veb-saytının rəhbəri Eynulla Fətullayev müasir dünyada media qarşısında duran çağırışlara toxunub, yaranmış problemlərin həlli istiqamətində səylər göstərilməsinin əhəmiyyətini bildiriblər. Eyni zamanda diqqətə çatdırılıb ki, bu gün feyk xəbərlərlə mübarizə media qarşısında duran vacib məsələlərdən biridir.

Forum digər çıxışlarla davam etdirilib.

Qeyd edək ki, forumda “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da çıxış edib.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyeva jurnalistləri təbrik etdi

    Mehriban Əliyeva jurnalistləri təbrik etdi ...

    22-07-2020, 10:12

  • 
  • İlham Əliyev Filippin Prezidentini təbrik edib

    İlham Əliyev Filippin Prezidentini təbrik edib ...

    11-06-2016, 20:07

  • 
  • Azərbaycan XİN Əfqanıstanı təbrik etdi

    Azərbaycan XİN Əfqanıstanı təbrik etdi ...

    19-08-2020, 13:30

  • 
  • Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Dominikan Prezidentini ...

    27-02-2019, 12:03

  • 
  • Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

    Prezident İlham Əliyev yunanıstanlı həmkarını ...

    24-03-2020, 19:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu